Kərim Şükürov TERROR VƏ DEMOQRAFİYA(Azərbaycana qarşı erməni terrorunun materialları üzrə) Terrorun qlobal bir hadisəyə çevrilməsi faktdır. Çoxları terror sözünün mənşəyini (fransızca terroriser, latınca terror - qorxu, vahimə, dəhşət) bilməsə də mənasını asanlıqla başa düşür. Lakin bu qədər asanlıqla başa düşülən hadisənin tarixi, psixoloji, cinayət-hüquq və s. yanaşmaları özündə əks etdirən ümumi elmi - təcrübi ifadəsi, demək olar ki, formalaşmamışdır. Terrorla bağlı böyük problemlərin

Bu konu 1274 kez görüntülendi 0 yorum aldı ...
TERROR VƏ DEMOQRAFİYA(Azərbaycana qarşı erməni terrorunun materialları üzrə) 1274 Reviews

    Konuyu değerlendir: TERROR VƏ DEMOQRAFİYA(Azərbaycana qarşı erməni terrorunun materialları üzrə)

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1274 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart TERROR VƏ DEMOQRAFİYA(Azərbaycana qarşı erməni terrorunun materialları üzrə)

    Kərim Şükürov
    TERROR VƏ DEMOQRAFİYA(Azərbaycana qarşı erməni terrorunun materialları üzrə)



    Terrorun qlobal bir hadisəyə çevrilməsi faktdır. Çoxları terror sözünün mənşəyini (fransızca terroriser, latınca terror - qorxu, vahimə, dəhşət) bilməsə də mənasını asanlıqla başa düşür. Lakin bu qədər asanlıqla başa düşülən hadisənin tarixi, psixoloji, cinayət-hüquq və s. yanaşmaları özündə əks etdirən ümumi elmi - təcrübi ifadəsi, demək olar ki, formalaşmamışdır. Terrorla bağlı böyük problemlərin həlli terrorologiya adlandırılan elmi sahənin yaranmasına səbəb olub. Terrorologiyanın predmeti, elmi-nəzəri məsələlərinin dairəsi, əsasən, müəyyənləşdirilsə də, onun digər elmlərlə əlaqələri az tədqiq olunub. Terrorun digər bir qlobal probelm - demoqrafik vəziyyətlə qarşılıqlı əlaqəsi terror və demoqrafiya məsələsinin irəli sürülməsini zəruri edir. Terrorologiyanın mərkəzi məsələsi terror, terrorizm və terror aktıdır. Son dövrdə nəşr olunan müvafiq ədəbiyyatlardan çıxış edərək, qısaca demək olar ki, terror dövlət hakimiyyətlərinə malik subyektlərin, dövlət hakimiyyəti institutlarının əhaliyə hakimiyyət qarşısında daima qorxu hissi təlqin etmək məqsədilə həyata keçirilən cinayətkar siyasətin reallaşdırılmasında ifadə olunan sosial-siyasi hadisədir və i. a. Terrorizm terrora nisbətən dar anlayış olub, terrora reaksiya kimi qiymətləndirilir. Terror aktı terror və ya terrorizmin təzahürünün tək halını nəzərdə tutur. Göründüyü kimi terror bütün halda əhali ilə bağlıdır. Əhalinin xarakterizə edilməsində isə məhz demoqrafik göstəricilər (əhalinin sayı, yerləşməsi, tərkibi, yeniləşməsi və i. a. ) əsas yer tutur. Beləliklə, hər bir terror hadisəsi demoqrafik aspektə malikdir. Terror və demoqrafiya arasında təbii-tarixi əlaqə mövcudur.
    Azərbaycanın tarixi-demoqrafik inkişafında terror ağır izlər qoyub. XIX-XXI əsrin əvvəllərinə qədər olan dövrdə Şimali Azərbaycanda Rusiya imperiyasının, sonra isə sovet dövlətinin və ermənilərin terror fəaliyyətini göstərmək olar. Burada erməni terroru və onun Azərbaycanın demoqrafik inkişafına təsiri üzərində dayanmaq istəyirik.
    Ermənilərin terrorçuluq fəaliyyəti haqqında müəyyən ədəbiyyat olsa da, hələlik, onun nəzəri-metodoloji problemləri və konkret məsələləri tam şəkildə tədqiq olunmamışdır. Bunun nəticəsidir ki, ermənilərin terrorçuluq fəaliyyəti erməni terrorizmi kimi təqdim edilir. Halbuki məlumat-soraq kitablarında belə terrorizm müxalif siyasi qruplara məxsus fəaliyyət kimi nəzərdən keçirilir. Əslində isə ermənilərin terrorçuluq fəaliyyəti - terror anlayışına uyğun gəlir.
    Digər bir mühüm məsələ erməni terrorunun necə təsnif olunmasındadır. Erməni terrorunu dini - millətçi - separatçı terror kimi təsnif etmək olar. Bu terrorçular qarşılarında qoyduğu məqsədə çatmaq üçün bütün vasitələri (genosid, deportasiya, partlayış, girov və s. ) tətbiq edib.
    «Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX -XXI əsrlər). Müxtəsər xronoloji ensiklopediya. Bakı, 2003» kitabı və b. qaynaqlar üzrə ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi cinayətlərin (və ya terror aktlarının) müxtəsər xrono (zaman) dinamikası müəyyənləşdirilmişdir. Məlum olmuşdur ki, ermənilər bu dövrdə azərbaycanlılara qarşı təxminən dörd yüzdən çox terror və ya bu yönümlü cinayət törətmişdir. Erməni terroru Azərbaycanın tarixi-demoqrafik inkişafının bütün sahələrinə faciəli təsir göstərmişdir:
    - erməni terrorçuluğunun genişləndiyi, genosid, deportasiya və hərbi terrorla müşahidə olunduğu dövrlərdə (1905-1906; 1918-1920; 1948-1953; 1980-cı illərin sonları - bizim günlər) azərbaycanlıların say dinamikası aşağı düşmüşdür;
    - həmin dövrlərdə Cənubi Qafqaz əhalisi içərisində azərbaycanlıların xüsusi çəkisi azalmışdır;
    - ölüm halları çoxalmışdır;
    - məcburi miqrasiya genişlənmiş, əhali içərisində qaçqınlıq və köçkünlük yaranmışdır və s.
    Bu günlərdə də davam edən erməni terrorunun qarşısının alınması antiterror siyasətinin gücləndirilməsini tələb edir. Bu siyasətin həyata keçirilməsi zamanı terrorun ağır demoqrafik nəticələrinin aradan qaldırılmasına da mühüm yer ayrılmalıdır.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: TERROR VƏ DEMOQRAFİYA(Azərbaycana qarşı erməni terrorunun materialları üzrə)

          Kategori: Ermeni Sorunu

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1274

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş