Kullanıcı Tag Listesi

İlhamə Hüseynova 1918-Cİ İL Və SÖYKÖKÜMÜZə QARŞI HəYATA KEÇİRİLəN SOYQIRIMI SİYASəTİ Erməni millətçilərinin xalqımıza qarşı həyata keçirdiyi soyqırım və təcavüz siyasətinin iki yüz ilə yaxın tarixi var. əsrlər boyu erməni təcavüzkarları Azərbaycanın qədim torpaqlarında «Böyük Ermənistan» dövləti yaratmaq xülyasında olmuş və bu ideyanı həyata keçirmək üçün ən iyrənc üsullara əl atmış və bəşəriyyət tarixində analoqu olmayan vəhşiliklər törətmişlər. Tarixi faktlar sübut edir ki, ermənilər öz

Bu konu 734 kez görüntülendi 0 yorum aldı ...
1918-ci il və söykökümüzə qarşı həyata keçirilən soyqırımı siyasəti 734 Reviews

    Konuyu değerlendir: 1918-ci il və söykökümüzə qarşı həyata keçirilən soyqırımı siyasəti

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 734 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart 1918-ci il və söykökümüzə qarşı həyata keçirilən soyqırımı siyasəti

    İlhamə Hüseynova
    1918-Cİ İL Və SÖYKÖKÜMÜZə QARŞI HəYATA KEÇİRİLəN SOYQIRIMI SİYASəTİ



    Erməni millətçilərinin xalqımıza qarşı həyata keçirdiyi soyqırım və təcavüz siyasətinin iki yüz ilə yaxın tarixi var. əsrlər boyu erməni təcavüzkarları Azərbaycanın qədim torpaqlarında «Böyük Ermənistan» dövləti yaratmaq xülyasında olmuş və bu ideyanı həyata keçirmək üçün ən iyrənc üsullara əl atmış və bəşəriyyət tarixində analoqu olmayan vəhşiliklər törətmişlər. Tarixi faktlar sübut edir ki, ermənilər öz məkrli niyyətini həyata keçirmək üçün xüsusi plan işləyib hazırlamışlar.
    Hələ XVIII əsrin II yarısından ermənilər müsəlmanlar tərəfindən ruslara və onlara qarşı fitnə-fəsad törədiləcəyini riyakarcasına təbliğ edirdilər. 1799-cu ildə, Peterburqda Rusiyanın himayəsi altında Qafqazda Ermənistan dövlətinin yaradılması qərara alındı. Qərara görə həmin dövlətin İrəvan xanlığının ərazisində təşkil edilməsi nəzərdə tutulmuşdur. 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqaviləsinə qədər Azərbaycanın 410 min kvadrat kilometr ərazisi var idi. Bu müqavilələr Azərbaycan xalqının, tarixi torpaqlarının bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının milli faciəsinin davamı kimi torpaqlarımızın zəbti başlandı. Qısa müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi.
    Ermənilərin azərbaycanlılara qarşı ən dəhşətli qətli 1918-ci ilin mart ayında Bakıda başlamışdı. Düz 90 il əvvəl erməni-quldur dəstələri Azərbaycan türklərinə qarş tarixdə görünməmiş bir vəhşilik etdilər. Onlar 1905-1907-ci illərdə rusların yardımı ilə xalqımızın başına gətirdiklərini eynilə 1918-1920-ci illərdə də təkrarlayıblar. Bakıda ermənipərəst bolşevik rəhbərliyinin iradəsi və fəal iştirakı ilə milli zəmində törədilmiş dəhşətli qırğın nəticəsində dinc azərbaycanlı əhalidən minlərlə adam ölmüş və yaralanmış, təhqir və işgəncələrə məruz qalmışdır. Tarixə «Mart faciəsi» kimi daxil olmuş bu qanlı hadisə tezliklə Bakı hüdudlarından çox-çox kənara çıxmış, Lənkəranın, Şamaxının və Qubanın tutulması, talan edilməsi və yandırılması, dinc əhalinin amansızcasına məhv edilməsi ilə nəticələnmişdi. Bu məqsədyönlü talanlar, qırğınlar zamanı nə qoca, nə cavana, nə də körpələrə aman verilməmiş, adamların vəhşicəsinə qətlə yetirilmələri üçün onların müsəlman, azərbaycanlı olmaları tamamilə kafi hesab edilmişdir. Bakıda, Şamaxıda, Qubada, Naxçıvanda, Qarabağ və Zəngəzurda, habelə Azərbaycanın digər şəhər və kəndlərində yüz minlərlə Azərbaycan türkü işgəncə ilə öldürüldü, evlər qarət edildi, yandırıldı.
    Həmin dövrdə daşnak qüvvələrinin vasitəsilə təşkil edilmiş bu soyqırımı başda Stepan Şaumyan olmaqla erməni bolşevikləri vətəndaş müharibəsi kimi qələmə verməyə və bununla da əsl tarixi həqiqəti ört-basdır etməyə çalışırdılar. Ermənilər törətdikləri hadisələri azərbaycanlıların adlarına çıxır, panislamizm və pantürkizm düşüncələrini ortaya ataraq guya tamamilə yer üzündən silinmək üzrə olduqlarını dünyaya yayırdılar. Onlar bu həyasız iddialarından hələ də əl çəkməyiblər.
    Azərbaycan üçün doğma xalqımızın müsibətləri baxımından fəciələrlə dolu 1 il - 1918-ci il Zəngəzur qəzasından da yan keçməmişdir. Xalqımızın qanı bahasına qorunub saxlanılmış bu müqəddəs torpaqlar Azərbaycan bolşevik höküməti tərəfindən Ermənistana peşkəş edildi. Elə bu «əliaçıqlığımızın» acı nəticələridir ki, əzəli Azərbaycan torpaqları hesabına özlərinə ərazi və «respublika» düzəltmiş daşnaklar bu gün bir daha öz güclü havadarları, din qardaşları hesabına torpaqlarımızı zəbt edib talayırlar.
    Bölgələrdə törədilən bu qanlı cinayətlər sözün əsl mənasında vəhşilik səviyyəsinə çatdırılmışdı. Erməni vəhşiləri bu gün olduğu kimi, 1918-ci ildə də yüz minlərlə azərbaycanlını dəhşətli əziyyətlərə, məhrumiyyətlərə düçar etmişlər. Həlak olanların böyük əksəriyyətini qadınlar, qocalar və uşaqlar təşkil etmişdi. Daşnaklar azərbaycanlıların yaşayış yerlərini talan edib, yandıraraq ölü zona yaratmağa çalışırdılar.
    Söykökümüzə qarşı həyata keçirilən bu faciədən 90 il keçməsinə baxmayaraq, hələ də onun vurduğu yaralar ürəkdə qövr eləyir. Çox təəssüf ki, xalqın başına açılan bu müsibətlər, faciələr indiyədək ətraflı tədqiq olunmayıb. Bu faciənin qurbanlarının ildönümü iki ilə, 1919-1920-ci illərdə, ardcıl olaraq keçirilməsinə baxmayaraq sonralar bu tarixi yaddaşlardan silməyə çalışmışlar.
    Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almayan soyqırımı tarixin açılmamış səhifəsi kimi qalmamalıdır. Şübhə yoxdur ki, tədqiqatçılarımız bu qanlı faciədən daha geniş yazılar, kitablar yazacaq, əsl həqiqəti olduğu kimi həm xalqa, həm də bütün dünyaya çatdıracaqlar. Böyüyən nəsil öz yaxın keçmişində baş vermiş faciələri öyrənməli, soykökümüzə, ərazimizə, torpağımıza, tariximizə qarşı çevrilmiş bu acı həqiqətlərdən xəbərdar olmalıdır.
    Ümummilli liderimiz H. əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə artıq 10 ildir ki, həm müstəqil respublikamızın əhalisi, həm də vaxtilə müxtəlif səbəblərdən doğma ata-baba ocaqlarını tərk edib dünyanın müxtəlif ölkələrinə səpələnmiş və hazırda yaşadıqları məmləkətlərdə vahid diasporlarda birləşmiş soydaşlarımız mart ayının 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməkdədirlər.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: 1918-ci il və söykökümüzə qarşı həyata keçirilən soyqırımı siyasəti

          Kategori: Ermeni Sorunu

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 734

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş