Kullanıcı Tag Listesi

Firdovsiyyə əhmədova Azərbaycan -Ermənistan münasibətləri: ikitərəfli danışıqlar təcrübəsi Qafqazın beynəlxalq mübarizə meydanına çevrilməsi regionun ərazi mübahisələri üstündə yaranmış münaqişə ocaqlarına təsirsiz qalmadı. XX yüzilliyin əvvəllərində Cənubi Qafqaz respublikaları arasında ərazi iddiaları zəminində baş vermiş müharibələr, zorakı təhdid prosesləri həm də qarşılıqlı danışıqlar çərçivəsində keçirilən görüşlərlə müşayiət olunurdu. 1918-ci ilin may ayından başlayaraq Azərbaycan

Bu konu 929 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan -Ermənistan münasibətləri: ikitərəfli danışıqlar təcrübəsi 929 Reviews

    Konuyu değerlendir: Azərbaycan -Ermənistan münasibətləri: ikitərəfli danışıqlar təcrübəsi

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 929 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycan -Ermənistan münasibətləri: ikitərəfli danışıqlar təcrübəsi

    Firdovsiyyə əhmədova
    Azərbaycan -Ermənistan münasibətləri: ikitərəfli danışıqlar təcrübəsi



    Qafqazın beynəlxalq mübarizə meydanına çevrilməsi regionun ərazi mübahisələri üstündə yaranmış münaqişə ocaqlarına təsirsiz qalmadı. XX yüzilliyin əvvəllərində Cənubi Qafqaz respublikaları arasında ərazi iddiaları zəminində baş vermiş müharibələr, zorakı təhdid prosesləri həm də qarşılıqlı danışıqlar çərçivəsində keçirilən görüşlərlə müşayiət olunurdu. 1918-ci ilin may ayından başlayaraq Azərbaycan Cumhuriyyəti qonşu respublikalarla dinc yanaşı yaşamaq prinsipinə riayət edirdi. Regionda xarici hərbi qüvvələrin yerləşdirilməsi məzmunundan asılı olaraq yerli hökumətlərin siyasətində müvafiq tədbirlər özünü biruzə verirdi. Geopolitik proseslərin gedişatı Qafqaz respublikalarını qarşılıqlı anlaşmaya yönəldirdi.
    Bu baxımdan 1919-cu il bağlanmış iki müqavilə ilə əlamətdardır: iyunun 16-da Azərbaycan və Gürcüstan respublikaları arasında hərbi müdafiə sazişi və noyabrın 23-də Ermənistan hökumətinin başçısı ilə Azərbaycanın baş naziri arasındakı saziş1. Tiflisdə bağlanmış 23 noyabr sazişi 5 bənddən ibarət idi2. Ermənistan və Azərbaycan hökumətləri qarşılıqlı razılaşmalar və öhdəliklər formasında şərtlərə imza atmışdılar. Tərəflər aralarında baş verən toqquşmalara son qoymalı idilər. Rahat, əmin-amanlıqla istifadə üçün Zəngəzura gedən yolların bərpa olunması və açılması nəzərdə tutulurdu. Bu məqsədlə hər iki hökumət əməli tədbirlər görməkdə razılığa gəlirdilər.
    Sazişin bu - ikinci bəndi sənədin başlıca mahiyyətini təşkil edirdi. Həmin dövrdə, yəni 1919-cu ilin sonlarında Zəngəzurda erməni yaraqlılarının azğın qətliamları müsəlman əhalinin kütləvi qırğını, onların yaşadığı kəndlərin məhv edilməsi ilə nəticələnmişdi.
    Azərbaycan Cümhuriyyətinin hökumət başçısı N. Yusifbəyli 1919-cu il noyabrın 17-də müttəfiq dövlətlərin Cənubi Qafqazdakı ali komissarının müavini polkovnik J. Reyə məlumatında bildirirdi ki, erməni hökuməti müttəfiq komandanlığı qarşısında öhdəliyini yerinə yetirmədi, əksinə, qiyamçı hərəkatı dəstəkləmək və gücləndirmək üçün öz nizami qoşunlarını Zəngəzur qəzasına göndərdi3.
    Belə olduqda Azərbaycan hökuməti bölgədə qayda-qanunu bərpa etmək məqsədilə Qarabağ general-qubernatoruna hərbi kömək göstərməyə məcbur olmuşdu. Baş nazir bildirirdi ki, Azərbaycan hakimiyyətinin məqsədi Zəngəzurda müsəlman kəndlərinin məruz qaldığı qırğınların qarşısını almaq, evsiz-eşiksiz 60 min müsəlman qaçqınlarını öz ocaqlarına qaytarıb qayda-qanunu bərpa etməkdir. N. Yusifbəyli noyabrın 20-də J. Reylə və erməni hökumətinin başçısı Xatisovla görüşməyə hazır olduğunu göstərir və erməni nümayəndələrinin Bakıya, konfransa gəlişinə mane olmamağı diqqətə çatdırırdı.
    Azərbaycan-Ermənistan münasibətlərini xarici işlər naziri M. Y. Cəfərov Paris Sülh Konfransında Azərbaycan heyətinin sədri ə. M. Topçubaşova göndərdiyi məlumatda ayrıca bölüm olaraq səciyyələndirmişdi4. 1919-cu ilin oktyabr-noyabr ayları üçün Azərbaycan Cümhuriyyətinin xarici siyasətinin və Qafqazdakı hadisələrin xülasəsini göndərən nazir erməni hökumətinin Zəngəzurdakı vəziyyətin Qarabağda olduğu kimi onun xeyrinə dəyişməyəcəyindən ehtiyat edərək məsələnin həllini yubandırmaq niyyətilə gürcü hökumətindən xarici nümayəndələrdən «hərbi əməliyyatları» dayandırmaq xahişi ilə Azərbaycan hökumətinə təsir göstərmək barədə müraciət etdiyini yazırdı. Yaranmış vəziyyəti müzakirə edərək, münasibətləri kəskinləşdirmək istəməyən Azərbaycan hökuməti Zəngəzurun Azərbaycanın ayrılmaz hissəsi olduğu barədə bütünlüklə özünün əvvəlki mövqeyində qalmaqla müvəqqəti olaraq qoşunlarını Zəngəzurdan çıxartmağı qərara almışdı. Bu məsələ ilə əlaqədar N. Yusifbəyli Xatisovla danışıqlar üçün Tiflisə yola düşmüşdü.
    Respublikalar arasında müxtəlif mühüm məsələləri həll edib nizama salmaq zərurətindən Ermənistanın Azərbaycandakı diplomatik nümayəndəsi T. A. Bekzadyanla Azərbaycanın xarici işlər naziri M. -Y. Cəfərov arasında danışıqlardan sonra Azərbaycan-Ermənistan Konfransının çağrılması təklifi rəsmiləşmişdi5. Konfrans ərəfəsində, N. Yusifbəylinin Tiflisdə Xatisyanla apardığı danışıqların nəticəsi respublikalar arasında sülh sazişinin bağlanması oldu6. Hər iki hökumət sərhədlər məsələsi də daxil olmaqla bütün mübahisəli məsələləri sülh yolu ilə həll etmək öhdəliyi götürürdülər. Sülhlə razılığa gəlmək mümkün olmadıqda hər iki hökumət münsiflər məhkəməsi sifətilə neytral şəxs seçməli, onun qərarlarını özləri üçün məcburi qaydada qəbul etməyə razılıq verirdilər. Həmin zamanda belə neytral şəxs kimi Birləşmiş Ştatlar ordusunun polkovniki Jeyms Rey hesab edilirdi.
    Sazişin 4-cü bəndi konfransın keçirilməsi qaydaları ilə bağlı idi. Hər iki hökumət konfransa bərabər sayda nümayəndələri yubanmadan təyin etməli idilər. Konfransın 1919-cu il noyabrın 26-da Bakıda keçirilməsi nəzərdə tutulurdu. Konfransın iclasları dekabrın 4-dən Tiflisdə davam etdirilməli idi. Hər iki hökumət arasında mübahisələrə, yaxud ixtilaflara səbəb olan bütün məsələlər konfransda müzakirə olunmalı idi. Konfrans bu məsələləri razılaşma yaxud arbitraj yolu ilə həll etmək səlahiyyətinə malik sayılırdı7. Saziş imzalandığı gündən etibarlı sayılır, hər iki dövlətin parlamentləri ratifikasiya etdikdə isə daimi qüvvəyə malik olurdu. Hökumət başçıları sazişi imzalamaqla öz hökumətlərinin üzərinə sazişin bütün qərarlarını dəstəkləmək və yerinə yetirmək öhdəliyi qoyurdular. Saziş ingilis və rus dillərində üç nüsxədə tərtib olunmuşdu. Hər dil üzrə 1 nüsxə müttəfiqlərin ali komissarının nümayəndəsinə və hər iki hökumətin sədrlərinə təqdim olunurdu. Sazişin imzalanmasında Gürcüstan Respublikasının xarici işlər naziri Y. P. Geqeçkori və Birləşmiş Ştatlar ordusunun Baş qərargahının polkovniki, eyni zamanda müttəfiqlərin ali komissarının müavini olan J. Rey iştirak edirdilər8.
    Sazişin bağlanması prosesi, götürülən ciddi öhdəliklər ona əməl olunmasının məsuliyyətini də müəyyənləşdirirdi. Lakin bir neçə gün sonra, noyabrın 29-unda Azərbaycanın xarici işlər naziri M. -Y. Cəfərov Ermənistan Respublikasına nota vermək məcburiyyətində qalır. Alınmış məlumatlara görə Ermənistan hökumətinin qoşunları Zəngəzur qəzasında adları göstərilmiş altı kəndi darmadağın etmiş, xeyli insanı məhv etmiş, digər müsəlman kəndlərini mühasirəyə almış, Dərələyəz qəzasında da müsəlman kəndlərində 300 kişi qətlə yetirilmiş, 30 qadın əsir götürülmüşdü. Erməni nizami qoşunlarının göstərilən istiqamətlərdə göndərilməsinin davam etməsi haqqında məlumatlar var idi. Azərbaycan hökuməti, qoşunların göndərilməsinin və müsəlman kəndlərinin dağıdılmasının dərhal dayandırılması üçün Ermənistan hökumətindən dərhal tədbirlər görməsini xahiş edirdi9.
    Azərbaycan və Ermənistan respublikaları arasındakı sazişə bağlandığı gündən başlayaraq əməl edilməməsi rəsmi yazışmalarda təsdiqini tapmışdır.
    1919-cu ilin dekabrında N. Yusifbəyli Cənubi Qafqazda müttəfiqlərin Ali Komissarı polkovnik V. Haskelə teleqram göndərərək erməni nizami qoşunlarının Zəngəzur müsəlmanlarını məhv etməkdə davam etdiyini yazırdı10. Çox kəndlərin yandırıldığı, müsəlman əhalinin qılıncdan keçirildiyi, erməni nizami hərbi qüvvələrinin əməliyyatlarını Zəngilan rayonuna keçirib dekabrın 9-da 3 kəndi məhv etdiyi xəbər verilirdi. 23 noyabr sazişinə görə Azərbaycan hökuməti öz qoşunlarını Zəngəzurdan geri çağırmış, burada bir əsgəri belə qalmamışdı. Erməni hərbi hissələri isə top-tüfəng ehtiyatlarını artıraraq müsəlman əhaliyə divan tutmaqda daha artıq fəallıq göstərməkdə idilər. N. Yusifbəyli Tiflisdə keçirilmiş müşavirə zamanı bildirmişdi ki, Zəngəzur əhalisinin erməni hissəsində top-tüfəngin qalması yenidən qırğınları davam etdirməkdən çəkinəcəklərinə təminat vermir. Baş vermiş sonrakı proseslər onun haqlı ehtiyatını bir daha təsdiqləmiş oldu. Azərbaycanın hökumət başçısı V. Haskeldən xahiş edirdi ki, Zəngəzurdakı erməni dəstələrindən top-tüfənglərin yığışdırılması üçün 5 gündən gec olmayaraq Zəngəzur qəzasına amerikan zabitlərindən ibarət komissiya göndərilsin. Tədbir görülməyəcəyi təqdirdə Azərbaycan hökuməti evsiz-eşiksiz qaçqınların qanının axıdılmasına, davamlı iztirablarına seyrçi qalmayacağını, öz vətəndaşlarının əbəs yerə qurban verilməsinə dözməyəcəyini və bütün baş verən qanlı əməllərin günahkarlarını Zəngəzurda birgə yaşamaq prinsiplərinə əməl etməyin zəruriliyini dərk etməyə vadar edəcək müvafiq konkret tədbirlər görmək məcburiyyətində olacağını V. Haskelin diqqətinə çatdırmışdı11.
    Azərbaycan hökumətinin qətiyyətli mövqeyi müttəfiqlərin Cənubi Qafqazdakı ali komissarını müvafiq tədbir görməyə yönəltdi. V. Haskel Ermənistan hökumətindən dərhal hərbi hissələrini Zəngəzurdan geri çağırmağı tələb etmişdi12. Bu barədə Azərbaycanın XİN-i M. -Y. Cəfərov V. Haskel tərəfindən məlumatlandırılmış, həmçinin Qarabağ general-qubernatoru X. Sultanovun Haskelə göndərilmiş teleqramı da, onun tərəfindən Ermənistanın hökümət başçısına ünvanlanaraq əlavə edilmişdir ki, «əgər bu ittihamların düzgünlüyü təhqiqatdan sonra təsdiqlənərsə, bu Ermənistanın gələcəyi üçün ən güclü zərbə olacaqdır»13.
    Azərbaycan höküməti qonşu Ermənistan Respublikası ilə məsələləri nizamlamaq üçün nəzərdə tutulmuş müştərək konfransa nümayəndələrini müəyyənləşdirdi. Dövlət Müdafiə Komitəsinin qərarı ilə 1919-cu il dekabrın 9- da Fətəli xan Xoyski, Məmməd Həsən Hacınski və doktor Məmməd Rza bəy Vəkilov konfransda Azərbaycan heyətinin üzvləri təyin olundular14. Azərbaycan - Ermənistan konfransı 1919-cu il dekabrın 14-də Bakıda işə başladı.
    Konfransın ilk iclasını Azərbaycanın xarici işlər naziri M. -Y. Cəfərov açdı. Giriş sözündə konfransın həll etməli olacağı məsələlər içərisində ərazi məsələsinin başlıca yer tutduğunu vurğuladı. Hər iki tərəfin nümayəndə heyətinin tərkibi açıqlandı və konfransın respublikalar tərəfindən sədrləri kimi, Fətəli xan Xoyski və Arutyunyants olduğu diqqətə çatdırıldı15. İlk gün konfransa sədrlik etmiş F. Xoyski ətraflı giriş sözü ilə konfransın işə başladığını elan etdi. Qafqaz respublikaları arasındakı münasibət, istiqlal ideyasının gerçəkləşməsi naminə birgə mübarizə zərurətindən bəhs etdi. Arutyunyants öz növbəsində Azərbaycan xalqını salamladı, hər iki xalqın bir-biri üçün qarşılıqlı əhəmiyyət daşıdığını, xüsusən iqtisadi məsələlərdə buna ehtiyac duyulduğunu qeyd etdi. Sonra F. Xoyski konfransa ünvanlanmış təbrik teleqramlarını səsləndirdi. V. Haskelin, Gürcüstanın Azərbaycanda diplomatik nümayəndəsi Alşibayanın, Erməni Milli Şurasının, Azərbaycan Parlamentindəki «Daşnaksütyun» fraksiyasının teleqramları oxundu16. Ermənilərin teleqramlarında «türk və erməni xalqları» arasında dinc birgəyaşayış, dostluq münasibətləri məsələləri vurğulanmışdır. Konfransın açılışı ərəfəsində, Ermənistan höküməti 1919-cu il oktyabrın 7-də Azərbaycan hökumətinə nota göndərərək müzakirə üçün zəruri bildiyi məsələləri qeyd etmişdir: respublikalar arasında müvəqqəti sərhəd (demarkasiya) xətlərinin qurulması, qaçqınlar məsələsi, ticarət və dəmiryolu konvensiyalarının bağlanması məsələsi və konfransın lazımlı hesab etdiyi qalan bütün məsələlər17. Azərbaycan tərəfi cavab notasında müvəqqəti demarkasiya xətləri əvəzində hər iki respublika arasında bütün sərhəd mübahisələrinin qəti həlli məsələsinin müzakirəyə qoyulmasını zəruri sayırdı18. Konfransın xüsusi müşavirəsi növbəti rəsmi iclas üçün həll edilməli olmalı məsələlərin siyahısını işləyib hazırlamalı idi. Azərbaycan və Ermənistan heyətlərinin sədrləri növbəli qaydada konfransın işinə sədrlik etməli idilər. Dekabrın 15, 17, 19-u tarixlərində konfrans üzvlərinin xüsusi iclasları keçirilmişdir19. Azərbaycan nümayəndələri müzakirə üçün əlavə məsələlər irəli sürmüşdülər: Ermənistanda Azərbaycan və Azərbaycanda erməni təbəələrinin məhkəmə-hüquq münasibətləri haqqında, Azərbaycan və Ermənistanın müxtəlif şəhərlərində konsul agentlərin təsis edilməsi, Cənubi Qafqazın üç respublikasının konfederasiyası haqqında. Azərbaycan nümayəndələri, F. Xoyski və M. H. Hacınski ilk növbədə ərazi məsələlərinin müzakirələrini vacib saymışdılar20. Arutyunyants isə hər şeydən əvvəl maliyyə-iqtisadi xarakterli məsələləri müzakirə və həll etməyə səy göstərirdi21. Erməni üzvlər müvəqqəti demarkasiya xəttinin qurulmasında maraqlı idilər. Bunu ərazi-sərhəd müəyyənləşdirilməsində «psixoloji zəmin» mərhələsi kimi qiymətləndirirdilər. 23 noyabr sazişinə görə faktiki müəyyənləşdirildiyi səbəbindən F. Xoyski yaranmış vəziyyətdə ərazi məsələsinin həllinin yubandırılmasını düzgün hesab etmirdi. Azərbaycan heyəti Cənubi Qafqaz konfederasiyasının təmin ediləcəyi zaman ərazi məsələsinin də öz həllini tapacağını əsaslandırırdı. Bu məsələnin müzakirə edilməsi üçün erməni heyəti özlərini səlahiyyətli hesab etmirdi. Məsələnin qoyuluşu ətrafında müzakirələr xeyli uzandı. Konfransın Bakıda keçirilmiş sonuncu - 21dekabr tarixli iclasında konfederasiya haqqında məsələnin, həmçinin qoyulmuş digər məsələlərin Tiflisdə davam etdiriləcək konfransda müzakirə olunması nəzərdə tutulurdu. Konfransın ən mühüm yekunu iki qonşunun dinc birgəyaşayış niyyətli olduğuna əminlik ifadə edilməsi idi22. Lakin məhz həmin dekabr ayının son on günlüyündə, konfransdan az sonra erməni hərbi hissələrinin Ermənistandakı müsəlman əhalisinə divan tutmasını ittiham edən teleqram göndərişləri davam edirdi23.
    ***
    1919-cu il 23 noyabr tarixli sazişin bağlanması, Bakıda keçirilmiş birgə konfrans ikitərəfli danışıqlar təcrübəsi kimi təqdir edilmiş olsa da mahiyyət etibarilə münasibətlərin normal məcraya düşməsi ilə nəticələnmədi. əksinə, erməni siyasətçiləri və hərbçiləri diplomatik danışıqlar pərdəsi altında qonşu ərazilərə, respublika daxilində və xaricindəki müsəlmanlara qarşı hərbi təcavüzü davam etdirməkdə idi.
    Qarabağda 1920-ci ilin yazında erməni qiyamı Ermənistan hökumətinin həyata keçirdiyi - Azərbaycan Cümhuriyyətinin devrilməsi prosesində məşum rolunu oynamış qanlı aksiya oldu.
    XX yüzilliyin sonu - XXI yüzilliyin əvvəllərində Ermənistan dövlətinin təcavüzkar siyasətinin qanlı salnamə yazdığı bir şəraitdə ermənilərin iki tərəfli qaydada, vasitəçilər yolu ilə danışıqlar aparması 90 il öncəki təcrübəni nəzərdən keçirməyi faydalı edir. Ötən müddət erməni xislətini, onun fürsət anında manevrli davranışını dəyişmədi. Eyni regionla bağlı eyni motiv, eyni iddia tarixi paralellik aparmağın lüzumunu ortaya qoyur.
    1. Адрес - Кaлендaрь Азербaйджaнсkой Республиkи нa 1920 г. Бakу, 1920, ч. 3 с. 3-4; АРДА, ф 970, с. 1, иш 95, в. 13
    2. Yenə orada
    3. Азербaйджaн, 1919, 19 ноября, № 250
    4. 4. Азербaйдъaнсkaя Демоkрaтичесkaя Республиka (1918-1920), Внешняя политиka (Доkументы и мaтериaлы), Бakу, 1998, с. 437-438
    5. Yenə orada
    6. Yenə orada, s. 443-444
    7. Yenə orada , s. 444
    8. Азербaйджaн, 1919, 27 ноября, № 257
    9. Азербaйджaн, 1919, 3 деkaбря, № 262
    10. Азербaйджaн, 1919, 16 деkaбря, № 272
    11. Yenə orada
    12. 12. Азербaйджaнсkaя Демоkрaтичесkaя Республиka (1918-1920), Внешняя политиka (Доkументы и мaтериaлы) Бakу, 1998, с. 453
    13. 13. Yenə orada
    14. 14. АРДА, ф. 970, с. 1, иш 95, в. 18
    15. 15. Азербaйджaнсkaя Демоkрaтичесkaя Республиka (1918-1920), Внешняя политиka (Доkументы и мaтериaлы), Бakу, 1998, с. 457-458
    16. 16. Yenə orada , s. 462-463
    17. ARDA, f. 970, s. 1. iş 65, v. 108
    18. Yenə orada , iş 95, v 52-59
    19. Yenə orada, v. 43-45, 46-48, 49-51
    20. 20. Азербaйджaнсkaя Демоkрaтичесkaя Республиka (1918-1920) Внешняя политиka (Доkументы и мaтериaлы), Бakу, 1998, с. 466
    21. Yenə orada
    22. Yenə orada, s. 490
    23. ARDA, f. 897, s. 1, iş 38, v. 364
    Azerbaijan has completed the peaceful neighbor-hood principle with neighbour countries beginning from the day, when it had declared itself an independent republic.
    As a result of importance to discuss and solve various important issues with the Republic of Ararat, a conference had been held between Azerbaijan and Armenia.
    Though an agreement was signed on the 23rd of Novemember in 1919 and the conference that was held in Baku had been appreciated as a talk experience, but it didn’t result with the improvement of relations.
    Armenians continued their military attacks to neighbour areas and to the Muslims living in and out of their country, though diplomatic talks were going on.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan -Ermənistan münasibətləri: ikitərəfli danışıqlar təcrübəsi

          Kategori: Ermeni Sorunu

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 929

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş