Kullanıcı Tag Listesi

ədalət Mustafayev Erməni separatizmi və onların himayədarları XX əsrin 80-ci illərindən etibarən Azərbaycanın qərb bölgəsində baş verən siyasi proseslərin əsası XIX yüzillikdə Rusiya imperiyasının Cənubi Qafqazı işğal etməsi və ermənilərin bura köçürülməsi ilə qoyulmuşdur. Bu problemi Sovet imperiyası Zəngəzuru Ermənistana verməklə və Azərbaycan ərazisində ermənilərə muxtariyyət yaratmaqla (DQMV,1923-cü il) daha da dərinləşdirdi. Sovet hakimiyyəti illərində dəfələrlə Dağlıq Qarabağın

Bu konu 1640 kez görüntülendi 0 yorum aldı ...
Erməni separatizmi və onların himayədarları 1640 Reviews

    Konuyu değerlendir: Erməni separatizmi və onların himayədarları

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1640 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Erməni separatizmi və onların himayədarları

    ədalət Mustafayev
    Erməni separatizmi və onların himayədarları




    XX əsrin 80-ci illərindən etibarən Azərbaycanın qərb bölgəsində baş verən siyasi proseslərin əsası XIX yüzillikdə Rusiya imperiyasının Cənubi Qafqazı işğal etməsi və ermənilərin bura köçürülməsi ilə qoyulmuşdur. Bu problemi Sovet imperiyası Zəngəzuru Ermənistana verməklə və Azərbaycan ərazisində ermənilərə muxtariyyət yaratmaqla (DQMV,1923-cü il) daha da dərinləşdirdi.
    Sovet hakimiyyəti illərində dəfələrlə Dağlıq Qarabağın iqtisadi və siyasi cəhətdən Ermənistanla “bağlılığı” kimi cəfəng fikirləri irəli sürən ermənilər Muxtar Vilayətin Ermənistana verilməsini tələb etmişdilər. 1965-ci ildə Qarabağın Ermənistana verilməsi tələbi ortalığa çıxanda Xruşşov ədalətli mövqe tutaraq Azərbaycanın hüquqlarını haqlı olaraq müdafiə etmişdir (Boran əziz. Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri. Bakı, 2008, səh. 42) Bu tələbi irəli sürənlər Dağlıq Qarabağın nə iqtisadi, nə də siyasi cəhətdən Ermənistanla bağlı olmamasını anlamamış deyildilər. Ermənilər öz əsassız iddialarından heç vaxt geri çəkilmədilər və bütün vasitələrdən istifadə edərək Azərbaycan əleyhinə təbliğatı gücləndirdilər. Təkcə İttifaq miqyasında deyil, eyni zamanda dünyanın əksər dövlətlərində Azərbaycan əleyhinə yönəlmiş çirkin planların həyata keçirilməsi üçün maddi imkanlardan da geniş istifadə etdilər. 1989-cu ildə ABŞ-dakı erməni təşkilatlarının Kolumbiya Universitetində Dağlıq Qarabağ məsələsi ilə bağlı təşkil etdikləri konfransda sovetşünas Tadeuş Svyatoxovski də iştirak etmiş və qismən də olsa həqiqəti deməyə çalışmış, ermənilərin gəlmə olduğunu konfrans iştirakçılarının nəzərinə çatdıra bilmişdir. Professor sonralar öz müsahibəsində ermənilərin ona qarşı kobud rəftarı ilə rastlaşdığını bildirir: “Onlar mənə deyirdilər: “Siz necə alimsiniz, necə deyə bilərsiniz ki, siz Amerika alimisiniz?” (“Elm” qəz. , 29 iyul 1989-cu il) Erməni millətçilərinin düşündüyü bir şey var, kim olursa-olsun, ermənilərin yalan və uydurmalarına “Amin” desin. Ermənilərin antiazərbaycan təbliğatını hətta Rusiyanın səlahiyyətli nümayəndələri də etiraf edirdilər. Rusiyanın sabiq vitse-spikeri S. Baburin Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri ilə görüşü zamanı deyirdi ki, “ermənilər Rusiya kütləvi informasiya vasitələrində antiazərbaycan xarakterli materiallar çap etdirmək üçün böyük miqdarda vəsait xərcləyirlər” (A. N. Abbasbəyli, P. Q. Darabadi, ə. G. İbrahimov. Konfliktologiya. Dərslik. Bakı, 2006, səh. 269)
    SSRİ məkanında gedən siyasi proseslərin mahiyyəti və perspektivlərini yetərincə obyektiv dəyərləndirə bilməyən K. Bağırov, ə. Vəzirov, A. Mütəllibovun müti rəhbərliyi ölkəmizin durumunu xeyli ağırlaşdırdı. (Musa İ. M. Dövlətlərarası münasibətlər və Azərbaycan. Bakı, 2005, səh. 478) 200 mindən çox azərbaycanlının faciəli şəkildə Ermənistandan qovulması prosesi başlayarkən, Qarabağda ermənilər onlara qarşı eyni tədbirlərin görüləcəyindən ehtiyatlanırdılar. Təəssüflər olsun ki, Azərbaycan rəhbərliyi vəziyyəti düzgün qiymətləndirə bilmədi və qaçqın əhalinin Qarabağda yerləşdirilməsinə şərait yaratmadı. Ermənilər isə SSRİ-nin nəzarəti altında Ermənistanda dövlət səviyyəsində silahlandırılır, xaricdən lazımi dəstəyi alırdılar. Imperiyanın parçalanmağa doğru getdiyi bir dövrdə, xalqımızın birləşib düşmənə qarşı birgə güc nümayiş etdirməsi üçün maneələr yarandı və rəhbərliklə xalq arasında uçurum dərinləşdi. Bununla da, düşmən tərəf bütün vasitələrdən istifadə edərək vəziyyəti öz xeyirlərinə dəyişə bildi.
    Qeyd etmək yerinə düşər ki, siyasi vəziyyətin gərginliyinə baxmayaraq Dağlıq Qarabağda bir sıra obyektlərin tikilişi bu dövrdə Azərbaycan hökuməti tərəfindən sürətləndirilir, ermənilər isə əksinə Ermənistan və güclü havadarları tərəfindən silahlandırılırlar. Azərbaycan rəhbərliyi ermənilərin bütün bəhanələrinin qarşısını almaq üçün Muxtar Vilayətin bütün rayonlarına ardıcıl yardımlar göstərir, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün nə mümkünsə edirdilər. Hadisələrin gedişinə düzgün qiymət verilmir, Azərbaycan tərəfdən əksərən mülayim mövqe tutulur, ermənilərin bu hərəkətləri sadəcə olaraq yenidənqurmanın həyata keçirilməsinə maneçilik kimi qiymətləndirilirdi. Azərbaycan rəhbərliyi ermənilərin hərəkətini “emosiyaların coşması” kimi qiymətləndiridi. (“Bakı” qəz. , 14 iyul 1989-cu il. )
    SSRİ-nin dağılması ilə Cənubi Qafqaz millətlərarası münaqişələr meydanına çevrildi. İttifaqı saxlamağa çalışan qüvvələrlə əks qüvvələr arasında gedən mübarizə fonunda milli nifaq daha da qızışdırıldı. Erməni millətçiləri milli nifaqın katalizatorları oldular. Cənubi Qafqazda stabilliyin pozulması, böyük dövlətlər tərəfindən bu proseslərə müxtəlif yanaşmaların olması və bu qarışıq məqamda daxili birliyi qorumağa qadir olan uzaqgörən dövlət xadiminin olmaması Azərbaycan üçün xoşagəlməz nəticələrə gətirib çıxartdı. 1985-ci ildə hakimiyətə gələn M. S. Qorbaçov ermənipərəst mövqedən çıxış edərək Azərbaycan əleyhinə qərəzli fikirlər söyləməkdən çəkinmirdi. M. S. Qorbaçov Qarabağ problemi haqqında bildirmişdir ki, “Qarabağ problemi" var və onun kökləri dərindir. Ona görə kəskinləşmişdir ki, Azərbaycan rəhbərliyi müəyyən mərhələdə həmin əhaliyə . . . qeyri-insani münasibət bəsləmişdi” (Erməni terrorizmi və cinayətləri: Azərbaycanda, Türkiyədə və dünyada. Bakı, 1994, səh. 16) Hakimiyyət başında duran şəxsin söylədikləri qərəzli fikirlər rus şovinizminin təzahürü idi. Qorbaçov Qarabağda olan ermənilərin sosial-iqdisadi vəziyyətinin yüksək səviyyədə olmasını bilirdi. O, sadəcə olaraq erməni millətçilərinin fəaliyyətinə rəvac verirdi.
    1989-cu il yanvarın 12-də Qorbaçovun rəhbərliyi ilə SSRİ Ali Sovetinin verdiyi qərarla Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) Xüsusi İdarə Komitəsi (XİK) yaradıldı. Qorbaçovun rəhbərliyi ilə yaradılan və İttifaq ərazisində heç vaxt tətbiq edilməmiş xüsusi idarə forması deyilən bir qurumun rəhbəri olan A. Volski ermənipərəst mövqeli şovinist idi. O, Qarabağda erməni millətçiliyinin və separatizminin çiçəklənməsi üçün şərait yaradanlardan biri oldu. SSRİ rəhbərliyi tərəfindən Qarabağda yaradılmış qurumun əsas fəaliyyəti ermənilərin möhkəmlənib qalmasına xidmət edirdi. Eyni zamanda XİK tədricən Qarabağın Rusiya Federasiyasının tabeçiliyinə verilməsi üçün şərait yaratmağa çalışırdı. Belə ki, onlar ilk növbədə müəssisələrin alınıb Rusiya və başqa asılı dövlətlərin nəzarətinə verilməsinə çalışırdılar. Bu tədbirlərin həyata keşirilməsi hələ XİK yaradılmamışdan planlaşdırılmışdı və Volski belə tədbirlərdə iştirak edirdi. Bakı qəzeti 1988-ci il 11 oktyabrda Azərbaycan və Ermənistan rəhbərliyinin DQMV-də keçirdiyi görüşlərdə “Sov. İKP. MK -nın və SSRİ Ali Sovetinin nümayəndəsi kimi A. İ. Volski”nin də iştirak etdiyini qeyd edir ([1] “Bakı” qəz. , 12 oktyabr 1988-ci il). A. Volskinin kimliyi onun fəaliyyətindən aydın olur. Onun rəhbərliyi ilə DQMV-də XİK-in yaradılmasını ermənilər ruh yüksəkliyi ilə qarşıladılar və Azərbaycan hökumətinin heç bir qərarına məhəl qoymayaraq separatizmi və vəhşiliyi daha da artırdılar. Mətbuatda isə Xüsusi Komitənin fəaliyyəti “müsbət” qiymətləndirilirdi. “Xüsusi İdarə Komitəsi, hüquq-mühafizə orqanları millətlərarası zəmində yeni toqquşmaların və adamların tələf olmasının qarşısını almaq üçün nə mümkünsə edirlər” (“Bakı” qəz. , 12 iyul 1989-cu il). Məhz bu qurumun həyata keçirdiyi siyasətin nəticəsi idi ki, Moskvaya ötürülən məlumatların xarakteri dəyişir, azərbaycanlılar haqqında bütünlüklə mənfi fikir yaradılır, erməni terror qruplaşmalarının fəaliyyəti isə özünütəyinetmə kimi qiymətləndirilirdi. Erməni lobbisinin nəzərəçarpacaq dərəcədə fəallaşması hiss olunur. Xüsusi İdarə Komitəsi vilayətdə qayda-qanunu bərpa etmək əvəzinə azərbaycanlıların buradan qovulmasına şərait yaratdı.
    Münaqişənin başlandığı dövrdən Qarabağa açıq və gizli yollarla müxtəlif qrupların və rəsmi dövlət adamlarının gəlməsi ardıcıl xarakter almışdır. DQMV-də vəziyyəti aydınlaşdırmaq və asayişi qoruyan qüvvələrin fəaliyyətini əlaqələndirmək üçün SSRİ Daxili işlər nazirinin müavini S. Q. Lusauskas, Daxili qoşunların rəisi general-polkovnik İ. V. Şatalin və digər nümayəndələrin Xankəndinə (Stepanakert) gəlişi ilə hadisələr daha da kəskinləşmiş, azərbaycanlılara qarşı qətl və qarətlərin sayı daha da artmışdı.
    Muxtar Vilayətdə yaradılmış XİK-ə əvvəllər Azərbaycanlılar tərəfdən kortəbii inam olsa da, sonralar “komitə”nin əsas fəaliyyətini anlamağa başladılar və bir daha başa düşüldü ki, komitə Dağlıq Qarabağı Azərbaycandan asanlıqla qoparmaq üçün yaradılmış aldadıcı bir qurumdur. Xüsusi İdarəetmə Komitəsinin fəaliyyəti dövrü müəssisələrin alınıb Rusiya və ya başqa dövlətlərin tərkibinə verilməsi planının sakit yolla həyata keçməsi üçün nə qədər örtülü plan cızılsa da tədricən əhali işin əsas mahiyyəti barədə məlumatlandırılırdı. DQMV-də yaradılmış komitənin üzvlərindən biri mərhum Şuşa rayon partiya komitəsinin birinci katibi Vaqif Cəfərovdan Dağlıq Qarabağın müəssisələrinin və idarələrinin Azərbaycan tabeçiliyindən çıxarılması haqqında müxbirimizin narahatlıqla verdiyi suala cavab belə olur: “. . . Komitənin qəti fikrini çatdırım: heç kəs, heç bir əmək kollektivi zorla heç hara tabe etdirilməyəcək. Söhbət tamam başqa şeydən gedir: regional təsərrüfat hesabından, iqtisadi müstəqillikdən, Bakı iləmi, Moskva iləmi, kiminlə olursa olsun, yalnız bərabər partnyorluq əlaqələrindən, sərfəli əməkdaşlıqdan gedir” (“Kommunist” qəz. , 9 aprel 1989-cu il). Buradan göründüyü kimi Dağlıq Qarabağda gedən proseslərin əhaliyə düzgün çatdırılmasına, komitənin əsl mahiyyətinin açılmasına mərkəz imkan vermir, hər bir işin müsbət həll olunacağına inam yaradılır, hətta bəzi məsələlərin mətbuata çıxmasına, əhaliyə düzgün çatdırılmasına imkan verilmirdi. Jurnalistlərin birinin dediyi kimi “Biz jurnalistləri uzun-uzadı inandırmağa çalışıb deyirdilər: DQ haqqında yazmaq lazım deyil, bu ancaq ehtirasları qızışdırır. Biz də fikirləşirdik bəlkə doğrudan da lazım deyil” (“Bakı” qəz. , 23 dekabr 1989-cu il).
    Dağlıq Qarabağda baş verən hadisələrdə mübahisə doğuran suallar da meydana çıxırdı . Bəzən ermənilər də Xüsusi idarəetmə Komitəsinə qarşı çıxır, onun ləğv olunmasını tələb edirdilər. “Buraxılmış Krunkun keçmiş liderlərindən biri Stepanakert Avtomobil Nəqliyyat birliyinin baş direktoru B. V. Dadamyan mayın 3-də yerli televiziya ilə çıxış edərkən demişdi ki, tətilçilərin məqsədi xüsusi idarə komitəsinin ləğv edilməsinə, vilayət partiya komitəsinin və vilayət icraiyyə komitəsinin fəaliyyətinin bərpa edilməsinə nail olmaqdır” (“Kommunist” qəz. , 6 may 1989-cu il). Buradan da göründüyü kimi erməni lobbisi manevr edir, XİK-nin əsas fəaliyyətini ört-basdır etməyə çalışırdılar. XİK-in fəaliyyəti ilə bağlı 1989-cu il mayın 19-da Moskvada N. İ. Rıjkovun başçılığı altında Millətlərarası Münasibətlər Komitəsinin gördüyü işlər barədə verilən hesabat çıxışlarında vurğulanır: “Xüsusi İdarə Komitəsinin ilk aylarında Muxtar Vilayətin hüquqlarının həyata keçirilməsi gücləndirilmiş, vilayətin müstəqilliyinin genişləndirilməsinə və regional təsərrüfat prinsiplərinə keçirilməsinə, azərbaycanlı əhalinin də mənafeləri lazımınca nəzərə alınmaqla mədəniyyət və təhsil sahəsində, DQMV-nin erməni əhalisinin Ermənistanla müxtəlif əlaqələrinin stimullaşdırılmasına yönəldilmiş təşkilati və hüquqi qərarlar ardıcıl yerinə yetirilmişdir” (“Kommunist” qəz. , 20 may 1989-cu il). Bu söylənilən fikirlər Xüsusi İdarə Komitəsinin əsl mahiyyətini açmağa kömək edir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Erməni separatizmi və onların himayədarları

          Kategori: Ermeni Sorunu

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1640

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş