Kullanıcı Tag Listesi

Akif Nağı Ermənilərin ilk ərazi iddiaları və Cümhuriyyət dövrü Rusiya hökuməti Azərbaycan türklərinin tarixi torpaqlarında, ayrı-ayrı yaşayış məntəqələrində, o cümlədən Bakıda, İrəvanda, Zəngəzurda, Qarabağda ermənilərin sayını artırmağa, onların hakim mövqeyini təmin etməyə çalışırdı. Bu siyasət onsuz da müstəmləkə əsarətində olan azərbaycanlıların gələcəkdə hər hansı müstəqillik meyllərinin qarşısının alınması və yerli əhalinin sıxışdırılıb çıxarılaraq yerində erməni-xristian bölgəsinin

Bu konu 881 kez görüntülendi 0 yorum aldı ...
Ermənilərin ilk ərazi iddiaları və Cümhuriyyət dövrü 881 Reviews

    Konuyu değerlendir: Ermənilərin ilk ərazi iddiaları və Cümhuriyyət dövrü

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 881 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Ermənilərin ilk ərazi iddiaları və Cümhuriyyət dövrü

    Akif Nağı
    Ermənilərin ilk ərazi iddiaları və Cümhuriyyət dövrü



    Rusiya hökuməti Azərbaycan türklərinin tarixi torpaqlarında, ayrı-ayrı yaşayış məntəqələrində, o cümlədən Bakıda, İrəvanda, Zəngəzurda, Qarabağda ermənilərin sayını artırmağa, onların

    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]
    mövqeyini təmin etməyə çalışırdı. Bu siyasət onsuz da müstəmləkə əsarətində olan azərbaycanlıların gələcəkdə hər hansı müstəqillik meyllərinin qarşısının alınması və yerli əhalinin sıxışdırılıb çıxarılaraq yerində erməni-xristian bölgəsinin yaradılmasına yönəlmişdi. Ona görə də ermənilərin təşkilatlanması və silahlanmasına hərtərəfli yardım göstərilir, onların Azərbaycan türklərinə qarşı təcavüzkar hərəkətlərinə dəstək verilirdi. XX əsrin əvvəllərində ermənilər ilk dəfə Azərbaycanın tarixi torpaqlarından yerli əhalini sıxışdırıb çıxartmağa başladılar. Bu məqsədlə ermənilərin Azərbaycanda fəaliyyət göstərən terror təşkilatları 1905-ci ildə Bakıda, İrəvanda, Zəngəzurda, Qarabağda və digər yerlərdə kütləvi qırğınlar törətdilər. 1905-ci ilin fevralında Bakıda başlayan qırğınlar 1906-cı ilə qədər davam etdi. Bu qırğınlar nəticəsində 50 mindən artıq azərbaycanlı qətlə yetirildi, yüzlərlə yaşayış məntəqəsi dağıldı. Təkcə Qarabağ və Zəngəzurda 200-dən artıq kənd yandırılıb məhv edilmişdi. Bu kəndlərin yarıdan çoxu sonralar da dağıdılmış vəziyyətdə qaldı, az bir hissəsinə azərbaycanlılar qayıda bildilər, qalanlarında isə ermənilər məskunlaşdılar. Bu, azərbaycanlıların yaşayış məntəqələrinin davamlı şəkildə ələ keçirilməsi xətti idi. Ermənilər Şuşa şəhəri ilə bağlı xüsusi planlar qurur, azərbaycanlıları oradan tamamilə çıxarmaq istəyirdilər. Erməni silahlı dəstələri 1905-ci ilin avqustunda Şuşada azərbaycanlıların yaşadıqları məhəllələrə hücuma keçdilər. Elə bir ciddi silahı olmayan azərbaycanlılar ermənilərin hücumlarını çətinliklə dəf edə bildilər. Bu hücum zamanı 100-ə qədər azərbaycanlı öldürüldü, 20-dək ev yandırıldı. Ermənilərin Şuşaya ikinci hücumu 1906-cı ilin yayında baş verdi. Beş gün davam edən döyüşlərdə ermənilər şəhəri ələ keçirə bilmədilər, lakin Şuşa böyük dağıntılara məruz qaldı. 1905-1906-cı il qırğınları zamanı ermənilər qismən öz məqsədlərinə nail oldular. Beləki, 100-ə qədər yaşayış məntəqəsini ələ keçirərək məskunlaşdılar, bəzi yaşayış məntəqələrində, o cümlədən, İrəvan və Bakıda azərbaycanlıların sayının azalmasına nail oldular. Bu azalma əhalinin bir hissəsinin qətlə yetirilməsi, bəzilərinin isə yeni qırğınlar təhlükəsi qarşısında köçüb getmələri ilə əldə olunmuşdu. Ermənilərin məkrli niyyətlərinin daha geniş miqyasda reallaşmasına əhməd bəy Ağaoğlunun başçılığı altında “Difai” (Müdafiə) təşkilatının yaradılması mane oldu. 1905-ci ilin sonu-1906-cı ilin əvəlində az vaxt ərzində formalaşan “Difai” təşkilatı erməni silahlı dəstələrinin qarşısını ala, müqaviməti təşkil edə bildi. Ermənilər müvəqqəti geri çəkilərək təşkilatlarını gücləndirməyə, daha radikal təşkilatlar yaratmağa, dəstələrini daha geniş miqyasda silahlandırmağa, yeni hücumlara hazırlaşmağa başladılar. Azərbaycanlılar isə erməni hücumlarının bir daha təkrar olunacağına inanmayaraq arxayınlaşdılar, tələsik yaranmış silahlı dəstələri ləğv etdilər, “Difai” təşkilatını buraxdılar və ermənilərlə əvvəlki xoş münasibətləri bərpa etdilər.
    “Balkan böhranı”nın yaranması, Birinci Dünya müharibəsinin başlanması ilə erməni terror təşkilatları yenidən nəzərlərini Türkiyə ərazilərinə yönəltdilər. Onlar Türkiyədə pozuculuq fəaliyyətinə, silahlı qiyamlara, dinc əhaliyə qarşı qırğınlara başladılar. Ermənilər Türkiyənin içərilərində yeni hərəkata başlayarkən həm öz planlarını həyata keçirməyə, burada özlərinin “dövlət qurumu”nu yaratmağa çalışır, həm də Rusiya, İngiltərə, az sonra isə ABŞ-ın maraqlarına xidmət göstərirdilər. Erməni silahlı dəstələrinin “fəaliyyəti” nəticəsində 200 mindən artıq dinc əhali qətlə yetirildi, ölkənin bir sıra əyalətlərində gərgin qarşıdurma və vətəndaş itaətsizliyi vəziyyəti yarandı, mərkəzdən qaçma meylləri gücləndi. Türkiyə hökuməti vəziyyətdən çıxış yolu olaraq 1915-ci ilin aprelində erməni silahlı dəstələri və terror təşkilatlarının, qızışdırıcı fəaliyyətlə məşğul olan bəzi din xadimlərinin həbsi ilə, az sonra isə erməni əhalsinin ölkənin digər ərazilərinə köçürülməsi ilə bağlı qərarlar verməli oldu. Bu qətiyyətli addımlarla ermənilərin pozucu və xəyanatkar hərəkətlərinə son qoyuldu. Türkiyə hökumətinin qəti mövqeyi ilə üzləşən erməni terror təşkilatları öz niyyətlərinə

    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]
    ola bilmədilər. Onların qazandıqları saxta “erməni soyqırım”ı deyilən məsələ oldu. Bu məsələdən də bu günə qədər yararlanmağa çalışır, lakin ciddi nəticələrə nail ola bilmirlər. Ermənilərin saxta “soyqırım”ı dünyada tanıtdırmq cəhdləri artıq bayağı təbliğat kompaniyasına çevrilmişdir və heç bir dövlət tərəfindən ciddi qarşılanmır. Son 40 il ərzində bu məsələ vaxtaşırı ayrı-ayrı dövlətlər tərəfindən gündəmə gətirilir, ötəri maraqlar üçün istifadə olunur, sonra da yenidən unudulur. Xəstə erməni düşüncəsi hələ də bu həqiqəti dərk edib başa düşə bilmir. Öz həyatında baş vermiş hər hansı kədərli hadisəni dünyanın ümumi istifadəsinə vermiş ikinci bir xalqı tarix tanımır.
    Birinci dünya müharibəsinin sonlarına doğru erməni terror təşkilatları Cənubi Qafqazda və ilk növbədə Azərbaycanda yenidən fəallaşdılar. Rusiya imperiyasının dərin siyasi və iqtisadi böhran içərisində olması, hər yerdə, xüsusi ilə də ucqarlarda hərc-mərcliyin hökm sürməsi ermənilərin əl-qol açmasına, qanlı olaylar törətməsinə şərait yaradırdı. Rusiyada hakimiyyət uğrunda mübarizə aparan siyasi qüvvələrin hamısı xristian amilini əsas götürərək ermənilərə siyasi və hərbi dəstək verirdilər. Yaxşı silahlanmış erməni terror təşkilatları bir sıra ərazilərdə, xüsusilə də Bakı, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvanda türk-müsəlman əhalisini sıxışdırıb çıxartmağa, həmin əraziləri nəzarətə götürməyə çalışırdılar. Məqsəd bu əraziləri dünya birliyinə guya erməni yaşayış məntəqələri kimi təqdim etmək idi. Onlar böyük dövlətlərin köməyi ilə həmin yerlərdə “erməni dövləti” yaratmaq ümidində idilər. Rusiya bolşevikləri Bakıda erməni daşnaklarına arxalanırdılar. 1917-ci ilin noyabr-dekabr aylarında burada bolşevik-daşnak ittifaqı yarandı. Bu ittifaqa V. Lenin tərəfindən Qafqaza fövqəladə komissar kimi göndərilmiş S. Şaumyan rəhbərlik edirdi. Erməni silahlı dəstələri 1918-ci ilin əvvəlində türk-müsəlman əhalisinə qarşı kütləvi qırğınlara başladılar. Demək olar ki, heç bir silahı, mütəşəkkil qüvvəsi olmayan dinc əhali onlara ciddi müqavimət göstərə bilmirdi. Ermənilər bütün yerlərdə eyni taktikadan istifadə edirdilər. Türkiyədəki Amerika silahlı qüvvələrinin rəhbəri admiral Mark Bristol sonralar yazırdı: “Mən general Dro (erməni terror dəstələrindən birinin rəhbəri-müəllif) ilə birlikdə xidmət etmiş öz zabitlərimin məlumatlarına əsasən bilirəm ki, müdafiəsiz kəndlər əvvəlcə bombalanır, sonra zəbt edilir, qaçıb gedə bilməyən sakinlər vəhşiliklə öldürülür, kənd talan edilir, bütün mal-qara aparılır və sonra isə kənd yandırılırdı. Müsəlmanlardan yaxa qurtarmaq üçün bütün bunlar sistematik şəkildə həyata keçirilirdi”. Vahid mərkəzdən idarə olunan erməni silahlı dəstələri hər yerdə eyni ssenarini həyata keçirir, eyni vəhşilikləri törədirdilər. 1917-ci ilin dekabrında Qafqazda döyüşən rus ordusu buraxıldı. Ermənilər dərhal bu vəziyyətdən istifadə edərək rus ordusunda qulluq edən həmsoylarından ibarət 3 piyada diviziyası, bir süvari briqadası, habelə ərazi alayları yaratdılar. Azərbaycan türkləri Rusiya hakimiyyəti tərəfindən etibar edilib orduya çağırılımadıqlarına görə yaranmış şəraitdən istifadə edib öz silahlı qüvvələrini yarada bilmədilər. Nəticədə Azərbaycanın dinc əhalisi yalnız terror təşkilatları ilə deyil, həm də nizami erməni ordusu ilə üz-üzə qaldı.
    Erməni silahlı dəstələri o vaxta qədərki ən böyük qırğınları 1918-ci ilin mart ayında törətdilər. 1918-ci il martın 18-də 20 minlik erməni-bolşevik silahlı qüvvələri Şamaxıya daxil oldular və dinc əhaliyə divan tutdular. Həmin ayın axırına qədər davam edən qırğın nəticəsində 12 min azərbaycanlı qətlə yetirildi. Bakıda martın 30-dan aprelin 2-nə qədər erməni silahlıları tərəfindən aparılan soyqırım nəticəsində 18 min dinc əhali məhv edildi. Eyni vaxtda Quba qəzasına daxil olan quldurlar 3 minə yaxın qubalını öldürdülər. Bir neçə gün ərzində erməni bolşevik terror dəstələri Bakıda, Şamaxıda, Qubada, İrəvanda, Zəngəzurda, Naxçıvanda, Qarabağda və digər yerlərdə 50 min nəfərdən artıq dinc əhalini qətlə yetirdilər. Ermənilərin törətdikləri kütləvi qırğınlar bununla kifayətlənmirdi. 1919-cu ilin avqust ayında Ermənistan hökuməti Qərb dövlətlərinin təzyiqləri qarşısında bəzi cinayətləri etiraf etməli oldu. Ermənistan hökuməti rəsmi bəyanatla Andronik, Manukyan, Saakyan, Kaçaznuninin fəaliyyəti nəticəsində 1918-ci il ərzində Qafqazda 400 min nəfər azərbaycanlının, 120 min gürcünün, 15 min kürdün və 22 min ləzginin öldürülməsi faktını təsdiq edərək, müqəssirlərin cəzalandırılacağına dair öz üzərinə öhdəlik götürdü.
    1918-ci ilin may ayında Cənubi Qafqazda Azərbaycan türkləri və gürcülərlə yanaşı ermənilər də öz müstəqilliklərini elan etdilər. Şərqdə ilk demokratik respublika yaratmış Azərbaycan xalqı müstəqil dövlətçiliyini möhkəmlətməklə yanaşı ermənilərin sonsuz ərazi iddialarını da dəf etməli oldu. Ermənilər öz müstəqilliklərini Tiflisdə elan etmişdilər, lakin müstəqil dövlət qurmaq üçün nə əraziləri, nə də siyasi mərkəzləri var idi. Nəyin bahasına olursa olsun Cənubi Qafqazda erməni dövləti yaratmaq istəyən Antanta dövlətləri-İngiltərə, ABŞ, Fransa və digərlərinin təkidli xahişləri və təzyiqləri qarşısında Azərbaycan Xalq Cümhuriyyəti güzəştə getməli oldu. Azərbaycan Milli Şurasının (parlamentinin) 29 may 1918-ci il tarixli qərarı ilə İrəvan şəhəri ətraf əraziləri ilə birlikdə öz dövlətlərini yaratmaq üçün ermənilərə verildi. Həmin qərarda bu xoşməramlı addımın müqabilində ermənilərin əsassız ərazi iddialarından imtina etməsi ilə bağlı şərt qoyulmuşdu. Erməni hökuməti də bu şərtlə razılaşmışdı. Az sonra Türkiyə hökuməti də həmin ərazilərdə erməni dövlətinin yaradılmasına öz razılığını verdi. Qədim Azərbaycan torpaqlarında erməni dövləti belə meydana gəldi. Həmin vaxt onun ərazisi 9 min kv. km. , əhalisi isə 324 min nəfər idi. Ermənistan hökuməti Azərbaycan Xalq Cümhuriyyətinin xoşməramlı addımına ermənisayağı minnətdarlıqla cavab verdi. Onlar bir neçə il ərzində qonşu Azərbaycan torpaqları hesabına ərazilərini 30 min kv. km-ə çatdırdılar. 1918-1920-ci illərdə indi Ermənistan adlandırılan ərazilərdən 565 min nəfər Azərbaycan türkü zorla deportasiya edildi. 1922-ci il məlumatlarına görə, həmin ərazilərdə yalnız 10 min nəfər azərbaycanlı qalmışdı. Deportasiya edilmiş azərbaycanlıların bir hissəsi sonradan geri qayıda bildilər. Daşnakların hakimiyyətdə olduğu 2 il yarımlıq dövr ərzində 489 min nəfər azərbaycanlı qətlə yetirildi, 157 kənd tamamilə, 67 kənd qismən azərbaycanlılardan “təmizləndi”. Beləliklə, 1828-ci ildən başlayan proses 1920-ci ildə indi Ermənistan deyilən ərazilərdə 738 türk-müsəlman kəndindən yerli qədim əhalinin qovulması və həmin yaşayış məntəqələrinin tam erməniləşdirilməsi ilə yekunlaşdı. 1918-1920-ci illərdə Ermənistan hökuməti ələ keçirdiyi Azərbaycan torpaqları ilə kifayətlənmir, digər ərazilərə, o cümlədən Qarabağ, Naxçıvan, Zəngəzura iddialar irəli sürür, qoşun yeridirdi. 1918-ci ilin ortalarında erməni silahlı dəstələri Andronik, Dro, Njdenin başçılığı altında Qarabağ, Zəngəzur, Naxçıvana soxularaq kütləvi qırğınlar törətdilər. 1918-ci ilin martında 10 minlik erməni ordusu Naxçıvanın Düşün, Vənənd, Xanağa, Ağrı və digər kəndlərinin üzərinə hücuma keçdilər. Az sonra onlar Ordubad üzərinə yeridilər. Düşmən müqavimətlə rastlaşaraq geri çəkilməli oldu. Həmin vaxt onların Zəngəzura hücumları da uğursuzluqla nəticələndi. Andronikin quldur dəstələri 1918-ci ilin may-avqust aylarında irəliləyə bildilər. Onlar Sisyan bölgəsini ələ keçirdilər və Şuşaya yaxınlaşdılar. Zəngəzurun qəza rəisi 1918 -ci ilin sentyabrında Azərbaycan hökumətinə göndərdiyi hesabatda bildirdi ki, Andronikin quldur dəstələri tez-tez kəndlərə hücum edir, dinc əhalini qətlə yetirirlər. Azərbaycanlıların erməni quldurlarına qarşı mübarizəsinə yardım etmək məqsədi ilə Türkiyə hökuməti 1918-ci ilin payızında Qarabağa, o cümlədən Şuşaya 400, Xankəndinə 2 min nəfərlik hərbi qüvvə göndərdi. Həmin dövrdə Qarabağda böyük dövlətlərin də maraqları kəsişirdi. 1918 -ci ilin dekabrında iki zirehli maşın və bir neçə bölükdən ibarət ingilis hərbi qüvvələri Şuşaya gəldi. Şuşada eyni zamanda ingilis hərbi missiyası yerləşdirilmişdi. Bir qədər sonra Şuşada “Yaxın Şərqə Amerika Köməyi Komitəısi”nin də şöbəsi yaradıldı. Bu şöbə regionda Amerika təsirini gücləndirməyə çalışırdı. Erməni quldur dəstələrinin aramsız hücumları ilə yanaşı böyük dövlətlərin də Qarabağda hadisələrin gedişinə müdaxilə etmələri Azərbaycan hökumətinin işini daha da çətinləşdirdi. Bu şəraitdə Azərbaycan hökuməti düzgün qərar qəbul edərək ayrıca ərazi-inzibati vahid-Qarabağ general qubernatorluğu yaratdı. Bu qərar 1919-cu il yanvarın 29-da verildi və mərkəzi Şuşa şəhəri olmaqla general-qubernatorluğa Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları daxil edildi. Xosrov bəy Sultanov general-qubernator təyin edildi. Xosrov bəy Sultanovun səyləri nəticəsində ermənilərin aramsız hücumlarının, terror aktlarının qarşısı alındı. Xosrov bəyin təşkil etdiyi müdafiə dəstələri erməniləri bir neçə istiqamətdə məğlubiyyətə uğratdılar və ermənilər Zəngəzura doğru geri çəkilməli oldular. Ermənistanın nizami ordusu və yerli ermənilərdən təşkil olunmuş dəstələr 1919-cu il ərzində Azərbaycanın hərbi hissələrinin ciddi müqaviməti ilə rastlaşaraq heç bir nəticəyə nail ola bilmədilər. Azərbaycan ordusunun əsas hərbi qüvvələri Xankəndi, Şuşa, Xocalı, əsgəran, Cəbrayıl, Ağdam və bir sıra digər yerlərdə yerləşdirilmişdi. Ermənilər vaxtaşırı hərbi hissələrin olmadığı yaşayış məntəqələrinə quldur basqınları edir, dinc əhalini qətlə yetirir, var-dövlətlərini talan edirdilər.
    Azərbaycan hökumətinin daxildə və xaricdə apardığı uğurlu siyasət, həm hərbi, həm də diplomatiya sahələrində əldə etdiyi nəticələr ermənilərin məkrli niyyətlərini həyata keçirməsinə imkan vermədi. Azərbaycan ərazi bütövlüyünü qorumağa qadir olduğunu nümayiş etdirdi. Dünya birliyi isə öz müstəqilliyini qorumağa qadir olan dövlətin iradəsi ilə hesablaşmalı oldu. 1920-ci il yanvarın 11-də dünyanın yeni xəritəsinin müəyyən edildiyi Paris sülh konfransında Azərbaycanın ərazi bütövlüyü, süveren hüquqları, müstəqilliyi tanındı. Ermənistanın əsassız iddialarının qurbanına çevrilmiş Qarabağ, Naxçıvan, Zəngəzur dünya birliyi tərəfindən Azərbaycanın ayrılmaz əraziləri kimi tanındılar. Azərbaycanın qərb sərhədləri 2300 il əvvəl olduğu kimi yenə də indi Ermənistan deyilən ərazilərin mərkəzində yerləşən Göyçə gölünün üzərindən keçirdi.
    1920-ci ilin əvvəlində ermənilər yenidən fəallaşdılar. Bu, birinci növbədə Sovet Rusiyasının regiona doğru irimiqyaslı yürüşlərinin bərpa edilməsi ilə bağlı idi. Rusiya Azərbaycanı, xüsusilə də Bakı neft rayonunu az vaxt ərzində ələ keçirmək niyyətlərini gizlətmirdi. Azərbaycan ciddi təhlükə qarşısında idi. Ermənistan höküməti Rusiyanın yalnız Azərbaycan və Bakı nefti ilə kifayətlənəcəyinə ümid edərək yaranmış gərgin vəziyyətdən yararlanmaq qərarına gəldi və növbəti dəfə region xalqlarına qarşı xəyanət etdi. Rusiya və Ermənistan Azərbaycana qarşı eyni vaxta müharibəyə başlamaq haqda razılığa gəldilər. Bu razılaşmaya əsasən Ermənistan silahlı qüvvələri 1920-ci il martın 22-də Zəngəzur, Naxçıvan və Qarabağ istiqamətində işğalçı yürüşə başladılar. Eyni zamanda yerli ermənilər Şuşada silahlı qiyam təşkil etdilər. Qiyam tədricən digər ərazilərə də yayıldı. Qarabağ general-qubernatorluğunun hərbi qüvvələri Şuşada və digər yerlərdə qiyamı yatırdılar. Yalnız əsgəran qalasını ermənilər ələ keçirə bildilər. Ermənistanın silahlı qüvvələrinin bölgəyə daxil olması ilə vəziyyət təhlükəli həddə çatırdı. Azərbaycan höküməti erməni işğalını dəf etmək üçün 40 minlik silahlı qüvvələrinin 85-90%-ni Qarabağa göndərmək məcburiyyətində qaldı. Qarabağda bir ay ərzində davam edən qanlı döyüşlərdən sonra erməni işğalçıları tam məğlub edildi və Azərbaycanın sərhədlərindən kənara qovuldular. Lakin ermənilərin bu yürüşləri həm də Rusiyanın sifarişi ilə həyata keçirilmişdi. Rusiya qoşunları Azərbaycan Ordusunun əsas hissəsinin Qarabağda döyüşlərdə olmasından istifadə edərək 1920-ci il aprelin 27-də şimaldan Azərbaycan sərhədlərini keçdi, sürətlə Bakıya doğru irəlilədi və ertəsi gün Bakı XI Qırmızı Ordu tərəfindən zəbt edildi. Bununla Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğuna son qoyuldu.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Ermənilərin ilk ərazi iddiaları və Cümhuriyyət dövrü

          Kategori: Ermeni Sorunu

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 881

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş