Kullanıcı Tag Listesi

Akif Aşırlı Qafqaz İslam Ordusunun Qarabağ Hərəkatı (1918-ci il dövrü mətbuatının materialları əsasında) 1918-ci ildə Azərbaycanda, məxsusi olaraq onun paytaxtı Bakıda, Zəngəzur, Naxçıvan, Qarabağ kimi bölgələrdə olduqca mürəkkəb, ziddiyətli və çox şərəfli tarixi proseslər baş verib. Bu zaman kəsiyində Azərbaycan tarixində böyük ictimai-siyasi hadisələr cərəyan etdi, Bakı Xalq Komissarları Soveti, həmçinin Zaqafqaziya Seymi yaradıldı və çox keçmədi ki, beynəlxalq aləmdə baş verən

Bu konu 935 kez görüntülendi 0 yorum aldı ...
Akif Aşırlı Qafqaz İslam Ordusunun Qarabağ Hərəkatı (1918-ci il dövrü mətbuatının mat 935 Reviews

    Konuyu değerlendir: Akif Aşırlı Qafqaz İslam Ordusunun Qarabağ Hərəkatı (1918-ci il dövrü mətbuatının mat

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 935 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Akif Aşırlı Qafqaz İslam Ordusunun Qarabağ Hərəkatı (1918-ci il dövrü mətbuatının mat

    Akif Aşırlı
    Qafqaz İslam Ordusunun Qarabağ Hərəkatı (1918-ci il dövrü mətbuatının materialları əsasında)


    1918-ci ildə Azərbaycanda, məxsusi olaraq onun paytaxtı Bakıda, Zəngəzur, Naxçıvan, Qarabağ

    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]
    bölgələrdə olduqca mürəkkəb, ziddiyətli və çox şərəfli tarixi proseslər baş verib. Bu zaman kəsiyində Azərbaycan tarixində böyük ictimai-siyasi hadisələr cərəyan etdi, Bakı Xalq Komissarları Soveti, həmçinin Zaqafqaziya Seymi yaradıldı və çox keçmədi ki, beynəlxalq aləmdə baş verən proseslər, Rusiya, Almaniya, Türkiyə və İngiltərə arasındakı gərgin hərbi-siyasi vəziyyətin nəticəsində üç respublikanı bir araya gətirən seym parçalandı. Gürcüstanın ardınca öz müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası istiqlal bəyannaməsi imzaladı. Belə bir vəziyyətdə bu yenicə doğulan cümhuriyyəti "beşikdə məhv etmək üçün" Stepan Şaumyanın rəhbərlik etdiyi Qırmızı Ordu Milli Qüvvələrin mərkəzi olan Gəncəyə Andranikin dəstələri isə Qarabağa hücuma başladı. M. ə. Rəsulzadənin yazdığı kimi, çətin durumdan milləti qurtaracaq yeganə qüvvə Türkiyə idi. Azərbaycan milli hökumətinin Osmanlı dövləti ilə bağladığı 4 iyun 1918-ci il müqaviləsinə əsasən Azərbaycanı bolşevik-erməni birləşmələrindən xilas etmək üçün Qafqaz İslam Ordusu formalaşdırıldı. Çoxsaylı türk ordusu heyətindən, Azəraycanın milli hərbi qüvvələrindən və könüllülərdən təşkil olunan Qafqaz İslam Ordusu 1918-ci ilin may ayından noyabr ayının ortalarınadək tək Bakı uğrunda deyil, Azərbaycanın bütövlüyünün təmini üçün mübarizə aparmalı oldu. Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı da bu tarixi dövrün ən şanlı, unudulmaz səhifəsi kimi tədqiq edilməli, bu gün işğal altında olan Qarabağ torpaqlarının hərbi yolla geri alınması üçün mübarizə dərsi olmalı, hərtərəfli tədqiq olunaraq gənc nəslə çatdırılmalıdır.
    1918-ci ilin sentyabr ayının 15-də Bakını ingilis-daşnak qoşunlarından təmizləyərək Azərbaycan Milli hökumətini paytaxta köçürən Qafqaz İslam Ordusu komandanı Nuru Paşanın qarşısında ən mühüm vəzifə Zəngəzur və Qarabağda ermənilərin törətdikləri qanlı olayların qarşısını alıb, Azərbaycanın bütövlüyünü təmin etmək idi. Azərbaycanın milli hökuməti Tiflisdən Gəncəyə köçəndən az sonra Andranikin Qarabağda, Zəngəzurda müsəlmanlara qarşı terror həyata keçirdiyi, qanlı hadisələr törətdiyi, kəndləri talan edib, qocalara, uşaqlara, qadınlara aman vermədiyi barədə xəbərlər alırdı. Baş nazir Fətəli Xan Xoyski bu barədə dekabr ayında Milli Şurada etdiyi çıxışında deyirdi: "Hələ iyun ayında Andranik başına bir dəstə çete yığıb İrəvan Quberniyasından Gəncə quberniyasının hüduduna keçdi. O vaxt Azərbaycan hökuməti Gəncədə ikən erməni hökumətinə müraciət etdi ki, Andranik sizin tərəfinizdən iş görür, yoxsa bu hərəkətlər öz təşəbbüsüdürmü və onun qoşunları erməni hökumətinə tabedirmi? Erməni hökuməti cavab verdi ki, Andranikin erməni hökuməti ilə heç bir əlaqəsi yoxdur". Fətəli Xan Xoyskinin söylədiyi bu sözlər Ararat respublikasının Azərbaycan hökumətinin etiraz notasına verdiyi cavab məktubunda da öz əksini tapmışdı. Elan etdikləri Ararat respublikasının ərazilərinin Azərbaycanın tarixi torpaqları hesabına genişləndirmək istəyən erməni liderlərinə Bakı Xalq Komissarları Soveti sədri S. Şaumyan da yardım edir, "Ararat"çılara «ayı xidməti» göstərirdi. "Bakinskiy raboçi" qəzetinin 20 iyul 1918-ci il sayında çap olunan S. Şaumyanın Culfaya "xalq qəhrəmanı" Andranikə ünvanladığı məktubda deyilirdi: "Sizin teleqarmı aldım. Bütün mətni Moskvaya, Mərkəzi Komitəyə bildirdim. Mən şəxsən sizi, həqiqi milli qəhrəmanı təbrik edirəm. Sizin bayrağınız altında vuruşan bütün qəhrəman əsgərlərə və zəhmətkeş sakinlərə salam söyləyirəm".
    Bakıda Azərbaycan türkcəsində nəşr olunan sol yönümlü "Hümmət" qəzeti Batum konfransında iştirak edən Xosrov bəy Sultanovun Tiflis qəzetlərinə verdiyi müsahibəsini çap edərək Qarabağ türklərinin acınacaqlı taleyinə toxunurdu. Sözügedən müsahibədə X. Sultanov müsəlman olan yerlərdə ermənilərin törətdikləri qırğınların qarşısını almaq üçün Türkiyə hökumətindən kömək istədiklərini dilə gətirirdi.
    "Znamya truda" qəzeti 10 dekabr 1918-ci il tarixində Andranikin "Qarabağ hadisələri" adlı məktubunu çap etmişdi. Erməni qatillərinə başçılıq edən Andranik 6 min nəfərlik qoşunun Cənubi Azərbaycanın Urmiya gölü ətrafındakı 4 erməni batalyonundan təşkil olunduğunu, sonradan isə onun çağırışı ilə bu silahlı birləşmələrə türkiyəli ermənilərin də qoşulduğunu yazır.
    Cənubi Azərbaycanda türklərə qarşı törətdiyi qətliamları xatırladan Andranik bu bölgəyə onlardan 9 gün əvvəl türk qoşunlarının gəldiyini ərz edərək xatırlayır: "İyunun 20-də döyüşlər oldu, şəhərin bir hissəsini əlimizdə saxlaya bildik. Axşama doğru isə türklərin əlavə qüvvələri döyüşlərə atıldıqdan sonra geri çəkilməli olduq. 70 nəfər itkimiz oldu, bir o qədər də itkin düşdü".
    Cənubi Azərbaycan uğursuzluğundan sonra Naxçıvana doğru geri çəkilərək əlavə hərbi qüvvələr formalaşdırıb Azərbaycan kəndlərini talan edən ermənilər türk qoşunlarının 11-ci Qafqaz diviziyası ilə qarşılaşmalı oldu və 1918-ci il 20 iyulda məğlub olaraq Qarabağ istiqamətində hərəkət etdilər. Andranik Qarabağa doğru hərəkətini və işğalçılıq niyyətlərini belə açıqlayırdı: "Culfaya qayıdaraq Qarabağa doğru istiqamətləndik. Yol boyunca Yaylıca adlı tatar kəndini ələ keçirdik. Bu kəndin silahlılarının müqavimətini qırıb iki top, xeyli sayda silah-sursat ələ keçirdik. Qarabağa doğru hərəkət çətinləşirdi".
    İşğalçılıq niyyətlərini qanlı olaylarla həyata keçirən Andranik qısa müddət ərzində buradakı erməniləri Azərbaycan türklərinə qarşı təşkilatlandırır, yerli camaata hücum planları hazırlayırdı. Onun məqsədi erməniləri kütləvi halda Azərbaycan türklərinin üzərinə qaldırmaqdan ibarət idi. Onun bütün cəhdləri Qarabağda türkləri yox edib, bölgəni tam şəkildə ermənilərin hakimiyyətinə tabe etdirmək mahiyyəti daşıyırdı. Andranik öz məqaləsində etiraf edir ki, bu bölgəni nəzarətsiz və təhlükəsiz gördüyündən türkiyəli erməni qaçqınlarını orada yerləşdirib yeni erməni dövləti qurmaq niyyətində olub. Ona görə də ətraf bölgələrdə olan erməniləri erməniçilik ideologiyası ətrafında cəm edib nizami qoşun hissələri yaratmışdı. Plana görə, bu qüvvələri Xankəndinə toplayıb, bir müddətdən sonra müsəlmanlara qarşı genişmiqyaslı hücum əməliyyatı keçirməli idi. Vəziyyətin çətinliyini görən yerli müsəlman qüvvələri, kiçik könüllü müdafiə dəstələri və regional "Müdafiəyi millət" partiyasının nümayəndələri ermənilərin ümumi hücumuna qarşı səfəbərlik elan edib milis təşkilatı qurmağa başladılar. Qafqaz İslam Ordusu komandanı Nuru Paşanın əmri ilə Qarabağ məntəqə komandiri təyin olunan İsmayıl Haqqı bəy bölgədəki müsəlman əhalisinin maddi və mənəvi qüvvəsinin yetərincə olmasına baxmayaraq tərəflər arasında vəziyyətin kəskin hal alacağı dönəmində imkanlardan maksimum istifadə edəcəyini düşünürdü. İsmayıl Haqqı bəy Qarabağda yerli əhalinin müqavimət əzmini yüksəltmək, onların köməksiz olmadığını təlqin etmək üçün kiçik türk hərbi hissələrindən ibarət bir qrupun bölgəyə göndərilməsini komandandan xahiş etmişdi.
    Avqustun sonlarına doğru Andranikin quldur dəstələri və onların imkanlarını birləşdirən Qarabağın erməni hərb birləşmələri yerli əhaliyə qarşı basqın və təcavüzlərini artırdılar. Onlar müsəlman kəndlərinə hücum edir, qətliamlar törədir, əhalinin əmlakını, mal-qarasını aparırdılar. Avqustun 20-də 60 nəfərlik kiçik erməni silahlıları Şuşa ətrafı kəndlərə qarşı təcavüzə keçmiş və yerli əhalinin bütün sürülərini aparmışdılar. Yerli milis qüvvələrinin köməyinə yetişən İzzət əfəndinin nəzarətində olan dəstələr erməni qruplarına qarşı mübarizə apararaq, basqının qarşısı almışdı. Ermənilərin məhz bu qarətçi hərbi hissələri sentyabrın 13-də Abdallar kəndinə hücum etmiş, kəndi ələ keçirmişdilər. Azsaylı yerli qüvvələr ermənilərin bu qəfil hücumunun qarşısını ala bilməmiş, müvəqqəti olaraq geri çəkilmişdi. Abdallar kəndini işğal edən ermənilər demək olar ki, bütün evləri yandırmış, öz hücumlarını ətraf kəndlərə doğru istiqamətləndirdilər. Sisyan nahiyəsində də quldurluqla məşğul olan yaraqlılar bu ərazidə yaşayan Azərbaycan türklərini vahiməyə salaraq onları yurdlarından didərgin salmışdılar. Bu nahiyədə 5 türk kəndi tamamilə yandırılmış, qocalar saqqaları yolunaraq öldürülmüş, qadınların döşləri kəsilərək uşaqların əmcək əvəzi ağızlarına soxulmuş, insanı dəhşətə gətirən faciələr törədilmişdi.
    Belə bir vəziyyətdə Qarabağ məntəqəsinin komandiri, polkovnik İsmayıl Haqqı bəy Azərbaycan milli hökumətindən Qafqaz İslam Ordusu komandanı Nuru Paşadan Qarabağ hərəkatını tez başlamağı xahiş etmiş, əks halda ermənilərin bu bölgənin türk əhalisini bütünlüklə məhv edəcəyini bildirmişdi. Qafqaz İslam Ordusunun Bakı uğrunda döyüşləri xeyli müddət çəkdiyindən Qarabağ hərəkatı ləngidi. Yaranmış belə bir durumdan istifadə edən erməni hərb birləşmələri Qarabağın əksər bölgələrində minlərlə insanı qətlə yetirmiş, kəndləri talan etmiş, qanlı olaylar törətmişdilər.
    Erməni hərb birləşmələri Ağdam və Şuşa qalası arasında yerləşən əsgəran keçidini nəzarətə altına alıb, Şuşa qalasına çəkilən 20 min Azərbaycan türkünü mühasirəyə almışdı. Mühasirə davam etdiyi üçün Şuşa qalasının vəziyyəti çox pisləşmiş və qalanın düşmənlər tərəfindən alınması asanlaşmışdı. Bu böhranlı günlərdə Nuru Paşa vaxt itirmədən Qarabağa qoşun yeridilməsini əmr etdi. Bakının azad olunmasından 3 gün sonra - sentyabrın 18-də polkovnik Cəmil Cahid bəy Qarabağ hərəkatını həyata keçirərək 1-ci Azərbaycan diviziyasına komandan təyin edildi. Bütün milli hərbi qüvvələr sentyabrın 23-dən etibarən Ağdama toplaşmağa başladı. Ağdama toplanan 1-ci Azərbaycan diviziyasının döyüş qabiliyyətini canlı qüvvələrlə təmin etmək üçün Nuru Paşa Qarayazı və ləzgi süvari alaylarını Yevlaxa, oradan isə Bərdəyə hərəkət etməsi əmrini verdi. Qarabağdan və ətraf bölgələrdən toplanan könüllü hərbi qüvvələr də 1-ci Azərbaycan diviziyasının tərkibinə qatıldı. Bakının işğaldan azad olunması üçün Bərdədən toplanan 200 atlı süvari alayı da Qarabağ azadlıq hərəkatının fəal iştirakçılarına çevrildi. Adları sadalanan bu hərbi dəstələr sentyabrın 25-dən etibarən Qarabağ ərazilərinə daxil olmağa başladılar. Hərbi əməliyyatlara bilavasitə rəhbərlik etmək üçün Qafqaz İslam Ordusu komandanı Nuru Paşa da oktyabr ayının 1-də Ağdama gəldi.
    Bütün hərbi hazırlıqlar, düşmənə qarşı kəşfiyyat işləri oktyabr ayının 6-da tamamlandı. 1-ci Azərbaycan diviziyasının komandanı Cəmil Cahid bəy silahları təhvil verərək Azərbaycan milli hökumətinə tabe olmaları üçün ermənilərə ultimatum verdi. Erməni millətçi dairələri, Daşnaksütyunçu hərbi birləşmələr qurultay çağıraraq Cəmil Cahid bəyin ultimatumunu müzakirə etdilər və Azərbaycan hökumətini tanımayacaqlarını bəyan etdilər. Ermənilərin qurultayda qəbul etdikləri qərarı 5 nəfər nümayəndə heyəti Ağdama, 1-ci Azərbaycan diviziyası komandanlığına çatdırdılar. Cəmil Cahid bəy bu qərarla tanışlıqdan sonra onu gətirən ermənilərdən üç nəfərini həbs etdirdi, ikisini isə buraxdıraraq onlara bildirdi ki, ermənilər ən qısa müddətdə təslim olmasalar, Şuşaya hücum başlayacaqdı. Qafqaz İslam Ordusunun Qarabağ komandanı Cəmil Cahidin növbəti ultimatumunu erməni Şurası oktyabrın 3-də çağırdıqları qurultayda yenidən müzakirə etdilər və yenə də erməni yalanı işə başladı. Onlar Azərbaycan hökumətini tanıdıqlarını bəyan edərək ancaq silahların təhvil verilməsinin əleyhinə olduqlarını bildirdilər. Belə bir vəziyyətdə Azərbaycan-türk ordusunun qarşısında bir yol qalırdı, hücum etmək və döyüşlərə başlamaq. Döyüşə hazırlıq vəziyyəti yenidən yoxlanıldıqdan sonra oktyabrın 4-də 1-ci Azərbaycan diviziyasının hərbi dəstələri Şuşaya doğru hərəkətə başladı. Andranik "Znamya truda" qəzetində dərc etdiyi məktubda yazırdı ki, Qafqaz İslam Ordusunun Şuşaya hərəkəti zamanı o Yelizavetpoldan yeni erməni silahlıları və hərbi yük gözləyirdi.
    Ordumuzun qarşısında isə ən mühüm məsələ Şuşa qalasına çatmaq üçün əvvəl Ağdamın cənubunda yerləşən əsgəran keçidini düşmənlərdən təmizləmək idi. Andranikin və erməni milli Şurasının hərbi dəstələri ilə ordumuzun ilk qarşılaşması əsgəran keçidi ətrafında oldu.
    əsgəranın təbii şəraitindən istifadə edən erməni hərbi birləşmələri bu ərazilərdə möhkəm müdafiə sipəri çəkmişdilər. Üzbəüz döyüşlərin çətin olduğu bu ərazilərdə əsgəri itkiyə yol verməmək üçün ordu komandanlığı taktiki gedişlər edərək düşmənə bir neçə istiqamətdə zərbə planlarını həyata keçirdi və 2-ci Azərbaycan piyada alayı və bir süvari alayı Kəbik-Daşbaşı istiqamətinə göndərildi. Bir piyada alayı isə Ağbulağa tərəf hərəkət etdi. Bu qüvvələrin əsgərana doğru müxtəlif istiqamətlərdən hərəkəti ermənilərin müqavimətini qırdı və onların geri çəkilməkdən başqa çarəsi qalmadı. Bununla da Şuşa yolunda əsas müqavimət aradan qaldırıldı.
    Şuşa qalasına şərqdən və qərbdən təzyiq etmək üçün hərbi birləşmələrimiz oktyabr ayının 8 və 9-da Xluflu istiqamətində hərəkət edib əsas strateji mövqedə qərarlaşdılar.
    Qafqaz İslam Ordusu birliklərinin Şuşa qalası ətrafına gəlməsi Andraniki bərk qorxutmuşdu. Onun ingilislərin dəstəyi ilə bu qanlı olaylara girişdiyi, sadə ermənilərin və onun avantüraya uyduğu barəsində mətbuatda materiallar dərc edilirdi.
    Ordunun Şuşaya doğru irəliləməsini "Azərbaycan" qəzeti izləyir, mütəmadi məlumatlar dərc edirdi. Qəzetin 1918-ci il 22(9) oktyabr tarixli sayında belə bir məlumat işıq üzü görmüşdü: "Şuşa dairəsində bizim hərbi hissələr Xankəndi mövqeyinə doğru irəliləyirlər. Qarabağ və Gəncə rayonlarında bütün ermənilər silahları təhvil verirlər".
    Şuşa istiqamətində oktyabrın 6-dək davam edən döyüşlərdə bir zabit və 32 əsgər şəhid olmuş, 65 nəfər yaralanmış, 16 min güllə və 276 top mərmisi sərf edilmişdi. Ayın 7-də Şuşaya doğru istiqamətində irəliləyən əsas qüvvələr Xankəndinə doğru zəfər yürüşünü davam etdirdilər. əsas qüvvələr hərəkət etdikcə arxada qalan yolun və məntəqənin mühafizəsi də təmin olunurdu. Bu məqsədlə bir piyada taboru Ağdamda saxlanıldı. Bir piyada taboruna isə Şuşa-Ağdam yolunun mühafizəsi işi tapşırıldı.
    Bir böyük erməni dəstəsini də götürüb Şuşanın cənubuna çəkilən Andranik Zəngəzur istiqamətindən İrana keçməyə məcbur oldu. O, bu barədə öz məqaləsində yazır: "Artıq Şuşa ilə əlaqə kəsilmişdi. Daha sonra Şuşadan mənim yanıma nümayəndə heyəti gəldi. Erməni Milli Şurasının üzvlərinin dediyinə görə, artıq silahlılar şəhəri tərk etmişdilər və kəndlərdə yerləşmişdilər. Eyni zamanda onlar Bakının alınmasının bütün ermənilərdə bədbinlik yaratdığını söyləyirdilər".
    Şuşa qalasından mühasirədən, erməni zülmlərindən yaxa qurtaran Azərbaycan türkləri xilaskar ordunu böyük ruh yüksəkliyi ilə qarşıladılar. Polkovnik Cəmil Cahid bəy bir neçə qərargah zabiti ilə birgə Şuşaya gəldi. "Azərbaycan" qəzeti 22 (9) oktyabr tarixli sayında qəhrəman ordunun Qarabağı erməni birləşmələrindən azad etməsini bu cür təsvir edirdi: "Qarabağdan alınan məlumata görə, bir qrup erməni daşnakının avantürasının qarşısı alınıb. Məlum olub ki, erməni əhalisinin Qarabağ hadisələrində heç bir iştirakı olmayıb. Erməni əhalisi bizim qoşunlarımızı duz-çörəklə qarşılayıb. Ermənilər Azərbaycan vətəndaşlığını qəbul edir və hakimiyyətin bütün göstərişlərini yerinə yetirməyə hazır olduqlarını bildirirlər. Artıq onlar könüllü şəkildə silahlarını təhvil verməyə başlayıblar. Bir sözlə, həyat normal məcrasında davam edir. əməksevər kəndli özünün dinc məşğuliyyətinə qayıdır".
    Ermənilərin bölgədə oynadıqları vəhşiliklərə baxmayaraq polkovnik Cəmil Cahid bəy qarşıdurmaları aradan qaldırıb insanların yaşayışını normal məcraya salmaq üçün addımlar atdı, ermənilərlə ünsiyyət qurmaq üçün onları kilsəyə yığdı. Həmin yığıncaqda Cahid bəy söylədi: "Ermənilər indiyə qədər türklərə böyük müsibətlər vermişlər. Halbuki türklərin onlara tam bir vətəndaşlıq haqqı verməklərinin qarşılığında nankorluq etmələri, buna görə cəzalandırılmalarını yadınıza salın. Bu vəziyytədə də ulu türk vicdanı sizi bir daha bağışladı".
    Azərbaycan hökumətinin, Qafqaz İslam Ordusu komandanlığının milli azlıqlara, etnik qruplara Azərbaycan vətəndaşı kimi baxdığını, milli münasibətlərin normallaşdırıldığını görən ermənilər Qarabağda öz evlərində türk və Azərbaycan bayraqları asdılar. Şuşanın müsəlman zadəganları ordunun şərəfinə qonaqlıqlar təşkil etdi, ziyafətlər verildi. Sonra Şuşa qalası önündəki meydanda rəsmi keçid oldu və bu mərasimdə erməni təmsilçiləri müsəlmanlarla barışaraq, hərbi paradı birgə izlədilər. Erməni və türk məhəllələrində asayişi təmin etmək üçün əsgərlər yerləşdirilmişdi.
    Gürcüstanda nəşr olunan "Borba" qəzeti 1918-ci il 25 oktyabr tarixli sayında yazırdı ki, Ermənistan Xarici İşlər Nazirliyi Qarabağda döyüş əməliyyatlarını dayandırmaq üçün bir nümayəndə heyətinin Nuru Paşa ilə görüşəcəyini bəyan etmişdi. Bu nümayəndə heyətinin məqsədi Azərbaycan türkləri ilə ermənilər arasında sülh missiyasını həyata keçirməkdən ibarət olacaqdı.
    İstanbulda olan ermənilər isə Antanta təmsilçilərinə təsir edərək Qarabağda Qafqaz İslam Ordusunun Şuşaya doğru irəliləməsini qarşısını almağı xahiş etmişdilər. Antanta təmsilçilərinin Tələt Paşa hökumətinin istefa verməsindən sonra yenicə hökumət quran əhməd İzzət Paşa hökumətinə təzyiqlərinin nəticəsində ordunun Qarabağ hərəkatı dayandırıldı. əhməd İzzət Paşanın oktyabrın 23-də göndərdiyi əmrdə bu təsbit olunurdu. Qarabağdan türk əsgərlərinin geri çəkilməsi və Azərbaycanla Ermənistan arasındakı məsələlərin siyasi yolla həll olunması qərarlaşdırıldı. İstanbul ermənilərinin gətirdikləri dəlil ondan ibarət idi ki, türk ordusu Qarabağa girməsə, ermənilərlə Azərbaycan türkləri arasında heç bir qanlı toqquşma olmayacaqdır. Ancaq tarix isə bu deyilənlərin əksini göstərdi. Türk ordusunun Mudros barışığına əsasən Azərbaycanı tərk etməsindən sonra erməni silahlı birləşmələri Qarabağda qanlı olaylarını davam etdirdilər.
    Erməni hərb birləşmələrinə qarşı Qafqaz İslam Ordusunun Qarabağda apardığı 1 aylıq mübarizə onu sübut edir ki, Azərbaycan və Türkiyənin hərbi birliyi 1918-ci ildə olduğu kimi hər zaman yalnız və yalnız qələbə vəd edir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Akif Aşırlı Qafqaz İslam Ordusunun Qarabağ Hərəkatı (1918-ci il dövrü mətbuatının mat

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 935

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş