Xeyirbəy Qasımov Dağlıq Qarabağ probleminin tarixi kökləri (DQMV-nin yaradılması tarixindən) Azərbaycan Respublikasının gələcək, normal inkişafı xeyli dərəcədə Qarabağ probleminin həllindən asılıdır. Ərazisinin 20 faizini qeyri-müəyyən müddətə itirən, 1 milyon nəfərdən artıq qaçqını olan, 2 milyondan artıq vətəndaşı çörək dalınca xaric ölkədən çıxıb (əsasən Rusiyaya) gedən dövlətin müstəqillik və suverenliyini təhlükə təhdid etmirmi? Əski tarixə malik olan Dağlıq Qarabağ probleminin

Bu konu 1674 kez görüntülendi 0 yorum aldı ...
Xeyirbəy Qasımov Dağlıq Qarabağ probleminin tarixi kökləri (DQMV-nin yaradılması tari 1674 Reviews

    Konuyu değerlendir: Xeyirbəy Qasımov Dağlıq Qarabağ probleminin tarixi kökləri (DQMV-nin yaradılması tari

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1674 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Xeyirbəy Qasımov Dağlıq Qarabağ probleminin tarixi kökləri (DQMV-nin yaradılması tari

    Xeyirbəy Qasımov
    Dağlıq Qarabağ probleminin tarixi kökləri (DQMV-nin yaradılması tarixindən)


    Azərbaycan Respublikasının gələcək, normal inkişafı xeyli dərəcədə Qarabağ probleminin həllindən asılıdır.

    Ərazisinin 20 faizini qeyri-müəyyən müddətə itirən, 1 milyon nəfərdən artıq qaçqını olan, 2 milyondan artıq vətəndaşı çörək dalınca xaric ölkədən çıxıb (əsasən Rusiyaya) gedən dövlətin müstəqillik və suverenliyini təhlükə təhdid etmirmi? Əski tarixə malik olan Dağlıq Qarabağ probleminin radikal həlli labüd və zəruridir.

    Yaxın tariximizə nəzər salsaq, Dağlıq Qarabağın Azərbaycandan qoparılması prosesinin XX əsrin 20-ci illərindən başlandığını tam aydınlığı ilə görərik. Amma Dağlıq Qarabağ probleminin daha əski tarixi kökləri vardır. Bu problemin əzəli Rusiya imperiyası tərəfindən Azərbaycanın işğalı ilə (XIX əsrin əvvəllərindən etibarən) bağlıdır.

    Oktyabr çevrilişi nəticəsində Rusiyada hakimiyyətə yiyələnmiş “inqilabçı” bolşeviklər keçmiş imperiyanın sərhədlərini hər vasitə ilə bərpa etməyə çalışır, ucqarlarda milli münaqişələrdən “məharətlə” istifadə edirdilər. Vətəndaş müharibəsində uğurlar qazandıqdan sonra yeni rejim Azərbaycana da fəal təzyiq göstərmək imkanları əldə etdi. Q.K.Orcenikidze (1886-1937) bu istiqamətdə xüsusi canfəşanlıq göstərirdi. Dağlıq Qarabağ haqqında məsələ Azərbaycan İnqilab Komitəsinin məlum Bəyannaməsində aşkarcasına irəli sürülmüşdü. Bu Bəyannaməni N. Nərimanov 1920–cı ilin 1 dekabrında, Bakı Sovetinin Ermənitanda

    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]
    hakimiyyətinin qələbəsinə həsr olunmuş təntənəli iclasında elan etmişdi. Bəyannamədə qeyd olunurdu ki, “Dağlıq Qarabağın zəhmətkeş erməni kəndlilərinə tam müqəddəratını təyin etmək hüququ verilir”. Q.K.Orcenikidze 1920-ci ilin 1 dekabrında bu “şad” xəbəri erməni həmkarına çatdırmağı özünə borc bilmiş, M. Nazaetyanla birbaşa telefon söhbətində N. Nərimanovun Bakı iclasındakı çıxışı, onun Azərbaycan hökumətinin Bəyannəməsini elan etməsini böyük razılıq hissilə bildirmiş, erməni hiyləgərlərini yeni məlumatlarla sevindirmişdi.

    Sovet rejiminin fəal təzyiqi və Azərbaycan “rəhbərlərinin” ürəklərinin “genişliyi” sayəsində Ermənistan təqribən 70 il ərzində Azərbaycanın maddi sərvətləri hesabına inkişaf etmişdir.

    Dağlıq Qarabağ məsələsi prinsip etibarilə artıq 1921-ci ildə həll edildi. Üzüyola Azərbaycan rəhbərlərliyi Moskvadan ezam olunmuş şəxslərin fəal iştirakı ilə bu məsələyə həsr olunmuş iclaslar keçirdi. 1921-ci ilin 27 iyununda Azərbaycan KPMK-nın Siyasi Bürosunun və Təşkilat Bürosunun iclasında Azərbaycanın və Ermənistanın sərhədləri haqqında məsələ müzakirə edildi. Həmin ilin 4-5 iyulunda bu məsələ PK PMK-nın Qafqaz Bürosu plenumunun iclaslarında ətraflı şəkildə müzakirə olundu. Dağlıq Qarabağın Azərbaycana iqtisadi cəhətdən bağlılığı plenumun qərarında başlıca cəhət kimi qeyd edilmişdi. Şuşa şəhəri geniş muxtariyyət hüququ alacaq vilayətin inzibati mərkəzi elan edilmişdi.

    Rusiya rəhbərliyi Azərbaycanda meydana çıxa biləcək milli müstəqillik meyllərindən (əslində bu meyllər artıq diqqəti cəlb edirdi) qayğılanmışdı. N.Nərimanovun vətənindən uzaq-laşdırılması, S.M.Kirovun Azərbaycan rəhbərliyinə gətirilməsi Moskvanın bu “qayğısının” təzahürlərindən idi.

    Dağlıq Qarabağ məsələsi dəfələrlə müzakirə olunduqdan, erməni əhalisinin mühüm mənafeləri təmin edildikdən sonra 1923-cü ilin 7 iyulunda Azərbaycan MİK-nin “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekreti verildi. Bu dekretdə qeyd edilirdi: “Dağlıq Qarabağın erməni hissəsindən ASSR-in tərkib hissəsi kimi muxtar vilayət təşkil olunsun, Xanknəndi yaşayış məntəqəsi onun mərkəzi olsun”. Tezliklə (1923-cü ilin 18 sentyabrında) partiyanın vilayət komitəsinin qərarı ilə “Xankəndi” adı ləğv olunub “Stepanakert” adlandırıldı. Avqustda Dağlıq Qarabağda muxtar vilayətin yaradılmasına dair referendium keçirildi, problem erməni separatizminin xeyrinə həll olundu. Həmin ilin noyabrında DQMV-nin Sovetinin ilk (təsis) qurultayı keçirildi.

    SSRİ məkanında tüğyan etmiş kütləvi repressiyalardan, II Dünya müharibəsinin başa çatmasından sonra ermənilər yeni uğurlar qazanmaq umidi ilə kəşfiyyat səciyyəli addımlar atdılar. Məsələn, 1945-ci ilin payızında Ermənistan KP MK-nın birinci katibi Arutinov DQMV-nin Ermənistan SSRİ-nin tərkibinə daxil olunması haqqında təklifi İK P MK-nın sərəncamına verdi. İK P MK-nın katibi Q.M.Malenkov məktuba münasibəti öyrənmək üçün AK PMK-nın birinci katibi M. Bağırova sorğu göndərdi. M. Bağırov DQMV-nin (Şuşa istisna olunmaqla) Ermənistana birləşdirilməsinə bu şərtlə razılıq verə biləcəyini bildirdi: Ermənistanda əsasən azərbaycanlıların yaşadığı üç rayon Azərbaycana verilsin. M. Bağırovun bu təklifi isə Ermənistan üçün qəbiledilməz idi. Sovet rəhbərliyi hər iki birinci katibin təkliflərini cavabsız qoydu. Bundan sonra erməni separatçıları 1988-ci ilədək aşkar, kütləvi əməllərdən əl çəkərək “saman altından su yeritməklə” məşğul oldular…

    Azərbaycan xalqı milli mənafelərin ziddinə, şəxsi karyerası naminə fəaliyyət göstərən “siyasi xadimlərin” təslimçi baxışlarını qəbul etməyəcək, itirilmiş vətən torpaqlarını bütün vasitələrlə geri qaytarmağa çalışacaq.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Xeyirbəy Qasımov Dağlıq Qarabağ probleminin tarixi kökləri (DQMV-nin yaradılması tari

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1674

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş