Kullanıcı Tag Listesi

İBRAHİM İBN ӘLİYYÜN-NӘCCAR XAQANİ Şirvan vilayәtinin xaki-pakı pәrvәriş verib yetirdiyi şüәrayi-üzamdan әn mәşhuru vә müqtәdiri İbrahim ibn Әlliyün-nәccar hәkim Xaqanidir. Xaqaninin әvvәlcә tәxәllüsü "Hәqayiqi" imiş, amma sonra Xaqani-kәbirdәn "Xaqani" lәqәbini götürmüşdür. Xaqani Azәrbaycan torpağında әrseyi-dünyaya gәldiyinә görә, ol cәnabı biz öz şüәramız silkinә daxil elәdik. Hәkim Xaqani, qövli-mәşhura görә, Şirvan şahlarından Şah Sultan Xәlil Xaqanın әsrindә zindәganlıq edirmiş.

Bu konu 743 kez görüntülendi 0 yorum aldı ...
Ibrahim ibn Әliyyün-nӘccar xaqani 743 Reviews

    Konuyu değerlendir: Ibrahim ibn Әliyyün-nӘccar xaqani

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 743 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Ibrahim ibn Әliyyün-nӘccar xaqani

    İBRAHİM İBN ӘLİYYÜN-NӘCCAR XAQANİ


    Şirvan vilayәtinin xaki-pakı pәrvәriş verib yetirdiyi şüәrayi-üzamdan әn mәşhuru vә müqtәdiri İbrahim ibn Әlliyün-nәccar hәkim Xaqanidir. Xaqaninin әvvәlcә tәxәllüsü "Hәqayiqi" imiş, amma sonra Xaqani-kәbirdәn "Xaqani" lәqәbini götürmüşdür. Xaqani Azәrbaycan torpağında әrseyi-dünyaya gәldiyinә görә, ol cәnabı biz öz şüәramız silkinә daxil elәdik. Hәkim Xaqani, qövli-mәşhura görә, Şirvan şahlarından Şah Sultan Xәlil Xaqanın әsrindә zindәganlıq edirmiş. "Atәşkәdeyi-Azәri"dә dәxi hәkim Xaqani İbrahim ibn Әliyyün-nәccar Şirvan şahlarından Xaqani-kәbirin vә Alp Arslan Sәlcuqinin müasiri olmağına şәhadәt verilibdir.

    Xaqaninin әsli Şamaxının yaxınlığında Mәlhәm adlı qәryәdәndir ki, bu halda dәxi haman kәnd durur vә әhalisi türk ilә qarışıq fars dilindә danışırlar. Xaqaninin әsli Şirvandan olmağına bu şeri dәxi dәlalәt edir:

    Mәn Hoseyne-әsr, әduyan Yәzido Şemre-mәn
    Ruzeqarәm comle aşuravo Şirvan Kәrbәlast. [1]

    [1] Tərcüməsi:
    Mәn әsrin Hüseyniyәm, düşmәnlәrim isә Yezidim, Şimirimdirlәr,
    Günlәrim aşura, Şirvan isә mәnim üçün Kәrbәladır.

    Xaqaninin atası Әlinin nәccar olmağına bu şeri şәhadәt verir:

    Nuh nә bәs elm daşt,
    Gәr pedәre-mәn bodi
    Qәntәre bәsti ze elm
    Bәr sәre-tufan u. [2]

    [2] Tərcüməsi:
    Nuhun o qәdәr dә elmi yox idi,
    Әgәr mәnim atam onun yerindә olsaydı,
    Onun tufanının üstündә
    Elm ilә körpü bağlardı.

    Hәkim Xaqani, mәşhur qövlә görә, әyyami-tüfuliyyәtdәn zәkavәt, ağıl vә dirayәt sahibi olduğunu öz felü qövlü ilә izhar edirmiş vә özünün dә bir kәsdәn vә bir şeydәn qorxusu yox imiş. Ziyadә cürәtli, zirәk vә hazırcavab bir uşaq imiş. Belә rәvayәt olunur ki, bir dәfә balaca İbrahim öz yoldaşları ilә kәndin әtrafında oynamağa mәşğul ikәn ittifaqәn şah öz müqәrrәblәri ilә haman yerdәn keçib şikara gedirmiş. Uşaqlar şah tәntәnәsini vә üstünün adamlarını gördükdә qorxudan qaçıb dağılıblar. Amma balaca İbrahim güzәrgahda rast durub yerindәn tәrpәnmәyibdir. Uşağın belә cürәtlә yol üstә durmağı şahın diqqәtini cәlb edib. Atını ona sarı sürüb ondan soruşubdur ki, sәn burada nә qayırırsan? Uşaq cavab veribdir ki, mәn burada çör-çöp düşürürәm. Şah soruşubdur ki, çöp--çöpdür, bәs çör nәdir? İbrahim cavab veribdir ki, çör--dik duranıdır, çöp--yıxılanı.

    Uşağın belә cürәtli vә hazırcavab olmağı şahın xoşuna gәlib ondan soruşubdur ki, kәndinizdә böyük sayılan kimdir? Uşaq cavab veribdir ki, camış. Şah gülümsünmüş deyibdir ki, mәn dediyim o böyük deyil. Mәn dediyim odur ki, hәrgah sizin kәndә özgә yerdәn bir şәxs gәlsә, kim onun qabağına çıxıb söz danışar? Uşaq cavab veribdir ki, it. İbrahimin bu sayaq hazırcavablığı şaha dәxi dә artıq xoş gәlib, istәyib ona bir qızıl bağışlasın, amma uşaq almayıbdır ki, atam mәni döyәr. Şah sәbәbini soruşduqda İbrahim cavab verib ki, atam belә zәnn elәr ki, mәn onu oğurlamışam. Şah buyurub ki, atan bunu haradan alıbsan--deyib xәbәr alsa, cavab ver ki, şah bağışlayıbdır. İbrahim cavabında deyib ki, yox, atam onda heç inanmaz. Şah sәbәbini soruşduqda İbrahim deyibdir ki, atam deyәr ki, yalan deyirsәn, әgәr şah versә, çox verәrdi, bir qızıl vermәzdi. Bu gunә sual-cavabdan sonra şah balaca İbrahimin ağıl vә fәrasәtini görüb әmr edibdir ki, onu gәtirsinlәr şәhәrә. Burada--şahın sarayında tәlim vә tәrbiyә alıbdır.

    Bu rәvayәtin nә dәrәcәdә mötәbәr vә doğru olduğuna bir söz demәyib, ancaq bunu inkar edә bilmirik ki, hәkim Xaqani sәbilikdәn Şah Sultan Xәlilin sarayına düşüb, orada tәrbiyә vә tәlim almışdır vә hәnuz cavan ikәn şer demәklikdә artıq mәharәt büruz etmişdir. Şah Xaqaninin belә tәbi-rәvan sahibi olduğunu müşahidә buyurub, onu "Fәlәki" tәxәllüslü başqa bir tizfәhm vә xoştәb, cavan şair ilә Gәncәyә--mәşhur Әbülüla şairin yanına fünuni-şerdә tәlim almaq üçün göndәribdir. Xaqani bir neçә müddәt Әbülülanın tәhti-tәrbiyәsindә qalıb vә fünuni-şerdә lazimeyi-mәlumat kәsb etdikdәn sonra ustadının qızını alıbdır. Vә bu qız aqilә vә cәmilә olduğu üçün Fәlәki dәxi buna müştәri düşür, amma qız Xaqaniyә nәsib olur. Bundan sonra Xaqani vәtәni Şirvana müraciәt edib şahın hüzurunda böyük mәnsәb sahibi olubdur.

    Bәzi rәvayәtә görә, Xaqani cahü rütbә axtaran vә şöhrәt sevәn, qeyzli vә tündmәcaz bir vücud imiş ki, çox kәslәrә ondan qövlәn vә felәn zülm vә cәfalar yetәrmiş vә xәlayiq onu dürüşt vә bәdxasiyyәt olduğu üçün dost tutmazlarmış. Amma "Atәşkәdeyi-Azәri"dә belә rәvayәt olunur ki, hәkim Xaqani axirül-әmr tәrki-riyasәt vә tәcridi-ixtiyar qılıb, riyazәt vә mücahidәti-batinini özü üçün eyni-sәlah görüb dövlәti işlәrdәn dәstbәrdar olmuşdur vә sәlatinә qulluq etmәkdәn boyun qaçırdığı üçün bir neçә müddәt mәhbus olmuşsa da, yenә divani xidmәtlәri qәbul etmәmişdir. Vә bir rәvayәt dә budur ki, Hәccә gedib, övdәtindә Üzi adlanan bir qövmün әlinә әsir düşüb. Dini-mәsihi qәbul etmәk tәklifi olunmuşdur vә lakin Xaqani bu tәklifi rәdd etmişdir vә bu sәbәbdәn bir monastrda hәbs olunmuşdur. Hәr halda bir xeyli vaxt mәhbus qalıb vә mәhbusiyyәti haqqında әşarı vardır. Hәccdәn qayıdan zamanı İraqdan keçmәklә bu xittәlәrin әhvalını öyrәnib "Töhfәtül-İraqeyn" ünvanı ilә bir kitab yazmışdır.

    Bundan әlavә "Hәft iqlim" ünvanı ilә bir mәnzumәsi vә mürәttәb bir divanı vardır. Vә "Atәşkәdә"dә hәkim Xaqaninin vәsfindә yazılmış bu sәtirlәri tәbәrrükәn burada zikr edirik: ".... vә behәmrahiye-karavne-niyaze-rahnәvәrd badiyeye-hicaz gәşte vә mәsnәviye--"Tohfәtol-İraqeyn"ra dәr әrze-rah benәzm avәrde vә әlhәq dәr hiç fәnn әz fonune-nәzm әz fohule-ostadan kәmtәr nist. Dәr fәnne-soxәnvәri tәrze-xassi extera kәrde sahebe-mәaniye-bolәnd vә әlfaze-delpәsәnd әst". [3]

    [3] Tərcüməsi:
    Ehtiyaç karvanının yoldaşlığı ilә hiçaz sәhrasına getmiş vә yolda "Töhfәtül-İraqeyn"i nәzmә çәkmişdir. İnsafәn, o, nәzm elmlәrinin heç birindә mәşhur ustalardan әskik deyil. Söz sәnәtindә o, xüsusi üslub ixtiraçısı, yüksәk mәnalar vә ürәyә yatan ifadәlәrin sahibidir.

    Belә rәvayәt olunur ki, Xaqani ustadi-möhtәrәmi olan qaynatasını incidib vә bir hәcv yazmaq ilә mükәddar vә rәncidәxatir etmişdir. Әsirәddin Axsikәti ilә müasir olub, mükatibә tәriqi ilә beynlәrindә bir çox müşairәlәr vüqu bulmuşdur vә atidәki iki beyt Әsirәddin Axsikәtiyә qarşı söylәmiş olduğu bir fәxriyyәsindәndir:

    Be kerdqar ke doure-zәman pәdid avәrd,
    Ke dour doure-mәnәsto zaman zәmane-mәnәst.
    Mәnәm bevәhye-mәani peyәmbәre-şoәra--
    Ke, moceze-soxәn emruz dәr bәyane-mәnәst. [4]

    [4] Tərcüməsi:
    Zamanın dövranını yaradan allaha and olsun--
    Ki, dövr mәnim dövrümdür, zaman mәnim zamanımdır.
    Mәnalar vәhyindә şairlәrin peyğәmbәri mәnәm,
    Çünki bu gün söz möçüzәsi mәnim ifadәmdәdir.

    Xaqaninin vәfatı Tәbrizdә olubdur, hicrәti-rәsulun 582-ci sәnәsindә vә orada Sürxab adlanan mәhәldә dәfn olunubdur. Çün şüәra silkindәn cәmi-kәsir onun civarında mәdfundur, ona binaәn o yer "Mәqbәrә-tüş-şüәra" adı ilә mәşhurdur ("Bahariyyat"ını dәxi Tәbrizdә inşa qalıbdır). Xaqaninin asari-qәlәmiyyәsindәn nümunә üçün burada onun günәşә xitabәn yazdığı kәlamı zikr edirik:

    Ey mohre-dәhane-ruzedaran,
    Candaruye-ellate-bәharan.
    Әz sәhme-to dәr neqabe-xәzra,
    Mәstureye-sәd hezar rәna,
    Әz feyze-to dәr do qahvare,
    Do henduye-tefle-şirxare,
    Darәd ze to ruye-rumiyan ab,
    Girәd ze to muye-zәngiyan tab.
    Dibaçeye-rumra ze to rәng,
    Aineye-zәngra ze to jәng,
    Zәr paşiyo naqoşade gәnci,
    Tәb dariyo nakeşide rәnci.
    Gәh kousәre omre-zay başi.
    Gәh atәşe-canqozay başi,
    Ba anke berәhnegi gәzini,
    Zәrbәft dәhi behәr ke bini.
    Hәr mah bepeyke-asemani,
    Xәlәt dәhiyo va setani.
    Ya xәlә mәdeh bezirdәstan,
    Ya dadeye-xiş baz mәstan.
    Meyle-to berouzәnәm çera nist,
    Dәr rouzәnәm axәr әjdәha nist,
    Dәr rouzәne-an yeki foruzi,
    Kәz rouzәne-pәst yaft ruzi.
    An nur ke bidәriğ bari,
    Әz Xaqaniye-xod dәriğ dari.
    An kәs ke bezәr qәvist rәyәş,
    Zәrbәnde şemoro zәr xodayәş,
    Dәr kiseye-hәr ke zәr foru şod,
    Çon kise tәnab dәr gәlu şod.
    Zәr çist ço atәşe-fesorde,
    Xaki bimar bәlke morde.
    Lәl әrçe şәrareist xoşrәng,
    Xunist fesorde dәr dele-sәng.
    Mәrd әz peye-lәl o zәr nәpuyәd,
    Teflәst ke sorxo zәrd cuyәd. [5]

    [5] Tərcüməsi:
    Ey oruç tutanların ağzının möhürü,
    Bahar xәstәliklәrinin çan dәrmanı,
    Sәnin qorxundan yaşıl niqabda
    Yüz min gözәl gizlәnmişdir. .
    Sәnin mәrhәmәtindәn iki beşikdә
    İki hindu südәmәr uşaq var.
    Rumluların üzü sәndәn su alır,
    Zәnçilәrin saçı qıvrımlığını sәndәn alır,
    Rum dibaçәsi, sәndәn rәng alır,
    Zәnçilәrin guzgüsü sәndәn pas alır.
    Xәzinә açmadan qızıl sәpirsәn,
    Әziyyәt çәkmәdәn qızdırırsan.
    Gah ömür doğan bir gövsәr,
    Gah can yandıran od olursal.
    Özün lutlüyu seçdiyin halda
    Hәr kәsi gördükdә, ona zәrbafta verirsәn.
    Hәr ay asimanın peykinә (aya)
    Xәlәt verir vә geri alırsan.
    Ya әlinin altındakılara xәlәt vermə,
    Ya da öz verdiyini yenidәn alma.
    Mәnim bacama nә üçün meyl elәmirsәn,
    Mәnim baçamda ki, әjdaha yoxdur!
    Sәn onun bacasını işıqlandırırsan--
    Ki, aşağı baçada ruzu tapır.
    Müzayiqәsiz yağdırdığın nuru
    Öz Xaqanindәn әsirgәyirsәn.
    O kәsin ki, qızıla meyli çoxdur,
    Onu qızılın qulu say, qızılı onun allahı.
    Hәr kәsin ki, kisәsinә qızıl girdi,
    Kisә kimi boğazına kәndir keçir.
    Qızıl nәdir? Sönmüş od kimidir,
    Xәstә, ölü bir torpaq kimidir.
    Lәl hәrçәnd ki, xoşrәng bir qığılçımdır,
    Daşın qәlbindә donmuş bir qandır.
    Kişi qızıl vә lәl ardınça qaçmaz,
    O uşaqdır ki, qırmızı vә sarı [rәnglәri] sevәr.

    Qәzәliyyatından bir neçә fәrdlәr--ki, "Atәşkәdeyi-Azәri"dә mәsturdur,--burada zikr olunur:

    Ey sobhdәm bebin bekoca miferestәmәt,
    Nәzdike-aftabe-vәfa mnferestәmәt.

    İn sәr bemohre-name bean mehreban resan,
    Kәsra xәbәr mәkon ke koca miferestәmәt.

    Can yek nәfәs derәng nәdarәd, qozәştәnist,
    Vәr nә, bein şetab çera miferestәmәt.

    İn dәrdha ke bәr dele-Xaqani әmәdәst,
    Yek-yek bequy, bәhre-dәva miferestәmәt. [6]

    [6] Tərcüməsi:
    Ey sübhdәm, gör sәni hara göndәrirәm,
    Sәni vәfa günәşinin yanına göndәrirәm.
    Bu başı möhürlü mәktubumu o mehribana çatdır,
    Kimsәyә xәbәr vermә ki, sәni hara göndәrirәm.
    Can bir an aram tapmır, keçәridir,
    Yoxsa sәni nә üçün belә təlәsik göndәrirәm?!
    Xaqaninin ürәyinә gәlәn bu dәrdlәri
    Bir-bir söylә, sәni dәrman üçün göndәrirәm.

    * * * * *

    Dәrdi ke mәra hәst bemәrhәm nәforuşәm,
    Gәr afiyәtәş sәrf dәhi hәm nәforuşәm.

    Bәr kurdelan suziye-İsa nәseparәm,
    Bәr mordedelan reşteye-Mәryәm nәforuşәm.

    Ey xace mәno to çe foruşim bebazar,
    Şadi nәforuşi tovo mәn ğәm nәforuşәm. [7]

    [7] Tərcüməsi:
    Mәndә olan dәrdi dәrmana satmaram,
    Üstәlik әbәdi sağlamlığı da versәn, satmaram,
    İsanın çilvәlәnmәsini korlara tapşırmaram,
    Ölüqәlblilәrә Mәryәmin boyunbağısını satmaram.
    Ey xaçә, mәn vә sәn bazarda nә sataq?
    Sәn şadlıq satmazsan, mәn dә qәmimi satmaram.

    * * * * *

    Xәyyate-ruzeqar bebalaye-hiç kәs
    Pirahәni-nәduxt ke, axәr qәba nәkәrd. [8]

    [8] Tərcüməsi:
    Zәmanә dәrzisi heç kәsin әyninә
    Elә bir köynәk tikmәdi ki, axırı don olmasın.

    Cәnnәtmәkan Abbasqulu ağa "Qüdsi" tәxәllüs--ki, onun tәrcümeyi-halı gәlәcәkdә zikr olunacaqdır,--"Gülüstani-İrәm" adlı kitabında Nizaminin vә Xaqaninin müasirlәrindәn vә onlardan sonra Qafqaziyada vücuda gәlәn ülәma, şüәra vә hükәma barәsindә filcümlә mәlumat veribdir. Heyfa ki, "Gülüstani-İrәm"-in farsi nüsxәsi әlimizә düşmәdi vә lazımi qәdәrincә ondan istifadә edә bilmәdik. Ancaq rus dilinә tәrcümә elәdiyi bir nüsxәsi müvәqqәti әlimizә keçdi. Fürsәti qәnimәt bilib, aşağıda tәhrir olunan mәlumatı rusdan türkә çöndәrmәklә mәcmuәmizi zinәtlәndirdik. Abbasqulu ağa yazır: ".... Vә hәr әsrin ruhu vә övzayi-әhvalı vә hәr bir millәtin dәrәceyi-kәmalı, tәrәqqi vә tәmәddünü ol әsr vә millәt hasilә yetirdiyi әdәbiyyatdan vә әsari-әtiqәdәn müşahidә olunur. Qafqaziyanın cәnubi-şәrqindә hәddәn ziyadә xәrabә şәhәr, qәsәbәlәr, uçuq hasar vә minarәlәr, qәdim mәbәdgahlar (monastrlar), Aranzәmindә hәvariyyundan müqәddәs Şәmunun qәbri, Bәrdәdә, Gәncәdә, Şamaxıda vә Bülbülә kәndindә imamzadәlәrin rövzeyi- mütәhhәrәlәri vә bunlardan әlavә Şirvan, Şәki, Gәncә, İrәvan, Qarabağ mahallarında bir çox möhtәrәm seyidlәrin, şeyxlәrin vә pirlәrin qәbirlәri ona şәhadәt verir ki, keçmişdә bu yerlәr ülәma, ürәfa vә şüәra mәrkәzi olubdur. Bu yerlәrin mötәdil abü hәvası, münbit torpağı, qalın meşәlәri, dilgüşa vә basәfa dağları vә tәpәlәri, lalәzar çәmәn vә sәhraları, meyvәli vә güllü bağ vә bostanları hәr qisim nemәt vә meyvәcat yetirmәkdәdir. Bu cәhәtә әn qәdim әsrlәrdәn müxtәlif qövm vә tayfaların nәsli burada sükunәt ediblәr. Müxtәlif şәkil vә heykәldә, siyrәt vә surәtdә olan millәtlәrin övladı bu yerlәrdә bәnd olub qalıblar.Onlardan hәr biri elm vә hünәrindәn, cibilli istedad vә qabiliyyәtindәn, ayin vә adәtlәrindәn vә xasiyyәtlәrindәn bir nişan vә әlamәt qoyublar. Belә ki, Qafqaz әhalisi bir çox mәnәvi dövlәt vә irslәrә varis olublar vә şәklü şәmayildә dәxi qeyri millәtlәrdәn tәrcih tapdıqları cәhәtә Qafqaziya ünsürünә (rasasına) Avropa millәtlәri dәxi özlәrini mәnsub qılıblar.

    Fәqәt Qafqaz xittәsi sabiqdә müttәsil dava vә qovğa meydanı olub, bir an vuruşma vә toqquşmadan asudә qalmayıblar. Bununla belә bu yerlәr ülәma, hükәma vә şüәra sinfindәn xali qalmayıbdır. Burada bir çox mötәbәr vә müqtәdir şәxslәr vücuda gәliblәr ki, hәr biri öz әsrinin fәridi vә mümtazı olubdur. Vә bunu da bilmәk gәrәkdir ki, Qafqaz torpağından çıxıb başqa diyara mühacirәt edәn kәslәr qürbәt vilayәtlәrdә vә әcnәbi mәmlәkәtlәrdә böyük nam vә şöhrәt qazanıblar.

    Şirvan şahlarının zәmani-sәltәnәtlәrindә--ki, dörd yüz ildәn ziyadә çәkibdir,--bu yerin әhalisi eyni-әmnü asayişdә yaşayıb, vilayәti abad vә mәmur qılıblar. Sәfәvilәr әsrinin ibtidasında Qafqaziyanın bәzi yerlәrindә osmanlılar ilә әcәmlәr arasında bir çox müharibәlәr vüqua gәlmәklә belә vilayәtin övzaü nizamı pozulur. Ancaq Şah Abbasi-dövvüm Qafqazın şәrq sәmtini tәsxir etdikdәn sonra tәzә nizam vә qanun tәsis elәyir vә bu әmnü asayiş Şah Sultan Hüseynin zәmani-sәltәnәtinәdәk davam edir. Vәli Nadir şah zühur edib Dağıstanın üstünә hücum qılır. Yenә davalar başlanır; hәr tәrәfdәn qan sel kimi axır, övzayi-mәmlәkәt nizami-qaydadan düşür....

    Bununla belә әlimizә düşәn pәrişan namәlәrdәn istifadә edәrәk zeyldә adları zikr olunan ülәma vә әhli-qәlәmlәrimizin tәrcümeyi-hallarına vә әsәrlәrinә dair müxtәsәrәn mәlumat veririk:

    1. Şeyx Әbuabdullah Әli ibn Mәhәmmәd Badkubeyi bir çox mötәbәr müvәrrixlәrin yazdıqlarına görә, din vә dünya elmlәrindәn baxәbәr bir vücud imiş. Cavan sinnindәn başlayıb әsrinin mötәbәr ülәmasından elm tәhsil etmәyi. Onun müdәrrislәri Şeyx Abdullah Xәfif vә Şeyx Әbülqasım Kaşifi kimi böyük alimlәr olubdur. Mәşhur Şeyx Әbuseyid Әbülxeyr ilә onun arasında bәzi elmi vә fәnni mübahisәlәr vüqua gәlibdir. Şeyx Әbülabbas ilә mabeynlәrindә ülfәt vә dostluq әlaqә bağlayıbdır. Mәzkur Әbülabbas Şeyx Әbüabdullah Әli Badkubeyinin alim vә fazil bir vücud olmağını öz әsәrlәrindә zikr vә tәsdiq edibdir. Şeyx Әbuabdullah ömrünün axırlarında dünyadan vә xalqdan qәti-әlaqә edib, Şirazın yaxınlığında bir mağarada etikaf vә ibadәtә әylәşir. Burada şeyxi öz әsrinin mәşhur ülәma vә füzәlası ziyarәt edәrmiş. Vәfatı hicrәtin 442-ci tarixindә vaqe olubdur ki, miladın 1051-ci ilinә mütabiqdir. Asari-qәlәmiyyәsi olubsa da, bizә erişmәyibdir.

    2. Mәhsәti Gәncәvi vәcihә vә nәcibә bir qız imiş. Sultan Sәncәr Sәlcuqinin sarayında artıq şöhrәt kәsb etmişdi. Fünuni-şerdә әn zәrifә vә qabilә
    bir vücud imiş, tәbiәti-şeriyyәsi var imiş. Gözәl vә dilpәsәnd qәzәllәr inşad edәrmiş. Әşarü asarından bir çox nümunәlәr "Atәşkәdә"dә mәsturdur.

    3. Fәlәki Şirvani öz әsrinin әn mәlumatlı vә xoştәb şairlәrindәn birisi hesab olunur. Onun әsl adı Mәhәmmәddir vә necә ki, yuxarıda zikr olundu, Xaqaninin müasiri vә dostu imiş. Rәvayәt olunur ki, cavanlıq sinnindә ikәn bir münәccimin oğlu ilә dostlaşıb, onun atasından münәccimlik elmini öyrәnmişdi vә bu elmdә artıq mәharәt vә qabiliyyәt büruz etmişdi. Fünuni-şerdә dәxi ustadi-şüәra Әbülüladan tәlim almışdı vә münәccimlik elmini sevdiyindәn "Fәlәki"
    tәxәllüsü götürmüşdü. Bir çox әşarı "Tәzkirәtüşşüәra"da zikr olunubdur. Onlardan әn mәqbul vә sәlisi Şirvan mәnuçehrlәrinin şәnindә yazdığı qәsidәlәrdir.

    4. İzzәddin Şirvani dәxi Xaqaninin müasiri olub, ziyadә danişmәnd vә maarifpәrvәr bir vücud imiş. Dövlәtmәnd vә alitәb, bir şәxs olduğu üçün müdam onun mәclisi ürәfa, ülәma vә şüәra ilә ziynәtlәnәrmiş; şüәra sinfinә cümlәdәn ziyadә riayәt göstәrәrmiş vә bәzi kәlami-bәliğindәn müqtәdir şair olduğu görünür.

    5. Mücirәddin Beylәqani cavan ikәn Şirvana azim olub, burada hәkim Xaqaniyә şagird olur. Fünuni-şerdә ondan tәlim alıb, özü dәxi şer yazmaqda mahir olur. Xaqani yazdığı әşarü kәlamın üzünü ağardarmış. Şirvanda olan vaxtı Mücirәddin Xaqaninin әqrәbalarından birisinin qızına aşiq olub, onu almaq istәyir, vәli biçiz vә fәqir şair mәn olunur vә öz müәllimindәn gözlәdiyi kömәyi vә tәrәfdarlırı görmәyib, mәyusanә Azәrbaycan diyarına azim olur vә burada öz kamal vә mәrifәti sayәsindә Atabәyin әn müqәrrәb adamlarından birisi olur. Atabәyin vasitәsi ilә Qızıl Arslanın vә fәrzәndi Sultan Toğrulun hüzuruna müşәrrәf olur. Hәr iki sultanın şәnlәrindә gözәl qәsidәlәr inşad qılmışdı.

    6. Hüseyn ibn Әli Seyid Zülfüqar Şirvani özünün elmi vә tәbiәti-şeriyyәsi ilә iştihar bulmuşdu. Şirvan vüzәrasından Sәdr Sәid onun yazdığı bir qәzәlә әvәz olaraq yeddi xarvar ipәk ona bәxş etmişdi. Axır vaxtlarda Seyid Zülfüqar Xorasana әzimәt edib, orada Sultan Mәhәmmәdin tәcümeyi-halını vә ümurisәltәnәtdә icra etdiyi gözәl tәdbirlәrini nәzm ilә yazmışdı. Sonra Hülaku xanın oğlu Әbakә xanın vәziri Atabәy Yusif Seyid Zülfüqarı ömrünün axırına kimi öz tәhti-himayәsinә alıb, şairin haqqında lütfü ehsanatını әsirgәmәzdi. Seyid Zülfüqar Әbakә xanın zәmani-sәltәnәtindә Tәbrizdә vәfat edibdir vә "Mәqbәrәtuş-şüәra"da dәfn olunubdur.

    7. Әbusәid Abdal Badkubeyi bәzl vә ehsanı ilә vә mehmannәvazlığı ilә şöhrәt kәsb etmiş dәrvişsifәt bir zat imiş. Bakı şәhәrinin yaxınlığında sükunәt edәrmiş. Cüzi mәdaxilinә qane olmaqla belә füqәraya kömәk vә evinә gәlәn qonağa hörmәt vә inayәt göstәrәrmiş. Padşahlardan fәrman ilә ona verilmiş neft quyusundan vә Şibanidәki әkin yerlәrindәn yetişәn mәhsulat, fәrmanların hökmüncә, onun vәfatından sonra da füqәra vә mәsakinә tәqsim olunarmış vә qәbrinin üstündә olan mücavirlәrә vәzifә verilәrmiş vә lakin müruri-әyyam ilә Şirvan şahlığında vüqua gәlәn inqilab vә siyasi hadisәlәr tәsirindәn Әbusәidin mәscid vә hücrәlәri vә müsafirxanası tәxrib vә qәbri sәdәmeyi-ruzgardan torpaq ilә yeksan olur.

    Hicrәtin 1232-ci tarixindә ki, miladın 1817-ci sәnәsinә mütabiqdir, Hacı Qasım bәy vәlәdi-Mәnsur xan Badkubeyi Әbusәidin qәbrini axtarıb tapır vә mәscidini hücrәlәri ilә vә müsafirxanası ilә tәrmim qıldırır. Mәscidin vә müsafirxananın vә neft quyusunun açılmağından yәqin olunur ki, bu haman dәrviş Әbusәidin binalarıdır ki, onun vәsfi-şәnindә Mәhәmmәd ibn Mahmud "Nәfayisül-fünun" adlı kitabında bu minval yad etmişdi ki, Hülaku xanın nәvәsi Sultan Mәhәmmәd xan Xudabәndә--ki, miladın 1314-cü tarixindә tamami İrana padşahlıq edirmiş, Badkubә şәhәrinin canibindә bir dәrvişә rast gәlir ki, orada bir neft quyusu qazdırıb, onun mәdaxili ilә hәm özü mәaş edәrmiş vә hәm dә müsafirlәrә vә füqәraya xәrc qılarmış. Dәrviş mәzkur adәtinә görә, padşaha da ziyafәt tәrtib qılır. Sultan Mәhәmmәd Xudabәndә dәrvişin bu himmәt vә alitәbliyini gördükdә ona pürqiymәt töhfәlәr bәxşiş elәyir, vәli Әbusәid qәbul etmәyib deyir: "O qәdәr ki, mәnә lazımdır, varımdır. Daha başqa şeyә ehtiyacım yoxdur!" Әbusәidin cavabı sultana o qәdәr xoş gәlir ki, onun әlini sıxıb, dost vә qardaş olmağına әhdü peyman edir. Dәrviş bәzi vaxtı dostuna cüzi hәdiyyәlәr göndәrәrmiş vә sultan o hәdiyyәlәri satdırıb onlardan hasil olan mәblәğә özü üçün kәfәnağı aldırmağı vәsiyyәt etmişdi.

    Әbusәidin asari-qәlәmiyyәsindәn bizә bir şey vasil olmayıbdır.

    8. Seyid Yәhya Badkubeyi hicrәtin sәkkizinci әsrindә bu vilayәtdә böyük alim vә müdәrrislәrdәn hesab olunurmuş. Qafqazın hәr tәrәfindәn tәlәbә vә suftәlәr
    onun başına cәm olub, elm mәrifәt kәsb edәrlәrmiş. Ülumi-diniyyәyә dair bir çox mötәbәr әsәrlәri vardır. Seyid Yәhyanın adı bәzi şәri kitablarda kәmali-
    ehtiram ilә zikr olunubdur. Onun ibadәt etdiyi hücrә vә mәdrәsәsi Abbasqulu ağa Qüdsinin әsrindә mövcud imiş. Mәscid mәrhumun adı ilә tәsmiyә olunub--"Seyid Yәhya mәscidi" adlanarmış.

    9. Şeyx Molla Yusif Müsküri әslәn әrәb imiş. Abavü әcdadı hicrәtin yeddinci әsrindә Mәdinәdәn Qafqaza hicrәt ediblәr vә ibtidada Qarabağ mahalında
    sakin olarlarmış. Bәdә Qarabağdan Quba mahalına köçüblәr vә burada "Müskür" adlı mәhәldә Şeyx Molla Yusif tәvәllüd edibdir. Şeyxi-mәzkur ibtidai tәlimdәn sonra Seyid Yәhya Badkubeyinin hüzuruna gedib, ondan ülumi-ilahiyyәni vә ehkami-şәriyyәni tәhsil etmәyә başlayır. Seyid Yәhyanın tәhti-tәrbiyәsindә şeyx xeyli müddәt kәsbi-kәmal edib öz zehn vә istedadı ucundan bir çox elmlәrә dara olur vә ustadi-möhtәrәmi onun müdәrrisliyinә xeyir-dua edib yola salır. Şeyx Molla Yusif öz vәtәninә müraciәt edib müdәrrisliyә qurşanır vә bir çox möhtәrәm şәxslәr onun tәdris vә tәlimi bәrәkәtindәn ad vә şöhrәt qazanırlar, xüsusәn, onun istәkli şagirdi qubalı Şeyx Mәhәmmәd öz әsrinin fәridi olur. Şeyx Molla Yusifin nәsli camaat içindә vә el arasında hәmişә әziz vә möhtәrәm sayılıblar. O qәryәdә ki, şeyx dәfn olubdur vә onun övladı sakindirlәr, şeyxin adı ilә mәzkur qәryә tәsmiyә olunubdur--"Şeyxulla" kәndi adlanır. Şeyx Molla Yusifin әsәrlәrindәn bizә yetişәn onun әrәb dilindә "Bәyanul-әsrar" adlı yazdığı kitabıdır. Bu kitab bir müqәddimәdәn vә iyirmi dörd babdan ibarәtdir ki, mәalı insanın әhvalı-ruhiyyәsinә vә әxlaqü әtvarına şamildir. Şeyx vәfat edibdir hicrәtin sәkkizinci әsrinin axırlarında.

    10. Bәdr Şirvani öz әsrindә әn zәrif şairlәrdәn birisi hesab olunurmuş. Şerşünaslıqda vә elmi-tәnqiddә artıq dәrәcәdә mәharәti var imiş. Xeyli zaman Şirvanda nazü nemәt içrә möhtәrәm yaşayıb. Әsәrlәrindәn bir neçәsi bizә yetişibdir. İranın mәşhur şairlәrindәn Katibi Turmizi Bәdr Şirvaninin ziyarәtinә Şirvana gәlib, xeyli vaxt aralarında fünuni-şer vә әdәbiyyat babında mübahisәlәr olubdur. Dövlәtşahın dilindәn rәvayәt olunur ki, Şirvan valisi Әmir İbrahim Katibinin bir şerinә bәdәl olaraq ona on min dinar qızıl bağışlayır. Bu mәblәği Katibi bir ayın müddәtindә Şirvan karvansarasında sәrf elәyir: o, pulun bir hissәsini fәqir şairlәrә vә bir hissәsini dә füqәraya verir, bir hissәsini dә oğurlayırlar. Belә ki, ay tamam olmamış Katibinin yemәyә bir batman unu da qalmır. Bu halda Әmir İbrahimә aşağıdakı mәzmunda bir şer yazıb göndәrir: "Dünәn aşpazıma әmr etdim ki, mәnim vә qonağımın aclığını rәf etmәk üçün bağri bişirsin. Aşpaz mәnә cavab verdi ki, evimizdә bir az әt vә yağ olur ki, tapılsın, amma unu kim verәcәkdir, o mәlum deyil. Mәn ona dedim ki, göyün dәyirmanını işlәdәn kәs bizә un verәr".

    11. Әbdürrәşidi-sani Badkubeyi tәvәllüd edibdir hicrәtin 805-ci ilindә ki, miladın 1403-cü tarixinә mütabiqdir. Әsәrlәrindәn qalanı әrәb dilindә yazdığı coğrafiya kitabıdır ki, onda rusların, slavyanların, varyakların, peçeneqlәrin haqqında müfәssәl mәlumat veribdir. Avropa ülәmasından mәşhur akademik Fren "İbn Fәdlan" nam adlı tәb olunmuş әsәrindә Әbdürrәşid Badkubeyi yazdığı coğrafiyadan bir çox mәlumat әxz etmişdir.

    12. Kәmalәddin Mәsud Şirvani çox böyük ülәmadan birisi hesab olunur. Uzun müddәt Heratda Sutan Hüseyn Bayqarının zәmani-sәltәnәtindә müdәrris olubdur. 905-ci tarixi-hicriyyәdә Heratda vәfat edibdir. Xorasan ülәma vә hükәma firqәsi Kәmalәddin Şirvaninin elm vә fәzlini kәmali-ehtiram ilә öz әsәrlәrindә zikr ediblәr.

    13. Müsahib Gәncәvi--ki, Kәrbәlayı Әlixan Ziyadoğlu ismilә mәşhurdur,--Gәncә vә Qarabağ bәylәrbәyisi olubdur. Ziyadә xirәdmәnd, baxәbәr vә xoşsöhbәt bir vücud imiş. Şah Abbas Sәfәvinin lütf vә inayәtinә nail olduğu üçün "Müsahib" lәqәbi almışdı. Ümuri-mәmlәkәtdә ziyadә mahir vә durbin olduğundan maәda şerşünaslıqda yәdi-beyzası var imiş. Özü dәxi şer deyәrmiş vә bir çox şer vә qәzәllәri qalıbdır.

    14. Molla Mirzә Şirvani ziyadә alim vә fazil bir zat imiş ki, hәr növ elmdәn baxәbәr vә öz әsrinin filosofu sayılırmış. Ülәma firqәsilә müttәsil müzakirә
    vә mübahisәdә olub, hәr kәsә ariz olan elmi müşkilat vә şübhәlәri kәşfü bәyan edәrmiş. Abbasqulu ağa Qüdsinin zamanında da Molla Mirzә Şirvaninin adı İranzәmindә tәhsin ilә yad olunarmış. Ömrünün axır vaxtlarını İsfәhanda vә Kәrbәlayi-müәllada ülәma vә müctәhidlәr zümrәsindә keçiribdir. Vәfatı da
    orada olubdur, Şah Sultan Hüseyn Sәfәvinin zәmani-sәltәnәtindә.

    15. Molla Mәhәmmad ibn Molla Nәşәfәli Badkubeyi öz әsrinin alim vә fazil bir şәxsi imiş ki, hәr növ elm vә fәnlәrә dara imiş. Ziyadә xoşxülq, paktinәt bir vücud olduğu üçün cümlәnin hörmәt vә rәğbәtini kәsb etmişdi. Mirzә Mәhәmmәd xani-dövvümün müәllimi vә mürәbbisi olubdur. Bir neçә mötәbәr әsәrlәri qalıbdır ki, onların cümlәsindәn Şeyx Bәhaәddinin "Kәşkül" nam әrәb lisanında yazdığı kitabın şәrhi ilә farscaya tәrcümәsidir. Bu tәrcümәni Molla Mәhәmmәd Fәtәli xanın fәrmayişi ilә elәyibdir. Sәhih rәvayәtә görә, Molla Mәhәmmәd ilә Mәhәmmәd Çәlәbi Әlicәli sünnü vә şiә mәzhәb arasında olan nifaq vә әdavәti götürüb, sülh vә saziş etmәk üçün xeyli müddәt müzakirә vә müşavirә ediblәr vә bu xüsusda Mәhәmmәd Çәlәbi әrәb dilindә mötәbәr bir kitab yazıbdır. Haman kitabı әrәbdәn fars dilinә mәrhum Abbasqulu ağa Qüdsi pәdәri Mәhәmmәd xani-saninin buyurmağı ilә tәrcümә elәyibdir.

    16. Hacı Mәhәmmәd Çәlәbi Әlicәli Qübbә nahiyyәsindә öz әsrinin bilikli vә gözüaçıq alimlәrindәn sayılırmış. Hacı Mәhәmmәd Çәlәbinin hәr elmdәn xәbәrdarlığı var imiş. Xüsәsәn, ülumi-ehkami-şәriyyәdә әmsalı yox imiş. Mәrhum Çәlәbinin bir neçә mötәbәr әsәrlәri qalıbdır ki, ülәma indindә mәqbul vә bәzilәri dәsturülәmәl hökmündәdirlәr. Hacı Mәhәmmәd Çәlәbi yeddi dәfә Hәcc ziyarәtinә gedibdir, vәfatı hicrәtin 1223-cü ilindә vaqe olubdur ki, miladın 1808-ci salına mütabiqdir. Zәmani ki, Mustafa xan rus qoşununun içindә Quba hәvalisindә Şıxәli xan ilә müharibә edirlәrmiş Hacı Mәhәmmәd Çәlәbinin cәsәdini dәfn etmәk üçün şәhәr qәbristanlığına gәtirirlәr. Bu әsnada alimin cәsәdinә ehtiram göstәribәn hәr iki tәrәf yaraq vә әslәhәlәrini yerә qoyub, müvәqqәti sülh edirlәr.

    17. Mәstәli Şirvani--ki, әsl adı Hacı Zeynalabidin ibn Axund İsgәndәrdir.--tәvәllüd edib şәhri-Şamaxıda hicrәtin 1194-cü ilindә ki, tarixi-mәsihiyyәnin 1779-cu salına mütabiqdir. Altı ay onun tәvәllüdündәn sonra atası Axund İsgәndәr әhlü әyalını götürüb gedib Kәrbәlayi-müәllaya. Mәstәli Şirvani on yeddi yaşına kimi bәzi elmlәri öz atasından vә sair mәşhur alimlәrdәn tәhsil edibdir vә cavan ikәn dәrvişlәr silkinә daxil olub, dәrviş Mәsumәli şah Hindistaninin tәlim vә söhbәtindәn istifadә edir. Bundan sonra Bağdada köçüb, orada elm vә biliyini kamala yetirmәk üçün Nurәli şah İsfәhanidәn başlayır dәrs almağa. Elmini tamam edәndәn sonra İraqi-әcәmә, Gilana, Şirvana vә Azәrbaycana sәfәr edib, hәr mәkanü mәhәldә bir neçә vaxt iqamәt edib, tәcrübә vә biliyini daha da artırır. Mәstәli Şirvani Azәrbaycandan azim olur Tәbәristana, oradan Xorasana, Kürdüstana, Zabilistana vә Kabula әzimәt edir. Hәr yerin ülәma vә hükәması ilә aşina olub, mәclislәrinә daxil olur. Xeyli müddәt Hәsәnәli şahın xidmәtindә qalıb, hüsni-tәvәccöhlәrinә müvәffәq olur va onun vәfatından sonra--ki, vaqe olubdur Hindistanda Pişavәrdә 1216-cı (1802) tarixindә,--Mәstәli Şirvani Pәncab sәmtinә vә oradan Dehliyә, Allahabada, Benqalya, Dәkәnә vә Hindistanın sair yerlәrinә sәfәr edib. Bәd Hindistan vә Xita cәzirәlәrini gedib gәzir.

    Bundan sonra Mәstәli Multandan keçib Kәşmirә, Müzәffәrabada vә oradan keçib Kabula, Tәbәristana, Bәdәxşana, Xorasana, İraqa vә İraqdan Farsa. Bu uzun vә pürzәhmәt sәyahәtdәn sonra Mәstәli bir neçә müddәt yorğunluğun almağa mәcbur olur. Bir az rahat olandan sonra Mәstәli yenә sәyahәt qәsdilә Әrәbistanın çox yerlәrini vә qәrbi-cәnubunda olan şәhәr vә qәsәbәlәri gәştü güzar edib, oradan Hәbәşә keçibdir vә bir az vaxt orada iqamәt edәndәn sonra Mәkkәyә qayıdıbdır. Mәkkәdәn Mәdinәyә vә Mәdinәdәn Әlqahirәyә, oradan Qüdsi-Xәlilә vә Qüdsdәn Arçıblaq cәzirәlәrinin bәzini seyr edib İstambul tәrәfinә azim olubdur vә İstambulda bir müddәt iqamәt etdikdәn sonra Rumeli şәrqinә vә Bolqarıstana gedib, o yerlәrin әhalisi vә övzaı ilә filcümlә tanış olur vә bәd yenә İstambula qayıdıb vә oradan Anadoluya, Diyarbәkr vilayәtinә vә Diyarbәkrdәn Ermәnistana vә buradan Azәrbaycan sәmtinә azim olur. Azәrbaycanın bir çox yerlәrini gәzdikdәn sonra Tehrana sәfәr edir.

    Mәstәli Şirvani hәr iki sәyahәtindә dünyanın yarısını gәştü güzar edib, altmışdan ziyadә müxtәlif ayin vә adәt üzrә yaşayan vә yek-digәrinә ziddü müğayiri-dinü mәzhәb, ehkam vә üsulunu icra edәn milәl vә әqvam ilә tanış olubdur vә "Riyaz" adlı kitabında yuxarıda zikr olunan dinlәr vә mәzhәblәr babında vә hәr bir yerin tarix vә coğrafiyasına vә әhalisinin mәişәtinә dair әtraflı mәlumat veribdir. Mәstәli Şirvani bir neçә vaxt dәrviş-mәczub Әli şah Hәmәdaninin yanında qalıb, Nemәtullah mәzhәbilәrin şeyxi vә müәllimi olmağa xeyir-dua ilә icazә alıbdır. Amma dünyagir vә nәfspәrәst ülәmadan bәzi onun ziddinә gedib, әdavәt başlayıblar vә onu dini-islama müğayir başqa bir әqidәdә olmaqla Fәtәli şahın nәzәrindә müttәhim vә müqәssir ediblәr.

    Mәzkur şahın qәzәbindәn ehtiyat edib, Mәstәli Şirvani әvvәlcә Şiraza vә oradan Kirmana azim olur. Kirman hakimi İbrahim xandan çox iza vә cәfalar çәkib axırda öz vәtәni Şirvana müraciәt elәyir vә burada hicrәtin 1236-cı tarixindә--ki, miladın 1821-ci salına mütabiqdir,--evlәnir. Amma vәtәnindә çox vaxt sakin olmaq ona nәsib olmur. Tәәhhülündәn bir il sonra vәba naxoşluğu düşür vә çox adamlar tәlәf olur. Mәstәli әyalını götürüb İrana gedir. Bir az İsfәhanda vә bәd Qum şәhәrindә sakin olur vә burada öz "Sәyahәtnamә"sini yazır."

    Abbasqulu ağa Qüdsinin zamanında Mәstәli Şirvani Şirazda olurmuş vә özü dә hәm әrkani-dövlәt indindә vә hәm camaat nәzәrindә möhtәrәm vә müәzzәz bir alim sayılırmış.

    Burada adları zikr olunan mәşhur qәlәm әhllәrindәn vә ülәmadan başqa Qafqaziyada hәr bir әsr vә zamanda sair möhtәrәm vә danişmәnd şәxslәr dәxi vücuda gәlibdir ki, özlәrindәn sonra әsәrlәri qalıbdır vә o әsәrlәr cümlә ürәfa vә әrbabi-kәmal indindә mәqbuldur. Mәrhum Abbasqulu ağa onların tәrcümeyi-hallarına dair mәlumat vermәyibdir; ancaq ismi-şәriflәrini zikr etmәklә iktifa edibdir. Şeyxlәrdәn mәşhuru bunlar olub: "Sәlyanda Әbuәli Rudbari Sәlyani, Şabranda Şeyx Yaqub Çәrxi, Qubada Şeyx Әbdülkәrim vә Şirvanda Baba Rüknәddin Şirvani. Ülәmadan: Sidqullah Bәrdәvi, Hәnәfi Qarabaği, İbrahim Әrşi, Ağdaşda Bürhanәddin Ağdaşi, Şәkidә Әbdürrәhim әfәndi Şәkui, Mәhәmmәdәmin әfәndi, Әyyub әfәndi, Baba әfәndi, Şirvanda Axund Şәrif Şirvani, Bakıda Axund Nәcәfәli Badkubeyi vә Dәrbәnddә Mollaağa Dәrbәndi.

    Şüәradan: Nişat, Ağamәsih Şirvani, Mirzә Әsgәr, Zülüla Şirvani Yusif Kosa, Asәf, Molla Pәnah Vaqif, Molla Vәli Vidadi, Mirzә Mәhәrrәm Mәriz Qarabaği vә Fәtәli bәy hali Ziyadoğlu Gәncәvi.

    Dağıstanda mәşhur ülәmadan bunların adları zikr olunur: Mәhәmmәd Qәdәqi, İbrahim Ürәvi, Fazil İmaqi, Yusif Zәrif Qumuqi, Davud Üsuli, Seyid Şünasi.

    Yuxarıda isimlәri zikr olunan şüәradan--ki, cümlәsi xan әsrlәrinә mәnsubdurlar,--әn mәşhuru Molla Pәnah Vaqifdir ki, öz әsrinin vә ondan sonra vücuda gәlәn bir çox şüәranın ustadı vә pişrәvi olubdur. Sadә ana dilimizin şivәsindә әvvәlcә şer yazan Molla Pәnah Vaqif olubdur.

    Kitabımızın әvvәlinci cildindәn Molla Pәnah dövrü başlanır. Çün Molla Pәnah cavanlıq sinnindәn әsl vәtәni olan Qazax mahalını tәrk edib, Qarabağ xanlığına hicrәt elәyibdir vә orada İbrahim xanın әn müqәrrәb adamlarından birisi olub vә ömrünün axırına kimi Qarabağda qalıb namü şöhrәt qazanıbdır, ona binaәn onun tәrcümeyi-halına rücu etmәkdәn müqәddәm lazım bildik ki, yeni bina tutmuş Qarabağ xanlığının övzavü әhvalından şәmmәi mәlumat verәk; bir halda ki, şairin sәrgüzәştini Qarabağ xanlığının tarix vә keyfiyyәtindәn ayırmaq olmaz vә bundan maәda Şuşa şәhәri mәnbeyi-fәzlü kamalat olub, bir çox mahir әdiblәr vә rәvantәb şairlәr әrseyi-vücuda gәtiribdir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Ibrahim ibn Әliyyün-nӘccar xaqani

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 743

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş