ələsgər Novruzov
Azərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə Novruzov ələsgər Xanlar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Novruzov ələsgər Xanlar oğlu 1 avqust 1949-cu ildə Laçın rayonunun Kürdhacı kəndində anadan olmuşdur.
1966-cı ildə Kürdhacı kənd orta məktəbini bitirmiş və 1968-70-ci illərdə Ermənistan Respublikasının Leninakan şəhərində hərbi xidmətdə olmuşdur.
Hərbi xidmətini başa vuraraq, 1971-ci ildə Şuşa Pedoqoji Texnikumuna daxil olmuş və 1973-cü ildə oranı bitirərək, bədən tərbiyəsi müəllimi ixtisasına yiyələnmişdir.
1979-cu ildə Xocalı şəhərinə köçərək öz ixtisası üzrə müəllim işləmişdir. 1988-ci ildə gizli yaranan Xocalının Müdafiə Şurasının ilk beş üzvündən biri ə. Novruzov olmuşdur. Azğınlaşmış ermənilərə qarşı keçirilən əks əməliyyatlarda ələsgər həmişə fərqlənmişdir.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı soyqırımında soydaşlarımızın təhlükəsizliyini təmin etmək üçün var gücü ilə vuruşurdu. Düşmənlər böyük çətinliklə ə. Novruzovu əsir götürür və böyük işgəncə ilə qətlə yetirilər.
Ailəli idi. Üç övladı yadigar qalıb.
Ölümündən sonra Məhəmməd əsədov adına mükafata layiq görülüb.
Doğma kəndi Kürdhacıda dəfn edilmişdir.
Yer imleri