Kullanıcı Tag Listesi

Cəmil Niftəliyev Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Niftəliyev Cəmil Səmədxan oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Niftəliyev Cəmil Səmədxan oğlu 5 oktyabr 1968-ci ildə Yardımlı rayonunun Şəfəqli kəndində dünyaya gəlmişdir. Orta təhsilini Qaradağ rayonunun 233 saylı məktəbində almışdır. Təhsilini başa vuraraq, 1986-cı ildə hərbi xidmətə çağırılmışdır. Dörd ay Özbəkistanda snayperlik kursu

Bu konu 726 kez görüntülendi 0 yorum aldı ...
Hərb işi - Cəmil Niftəliyev 726 Reviews

    Konuyu değerlendir: Hərb işi - Cəmil Niftəliyev

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 726 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.321
    Konular
    10706
    Beğendikleri
    10
    Beğenileri
    135
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Hərb işi - Cəmil Niftəliyev

    Cəmil Niftəliyev


    Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Niftəliyev Cəmil Səmədxan oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

    Niftəliyev Cəmil Səmədxan oğlu 5 oktyabr 1968-ci ildə Yardımlı rayonunun Şəfəqli kəndində dünyaya gəlmişdir.

    Orta təhsilini Qaradağ rayonunun 233 saylı məktəbində almışdır. Təhsilini başa vuraraq, 1986-cı ildə hərbi xidmətə çağırılmışdır.

    Dörd ay Özbəkistanda snayperlik kursu keçdikdən sonra, əfqanıstana göndərilmiş, atıcı batalyonunda xidmət etmişdir. Xidmət zamanı və döyüşlərdə göstərdiyi şücaətə görə bir neçə dəfə medallarla və fəxri fərmanlarla təltif edilmişdir.

    1989-cu ildə ordudan tərxis olunaraq Cəmil vətənə dönür və DİN-nin Səbael rayon Yanğından Mühafizə İdarəsində işləməyə başlamışdır. Ermənilərin təcavüzünə məruz qalmış torpaqlarımızın müdafiə olunmasında igid oğul C. Niftəliyev silaha sarılaraq vətənin müdafiəsinə qalxdı.

    10 mart 1992-ci ildə Ağdam döyüş bölgəsinə yollandı. Öz xahişi ilə döyüş bölgəsində qalan Cəmil Ağdamın bir çox bölgələrində rəşadətlə vuruşur. 1992-ci il martın 29-da Ağdamın Şelli kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olur.

    Subay idi.

    Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

    Vaxtilə təhsil aldığı 233 saylı orta məktəb və Yanğından Mühafizə İdarəsininn yanğınsöndürən gəmisi onun adını daşıyır.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hərb işi - Cəmil Niftəliyev

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 726


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş