Kullanıcı Tag Listesi

Rafiq Nəsrəddinov Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə baş leytenant Nəsrəddinov Rafiq Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Nəsrəddinov Rafiq Hüseyn oğlu 18 mart 1961-ci ildə Bakı şəhərində dənizçi ailəsində dünyaya gəlmişdir. 1978-ci ildə Nərimanov rayonundakı 39 saylı orta məktəbin onuncu sinfini bitirmiş və 1979-cu ildə hərbi xidmətə çağırılmışdır. 1981-ci ildə tank qoşunlarında hərbi

Bu konu 892 kez görüntülendi 0 yorum aldı ...
Hərb işi - Rafiq Nəsrəddinov 892 Reviews

    Konuyu değerlendir: Hərb işi - Rafiq Nəsrəddinov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 892 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.321
    Konular
    10706
    Beğendikleri
    10
    Beğenileri
    134
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Hərb işi - Rafiq Nəsrəddinov


    Rafiq Nəsrəddinov


    Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə baş leytenant Nəsrəddinov Rafiq Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

    Nəsrəddinov Rafiq Hüseyn oğlu 18 mart 1961-ci ildə Bakı şəhərində dənizçi ailəsində dünyaya gəlmişdir. 1978-ci ildə Nərimanov rayonundakı 39 saylı orta məktəbin onuncu sinfini bitirmiş və 1979-cu ildə hərbi xidmətə çağırılmışdır.

    1981-ci ildə tank qoşunlarında hərbi xidmətini başa vurduqdan sonra Bakı Dövlət Universitetinə daxil olmuşdur.

    1987-ci ildə Universiteti əla qiymətlərlə bitirdikdən sonra Su Təsərrüfatı İnstitutuna mühəndis vəzifəsinə təyin edilmişdir. 1992-ci ildə Milli Ordu sıralarına çağırılmış və cəbhəyə yola düşmüşdür.

    R. Nəsrəddinov Ağdərə rayonunun düşməndən təmizlənməsində yaxından iştirak etmişdir. Baş leytenant rütbəsinə yiyələnmiş Rafiq 6 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Qızılqaya kəndində qeyri - bərabər döyüşdə son nəfəsinədək vuruşmuş və qəhrəmancasına həlak olmuşdur.

    Ailəli idi. İki qızı var.

    Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

    Təhsil aldığı 39 saylı orta məktəb onun adını daşıyır. Məktəbdə büstü qoyulmuşdur. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

    Mənbə: milliqahraman.az



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hərb işi - Rafiq Nəsrəddinov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 892


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş