Kullanıcı Tag Listesi

Şokoladlı bayram tortu http://www.metbex.net/wp-content/uploads/2012/12/bayraml%C4%B1q-%C5%9Fokolad-tortu.jpg Tərkibi: şokoladlı laylar: hər biri 150 q olmaqla tünd, südlü və ağ şokolad 450 ml 35%-li qaymaq (hər laya 150 ml) 30 q jelatin (hər laya 10 q)

Bu konu 3237 kez görüntülendi 0 yorum aldı ...
Şokoladlı bayram tortu 3237 Reviews

    Konuyu değerlendir: Şokoladlı bayram tortu

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 3237 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Süper Şokoladlı bayram tortu

    Şokoladlı bayram tortu



    Tərkibi:

    şokoladlı laylar:
    hər biri 150 q olmaqla tünd, südlü və ağ şokolad
    450 ml 35%-li qaymaq (hər laya 150 ml)
    30 q jelatin (hər laya 10 q)
    150 q kərə yağı (hər laya 50 q)

    biskvit:
    4 yumurta
    1 st şəkər tozu
    1,5 st. un
    2 x.q. kakao
    1 paket qabartma tozu

    Qaymağı soyuducuda bir neçə saat saxlayın.

    Hazırlanması:

    4 yumurtanı 1 st. şəkər tozu ilə çalın. 1,5 st. unu 2 dolu xörək qaşığı kakao və 1 paket qabartma tozu ilə qarışdırıb buraya əlavə edin. Xəmiri içinə perqament döşənib yağlanmış siniyə tökün. Sobada bişirin. Hazır olub-olmadığını kibrit və ya diş çöpü ilə yoxlayın. Hazır korju soyudun. Sonra isə kənarları açılan formanın diametrində dairə kəsin (məsələn, diametri 26 sm).

    Biskvitin qalanını pirojna üçün istifadə edə, yaxud tortun kənarlarına vurmaq üçün xırdalaya bilərsiniz.

    Dairəvi korju formanın içinə qoyun (formanın kənarlarına əvvəlcədən plyonka yerləşdirin). Şəkər tozu, vanil və sudan şərbət hazırlayıb korja hopdurun (mürəbbə suyundan da istifadə edə bilərsiniz). Soyuducuya qoyun.

    Tünd şokolad layı: 10 q jelatinin üstünə 2 x.q. su tökün. 150 q tünd şokoladı su hamamında əridin, kərə yağı əlavə edin. Paralel olaraq 150 q soyuq qaymağı qatı köpük alınınca çalın, soyuducuya qoyun. Şişmiş jelatini əriyənədək qızdırın. ələkdən keçirib isti yağlı-şokoladlı qarışığa əlavə edin (hər ikisi çox qaynar olmamalıdır, ilıq olsa, daha yaxşıdır), soyuducudakı qaymağı da qatıb eynicinsli kütlə alınanadək çalın. Soyuducudakı biskviti çıxarın, bu qarışığı üstünə çəkib yenə soyuducuya qoyun.

    Bu lay bərkiyəndən sonra eyni qaydada südlü şokoladla, sonra isə eynilə ağ şokoladla laylar hazırlayıb formanın içinə, bir-birinin üstünə tökün.

    Soyuducuda bir neçə saat saxlayın (yaxşı olar ki, gecədən səhərədək), formanın kənarlarını açın, plyonkanı çıxarın, üzərini zövqünüzə görə bəzəyin.

    Nuş olsun!


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Şokoladlı bayram tortu

          Kategori: Azerbaycan Mutfağı

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 3237

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş