Kullanıcı Tag Listesi

Borş http://www.metbex.net/wp-content/uploads/2011/12/bors.jpg Borş Sovetlər dövründə Rusiyadan Azərbaycan mətbəxinə daxil olan yeməklərdəndir. Rusiyadan başqa borşun müxtəlif növləri Ukrayna, Polşa, Litva, Moldova, və Şərqi Avropanın başqa ölkələrində də bişirilir. Borşun tərkibində olan tərəvəzlər sümüklü mal ətinin suyunda bişirilir. Kaliforniyada iri sümükli mal əti tapmaq bir az müşkül məsələdir, odur ki burada mən sümüksüz ətə müraciət etməli oluram. Amma düzünü desəm, sümüksüz

Bu konu 858 kez görüntülendi 0 yorum aldı ...
Borş 858 Reviews

    Konuyu değerlendir: Borş

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 858 kez incelendi.

Konu: Borş

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Borş

    Borş



    Borş Sovetlər dövründə Rusiyadan Azərbaycan mətbəxinə daxil olan yeməklərdəndir. Rusiyadan başqa borşun müxtəlif növləri Ukrayna, Polşa, Litva, Moldova, və Şərqi Avropanın başqa ölkələrində də bişirilir.

    Borşun tərkibində olan tərəvəzlər sümüklü mal ətinin suyunda bişirilir. Kaliforniyada iri sümükli mal əti tapmaq bir az müşkül məsələdir, odur ki burada mən sümüksüz ətə müraciət etməli oluram. Amma düzünü desəm, sümüksüz ətlə bişən borşun ləzzəti daha yaxşı olur.

    Borşa rəng verən tərəvəz çuğundurdur. Bəziləri borşa az çiğundur qatır ki, bu da borşun rəngini qırmızı deyil, sarı edir. Mən isə qırmızı rəngdə olan borşu daha çox xoşlayıram.

    əgər vaxtınız varsa, borşu bişirdikdən sonra bir neçə saatlıq kənara qoyun ki, dadlar bir birinə qarışsın və borşunuz daha da ləziz olsun.

    BORŞ

    6 porsiya üçün nəzərdə tutulub

    1 kq iri tikələrə bölünmüş sümüklü mal əti
    5 xörək qaşığı kərə yağı və ya duru yağ
    1 baş soğan
    1 ədəd orta boy çuğundur (300 g)
    2 ədəd yerkökü (300 g)
    2 xörək qaşığı tomat
    3-4 dəfnə yarpağı (rusca: lavroviy list)
    1 ədəd orda boy kələm (700 g)
    3 ədər kartof
    2 stəkan xırda-xırda doğranmış cəfəri
    zövgə görə duz
    zövgə görə istiot



    1. İri qazana mal ətini qoyub, üstünə təxminən 20 stəkan su töküb qaynadın. Tez-tez kəfini alın. ət yumuşalanadək orta odda bişirin (ətin sərtliyindən asılı olaraq, ət 40 dəqiqəyə qədər bişə bilər). ətin suyunu süzün ki, kəfdən təmizlənsin. ət suyunu və əti qazana geri qoyun.

    2. ətin bişdiyi müddət ərzində digər ərzaqları hazırlayın. Soğanı xırda-xırda doğrayın. Çuğundur və yerkökünü sürtkəcin iri dişindən keçirin. Kələmi nazik-nazik doğrayın (təxminən 4 stəkan alınmalıdır). Kartofları soyun və iri-iri dilimləyin.

    3. Tavada yağı qızdırın və soğanı bu yağda yumuşalanadək bişirin. Çuğundur və yerkökünü soğana əlavə edib, bərabər təxminən 10 dəqiqə ərzində, tərəvəzlər bir qədər yumuşalanadək bişirin. Sonra tomat, zövgə görə duz, istiot əlavə edib, təxminən 5 dəqiqə də bişirin.

    4. Bişən tərəvəzləri və dəfnə yarpağını ət suyu olan qazana əlavə edin. QEYD: ət bişdiyi müddətcə suyun bir qismi buxarlanacaq, odur ki, əldə etdiyiniz ət suyu azdırsa, qazana bir az su əlavə edin. Qazanda təxminən 12 stəkan maye olmalıdır). Qazanı qaynadın, sonra içinə kələm, kartof və cəfərini əlavə edib, orta odda təxminən 25 dəqiqə ərzində, və yaxud kələm və kartof yumuşalanadək bişirin.

    5. Hazır borşu nimçələrə töküb süfrəyə verin. Borşun üstünə zövgə görə qatıq tökülüb yeyilir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Borş

          Kategori: Azerbaycan Mutfağı

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 858

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş