Kullanıcı Tag Listesi

Kəklikotulu Pomidor Şorbası http://www.metbex.net/wp-content/uploads/2011/12/keklikotu-pomidor-sorbasi.jpg Həyətimizdə pomidor əkmişik. Barımız o qədər bol oldu ki, pomidoru yeyib qurtara bilmirik. Qonşularımıza və dostlarımıza paylamışıq, amma yenə də qurtarmaq bilmir ki, bilmir. əslində, şikayət etməməliyəm, cünki marketlərdən becərilməsində min cür dərman istifadə olunmuş pomidor almaqdansa, öz zəhmətimizin orqanik bəhrəsini yemək daha yaxşıdır. Bu gün menyumuzda kəklitotulu pomidor

Bu konu 943 kez görüntülendi 0 yorum aldı ...
Kəklikotulu Pomidor Şorbası 943 Reviews

    Konuyu değerlendir: Kəklikotulu Pomidor Şorbası

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 943 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Kəklikotulu Pomidor Şorbası

    Kəklikotulu Pomidor Şorbası



    Həyətimizdə pomidor əkmişik. Barımız o qədər bol oldu ki, pomidoru yeyib qurtara bilmirik. Qonşularımıza və dostlarımıza paylamışıq, amma yenə də qurtarmaq bilmir ki, bilmir. əslində, şikayət etməməliyəm, cünki marketlərdən becərilməsində min cür dərman istifadə olunmuş pomidor almaqdansa, öz zəhmətimizin orqanik bəhrəsini yemək daha yaxşıdır.

    Bu gün menyumuzda kəklitotulu pomidor şorbası var. Özümün reseptidir. Azərbaycandakı qurudulmuş kəklikotunun ləzzəti daha güclü olar bilər, odur ki, miqdarını istəyinizə görə azalda bilərsiniz. Yox, əgər, heç kəklikotu istəmirsinizsə, onda şorbanı onsuz da bişirmək olar.

    Bu şorbaya mozzarella pendiri və evdə hazırlanmış kruton (kub şəklində doğranmış və sobada qurudulmuş çörək)

    KəKLİKOTULU POMİDOR ŞORBASI

    4-6 porsiya üçün nəzərdə tutulub

    2 xörək qaşığı kərə yağı və ya bitki yağı
    5 xörək qaşığı un
    2 xörək qaşığı tomat
    4 ədər orta boy tam yetişmiş pomidor
    5 stəkan toyuq suyu (bulyon) və yaxud su (və ya ikisinin qarışığı)
    1 xörək qaşığı qurudulmuş kəklikotu
    1/2 stəkan süd
    zövqə görə duz
    zövqə görə istiot

    Üstü Üçün:
    sürtkəcdən keçirilmiş mozzarella pendiri (sevdiyiniz başqa yağlı pendirlə əvəz edə bilərsiniz)
    kruton (resepti aşağıdadır)

    Pomidorların qabığını soyun və blenderdə püre kimi əzin. Blenderiniz yoxdursa, sürtkəcdən və ya ət maşınından keçirin.

    Yağı qazanda qızdırın. Üstünə unu əlavə edib, qarışdıra-qarışdıra 1 dəqiqə bişirin. Tomatı əlavə edib qarışdıra-qarışdıra 1 dəqiqə bişirin. Pomidoru əlavə edib 3 dəqiqə də bişirin. Toyuq suyunu və kəklikotunu əlavə edin. Qazanın qapağını örtün və şorbanı arada qarışdıraraq 10 dəqiqə ərzində bişirin.

    Dəyanmadan qarışdıraraq, südü yavaş-yavaş qazana tökün. Duz və istiot vurun. 2 dəqiqə də bişirdikdən sonra, kənara çəkin.

    Şorbanı isti-isti qablara çəkin. Üstünə mozzarella pendiri və cruton qoyub süfrəyə verin.

    KRUTON (Crouton)

    Bir neçə dilim ağ çörəyin qabığını soyun. Kiçik kublara doğrayın. Kubların üstünə azacıq zeytun yağı və ya əridilmiş kərə yağı gəzdirin və bir az duz səpin. Formaya yığın. 170C dərəcəlik sobara qızarana kimi bişirin, təxminən 10 dəqiqə.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Kəklikotulu Pomidor Şorbası

          Kategori: Azerbaycan Mutfağı

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 943

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş