İçi doldurulmuş balıq duxovkada
Bu balığı biz Novruz bayram axşamına hazırlamışdıq. Bunun üçün kütüm ya xəşəm balığı lazımdır. Biz kütümdən istifadə etmişdik. Yaxşıdır, çünki sonra dayım bizim üçün xəşəm ləvəngi gətirmişdi. Azərbaycanda balığı çox sevirlər və çox da onu yeyirlər. Hətta mən balığı çox xoşlamayan böyük həzzlə xəzər balığını Bakıda yedim.
Balıq - kütüm, xəşəm
Qoz
Kişmiş
Baş soğan
Duz, istiot
İç üçün qoz, kişmiş və baş soğan lazımdır. Soğanı xirda doğrayıb qızılı qızardın. Kişmişin üstünə qaynar su töküb bir dəqiqə saxlayın və sonra suyu süzün. Balta və ya bıçaqla kişmişi xırdalayın. Qozu da xırdalayın. Bunların hamını yaxşı qarışdırıb kənara qoyun
Balıqı təmizləyib duzlayın və bir neçə saatlıq saxlayın. Sonra yenə yuyub içini hazırlanmış içlə doldurun. Balıqın qarnını tikin. Yaxşi yağlanmiş tavaya qoyun. Bir saat ərzində 200 gradusa qədər istilənmiş duxovkada bişirin.
Novruz bayramında masada mütləq balıq olmalıdır. Balıqın ağzında isə qızıl üzük olmalıdır. Deyilınlırı görə balıq ruzu-bərəkət gətirir. Novruz bayramı bizim yeni il olduğu üçün, yeni ilin ilk anlarını məhz balıqla qarşılayırlar.
Bu da dayım gətirdiyi balıq. Bu xəşəm ləvəngidir.
Nuş olsun!
Yer imleri