Balqabaq şorbası
Tərkibi:
1 kq balqabaq
1 ədəd orta boy soğan
1 ədəd orta boy kök
4 su stəkanı süd
1 su stəkanı su
1 çay qaşığı qara bibər
kifayət qədər duz
Hazırlanma qaydası:
Balqabağı və kökü soyub kiçik dilimlər halında doğrayın.
Soğanı rəndələyin və bir qazana qoyun. İçinə süd, su, doğranmış yerkökü və balqabağı əlavə edib orta atəşdə bişirməyə başlayın.
Ardından arzuya görə duz ilə qara bibəri əlavə edin.
Balqabaqları yumşalmağa başlayanda atəşdən alın və blenderdən keçirib servis edin.
Yer imleri