Fındıqlı Peçenye
Tərkibi:
1 su stəkanı toz şəkər
1 paket marqarin
2 ədəd yumurta
1 su stəkanı döyülmüş fındıq
Aldığı qədər un
1 paket vanil
1 paket qabartma tozu
Hazırlanma qaydası:
Geniş bir qabda əvvəlcədən yumşalan marqarini, 1 ədəd yumurtanı və şəkəri qarışdırın.
Ardından unu, qabartma tozunu, vanili, döyülmüş fındığı əlavə edib yaxşıca yoğurun.
Kiçik toplar halında yağladığınız soba nimçəsinə düzün.
Üzərlərinə çırpılmış yumurta sarısından sürün.
əvvəlcədən isidilmiş 180 dərəcəli sobada bişirin. Nuş olsun.
Qeyd: Fındıqda olan omeqa 3 qan laxtalanmasını və damar sərtliyini önləyir.
Yer imleri