Azerbaycan Muğam sənəti Xan Şuşinski http://azerinfo.eu/old/upload/music/Xan_Shushinskiy/xan_sushinski.jpg 20 avqust 1901-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Əsl adı İsfəndiyar Cavanşirdir. Şuşa məclislərinin birində onun məharətli ifası bütün qonaqları heyran etdiyindən və ustadı İslam Abdullayev ona "Xan" adını vermişdir. Azərbaycanın xalq artisti, müstəsna istedadlı, geniş diapozonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində Xan Şuşinski hələ gənclik illərində

Bu konu 8371 kez görüntülendi 18 yorum aldı ...
Azerbaycan Muğam sənəti 8371 Reviews

    Konuyu değerlendir: Azerbaycan Muğam sənəti

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 8371 kez incelendi.

  1. #11
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Muğam sənəti

    Məcid Behbudov


    1873-cü ildə Şuşada doğulmuşdur.Hələ uşaq yaşlarından onun gözəl səsi eşidənləri heyran qoyurdu. Müğənni olmağı arzu edən M. Behbudov gənc yaşlarından xanəndəliyə başlamışdır. Ailəsi ilə Tiflisə köşdükdən sonra, o, burada uzun müddət yaşadı. Azərbaycan milli vokal məktəbinin körkəmli nümayəndələrindən olan M. Behbudov xalq musiqisinin populyarlaşdırılmasında əhəmiyyətli rol oynamışdır. 1914 ildə M. Behbudovun səsi Riqadakı “Qrammofon” şirkətində vala yazılmışdır. Mirzə Hüseyn segahı, Şüştər və Cahargah muğamlarının, bir çox xalq mahnısının mahir ifaçısı sayılırdı. M. Behbudov, həmçinin, musiqili tamaşalarda da çıxış etmişdir. Təbriz, İstambul, Sofiya şəhərlərində konsertlər vermişdir.Məcid Behbudov həm də opera səhnəsində çıxış edirdi. O, Azərbaycan bəstəkarlarının yazdıqları, demək olar ki, bütün opera və operettalarda iştirak etmişdir. Üzeyir Hacıbəyovun əsərlərində onun oynadığı rollar, xüsusilə, yaddaqalandır.
    Məcid Behbudovun övladları da ata ilə gələn bu ailə ənənəsini davam etdirmişlər. Müğənninin oğlu, SSRİ xalq artisti Rəşid Behbudov da öz bənzərsiz səsi ilə dünyanı heyran qoymuşdur. İkinci oğlu - Ənvər Behbudov Rusiyanın xalq artisti, qızı Nəcibə Behbudova isə Azərbaycanın əməkdar artistidir. Onlar milli mədəniyyətin inkişafında mühüm rol oynamışlar.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  2. #12
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Muğam sənəti

    Mənsum İbrahimov


    01.10.1960-cı ildə Azərbaycan Respublikasının Ağdam r-da anadan olmuşdur.
    1967-1977 orda məktəbi bitirib.
    1979-81 -ci ildə hərbi xidmətdə olub.
    1982-87 - ci ildə Asəf Zeynallı adına Bakı Musiqı Texnikumunun muğam şö’bəsini bitirib.
    1988-93 ci illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universetinin "Mədəni maarif" fakultəsini bitirmişdir.
    1985-ci ildə Ü. Hacibəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş “V Respublika musiqi musabiqəsi”ndə iştirak edib və 1-ci diploma layiq görülüb.
    1985-ci ildə mərhum sənətkarimız Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına də’vət olunur. Kiçik rolları ifa etməyə başlayan Mənsum 1993-cü ildə “Leyli və Məcnun” operasında Məcnun rolunu ifa etməyə də’vət olunur.
    1993-cü ildə iyunun 25-də ilk premyerası olur və tamaşaçılar və sənətçilər tərəfindən yüksək qiymətləndirilir. Artıq 10 ildir ki, bu rolun mahir ifaçısıdır.
    1995-ci ildə M. Füzulinin anadan olunmasının 500 illi münasibətilə Yuneskonun keçirdiyi silsilə tədbirlərdə, İraqda, Moskvada və Bakıda iştirak etmişdir. 1995-ci ildə Aztelefilmin çəkdiyi 3 hissəli “Leyli və Məcnun” film-operasında Məcnunun partiyasını oxumuşdur.
    Mənsum İbrahimov həm də muəllimdir. A. Zeynalov adına musiqi kollecində və Yasamal rayon 22 N-li musiqi məktəbində mugamdan dərs deyir. Artıq onun yetirmələri respublikada keçirilən müxtəlif musabigələrin qalibləridir.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  3. #13
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Muğam sənəti

    Məşədi Məmməd Fərzəliyev



    Xanəndə. Geniş diapazonlu güclü səsə malik olan xanəndə yüksək və orta notları eyni mərhələdə ifa edirdi.
    O, Qafqaz, Orta Asiya və bir sıra Avropa ölkələrində, Türkiyədə konsertlər vermişdir. "Bayatı-kürd", "Şüştər", "Cahargah" muğamlarını, xüsusilə "Heyratı", "Qarabağ şikəstəsi" və b. muğamları özünəməxsus tərzdə ifa edirdi. "Sportrekord" (Varşava) və "Ekstrafon" (Kiyev) şirkətləri 1912-1915-ci illərdə M.M.Fərzəliyevin ifasında 40-a qədər muğam, təsnif və xalq mahnılarını qrammofon valına yazmışlar.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  4. #14
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Muğam sənəti

    Mürşüd Məmmədov



    1929-cu ildə cənnət Qarabağda - Ağdam rayonunun Muradbəyli kəndində dünyaya göz açmışdır. Kiçik yaşlarından musiqiyə marağı olan Mürşüd qonşuluqda yaşayan Əhməd Ağdamskinin evinə yığışıb istedadlı xanəndələrin ifa etdiyi xalq mahnılarını və muğamlarını dinlər, onlardan eşitdiyi muğamları gizlicə zümzümə edərdi.
    Mürşüd Məmmədovun hələ kiçik yaşında ifa etdiyi Qarabağ şikəstəsi bütun Qarabağda insanları heyrətə gətirmişdir. Əsasən Əhməd Ağdamski onun ifasını dinlədiyində gözlərindən qeyri ixtiyari yaş gəlmiş və onu bağrına basmışdir.
    Müşrüd Məmmədov ömrünün 30 ilindən çoxunu xanəndəlik sənətinə həsr edmişdir. Mürşüd öz müəllimi kimi, sevdiyi sənətinin qədrini bilər, qəlbinin çövrək duygularını milli musiqimiz olan muğamlarımıza verərdi. Mürşüd Məmmədov “Rast”, ”Segah zabul”, ”Qatar”, ”Bayatı Şiraz”, ”Mənsuriyyə”, ”Qarabağ Şikəstəsi” kimi muğamların gözəl ifaçısı idi. İfa etdiyi muğamlar hal-hazırda Azərbaycan Respublikasınin Qızıl fondunda və UNESCO-nun dəstəyi ilə yaradılan Qarabağ Xanəndələri Albomunda yer almaqdadır
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  5. #15
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Muğam sənəti

    MÜTTƏLİM MÜTTƏLİMOV



    Muğam ifaçılığı sənətində Müttəlim Müttəlimovun xüsusi yeri vardır. M. Müttəlimovun repertuarında “Şahargah”, “Orta Mahur”, “Bayatı - Şiraz”, “Mirzə - Hüseyn Segahı”, “Şur” muğam dəstgahlarını ayrıca qeyd etmək lazımdır. O, təsniflərin mahir ifaçısı sayılırdı. Xanəndənin ifasında “Segah”ın variantları öz incə lirizmi, “Çahargah” və “Orta Mahur” isə döyüşkən ruhu ilə diqqəti cəlb edirdi. Qarabağ musiqi məktəbinin görkəmli nümayəndəsi kimi, o, muğam ifaçılığı sənətinin klassik ənənələrini layiqincə davam etdirmiş, öz orijinal ifa tərzi ilə onu zənginləşdirmişdir.
    M. Müttəlimov Ağcabədidə, Qarabağın ən gözəl guşələrindən birində anadan olmuşdur. Onun musiqi və ədəbi qabiliyyəti hələ ilk uşaqlıq illərində üzə çıxmışdı. Ailədə ona şer qoşmaq qaydalarını, sözləri düzgün tələffüz etməyi, Nizaminin və Füzulinin qəzəllərinin poetik mənasını öyrətmişdilər. Muğam ifaçılığının incəliklərini dövrünün görkəmli Qarabağ xanəndəsi Musa Şuşinskidən öyrənmişdi. Bir müğənni kimi, o, əvvəlcə Qarabağda məşhurlaşmış, sonra isə bütün Azərbaycanda tanınmışdı.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  6. #16
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Muğam sənəti

    Qaraxan Behbudov



    1935-ci il noyabrın 25-də Ağdamın Əfətli kəndində musiqiçilər ailəsində dünyaya göz açıb. Əmisi Əfətli Əkbər Qarabağın məşhur xanəndələrindən olub. Qaraxan Behbudov da onun səsini dinləyə-dinləyə xanəndə olmaq eşqinə düşüb. Kənd məktəbində oxuyanda yol aşağı, yol yuxarı gedə-gedə əlinii «qulağımın dibinə qoyub» oxuyurmış. Kəndilərndəki natamam orta məktəbi bitirən kimi qonşu Mahrızlı kəndinə gedib, orta təhsilini orda başa vurdum. 1953-cü ildə məktəbi bitirib, əsgər gedib. 1956-cı ildə əsgəri xidmətdən qayıdıb, 1957-ci ildə Şuşa Pedaqoji Texnikumuna qəbul olunub.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  7. #17
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Muğam sənəti

    QƏDİR RÜSTƏMOV


    Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri olan Qədir Rüstəmov yüksək tessituralı səsə malikdir və bütün registrlərdə səs keyfiyyətləri nümayiş etdirməyi bacarır. O, oxuduğu muğamlarda uzun və coşqun zəngulələr vurması ilə fərqlənir. Qədir Rüstəmovun ifasında səslənən “Rast” və “Çahargah” kimi bir sıra muğam dəstgahları Azərbaycan mədəniyyətinin qızıl fonduna daxildir. Onun “Sona bülbüllər” mahnısı xüsusilə sevilir. Xüsusilə, bu gün Qarabağ torpağının işğal altında olmasından doğan ağrılı - acılı hissləri, kədəri Qədir Rüstəmovun “Sona bülbüllər”i çox qabarıq ifadə etməklə, xalqın qəlbində əks - sadə verir.
    Qədir Rüstəmov Ağdam rayonunda doğulub boya - başa çatmış və burada da xanəndə kimi yetişmişdir. Sonralar isə, o, Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində ustad - xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri almışdır. Üzeyir Hacıbəyovun yaradıcılığına həsr edilmiş filmdə Cabbarv Qaryağdı oğlu roluna çəkilən Qədir Rüstəmov klassik muğamları son dərəcə böyük məharətlə ifa etmişdir.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  8. #18
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Muğam sənəti

    Səxavət Məmmədov


    1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. Beləcə Azərbaycan mədəniyyətinə Cabbar, Bülbül, Üzeyir bəy, Seyid, Xan kimi dahilər bəxş edən Qarabağ torpağı Səxavət Məmmədov kimi bir sənətkar da yetişdirdi. Bəzən deyirlər, musiqi olan Qarabağda körpələr də «Segah» üstə ağlayırlar. Elə Səxavətin də səsi «Segah»a yatımlı idi, ruhu «Segah»a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz «Segah» ladındadır. «Ay Bəri Bax», «Uca Dağlar», «Yar Bizə Qonaq Gələcək», «Ay Çiçək», «Sarı Bülbül» «Külək» və s. Səxavətin səsi ilə «Segah» muğamı qovuşmuşdu desək, yanılmarıq. Çünki o səsi seçilən, heç bir analoqu olmayan bir səsdir. O səsi nə qədər dinləsək, ruhumuz doymaz. Çünki bu səsdə sevincimizi, kədərimizi, həsrətimizi, sevgimizi tapırıq. Bu bənzərsiz səs bu gün də, sabah da, hələ neçə-neçə illər sonra da öz təravətin itirməyəcək. Ona görə ki, bu adi səs deyil. Bu səsin ruhu var.
    Bənzərsiz səsə malik, unudulmaz sənətkar Səxavət Məmmədovun vaxtsız ölümü hamını sarsıtdı. Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Saysız-hesabsız insan axını onu doğulduğu Ağdamın Abdal-Gülablı kəndinin qəbiristanlığına son mənzilə yola salırdı. Həmin vaxt göydən tək yağış yox, güllə də yağırdı. Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  9. #19
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Muğam sənəti

    Süleyman Abdullayev




    Qarabağın Füzuli rayonunun Qoçəhmədli kəndində dünyaya göz açan Süleyman Abdullayev hələ kiçik yaşlarında öz musiqi istedadı və gözəl, ürəyəyatımlı səsi ilə məşhurlaşmış, xalqın sevimlisinə çevrilmişdir. 1959 - cu ildə istedadlı musiqiçilər sorağıyla Füzuliyə gələn böyük xanəndə Seyid Şuşinski Süleyman Abdullayevin səsini yüksək qiymətləndirir və onu professional təhsil almaq üçün Bakıya dəvət edir. 1960 - 1964 - cü illər ərzində S. Abdullayev A. Zeynallı adına orta ixtisas musiqi məktəbində Seyid Şuşinskinin sinfində bütün muğam dəstgahlarını öyrənir, muğam ifaçılığının sirlərinə yiyələnir. 1964 - cü ildən S. Abdullayev Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına solist dəvət olunur və həmin dövrdən geniş konsert fəaliyyətinə başlayır, xalq çalğı alətləri ansamblları ilə çalışır. Xüsusilə Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı ilə televiziyada canlı çıxışları diqqətəlayiqdir.
    Süleyman Abdullayev bu gün də öz müəllimi Seyid Şuşinskinin muğam ifaçılığı ənənələrini sədaqətlə yaşadır.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş