Azerbaycan Muğam sənəti
Xan Şuşinski
20 avqust 1901-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Əsl adı İsfəndiyar Cavanşirdir. Şuşa məclislərinin birində onun məharətli ifası bütün qonaqları heyran etdiyindən və ustadı İslam Abdullayev ona "Xan" adını vermişdir.
Azərbaycanın xalq artisti, müstəsna istedadlı, geniş diapozonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində Xan Şuşinski hələ gənclik illərində şöhrət qazanmışdır.
Yaradıcılığında "Mirzə Hüseyn segahı", "Şahnaz", "Qarabağ şikəstəsi", "Rast", "Bayatı-Şiraz", "Çahargah", "Mahur", "Heyratı", "Şur" və digər muğamlar əsas yer tuturdu. Xan Şuşinski mahnı ("Şuşanın dağları", "Məndən gen gəzmə", "Ay gözəl" və s.) və təsniflər bəstələmişdir.
18 mart 1979 Şuşa şəhərində vəfat edib.