Kullanıcı Tag Listesi

Azerbaycan Muğam sənəti Xan Şuşinski http://azerinfo.eu/old/upload/music/Xan_Shushinskiy/xan_sushinski.jpg 20 avqust 1901-ci ildə Şuşa şəhərində anadan olmuşdur. əsl adı İsfəndiyar Cavanşirdir. Şuşa məclislərinin birində onun məharətli ifası bütün qonaqları heyran etdiyindən və ustadı İslam Abdullayev ona "Xan" adını vermişdir. Azərbaycanın xalq artisti, müstəsna istedadlı, geniş diapozonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində Xan Şuşinski hələ gənclik illərində

Bu konu 4923 kez görüntülendi 18 yorum aldı ...
Azerbaycan Muğam sənəti 4923 Reviews

    Konuyu değerlendir: Azerbaycan Muğam sənəti

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 4923 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azerbaycan Muğam sənəti

    Azerbaycan Muğam sənəti

    Xan Şuşinski



    20 avqust 1901-ci ildə Şuşa şəhərində anadan olmuşdur. əsl adı İsfəndiyar Cavanşirdir. Şuşa məclislərinin birində onun məharətli ifası bütün qonaqları heyran etdiyindən və ustadı İslam Abdullayev ona "Xan" adını vermişdir.
    Azərbaycanın xalq artisti, müstəsna istedadlı, geniş diapozonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində Xan Şuşinski hələ gənclik illərində şöhrət qazanmışdır.
    Yaradıcılığında "Mirzə Hüseyn segahı", "Şahnaz", "Qarabağ şikəstəsi", "Rast", "Bayatı-Şiraz", "Çahargah", "Mahur", "Heyratı", "Şur" və digər muğamlar əsas yer tuturdu. Xan Şuşinski mahnı ("Şuşanın dağları", "Məndən gen gəzmə", "Ay gözəl" və s.) və təsniflər bəstələmişdir.
    18 mart 1979 Şuşa şəhərində vəfat edib.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azerbaycan Muğam sənəti

          Kategori: Azerbaycan Müzik Adamları

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 18

          Görüntüleme: 4923

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


  2. #2
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Muğam sənəti

    Bülbül


    Murtuza Məşədi Rza oğlu Məmmədov (Bülbül - adı qeyri-adi dərəcədə gözəl səsinə görə verilmişdir) - (22 İyun 1897, Xanbağı, (Şuşa) - 26 Sentyabr 1961, Bakı) - Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı. Murtuza Məmmədov 22 İyun 1897-ci ildə Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə anadan olmuşdur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. Bülbül 1920-ci ildən Azərbaycan Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır.
    1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasını (Delliponti və R. Qraninin sinifini) bitirib vətənə geri dönür və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayır. 1932-ci ildə Bülbülün təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılmışdır. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlamışdır. 1938-ci ildə SSRİ Xalq artisti adına layiq görülmüşdür. 1940-cı ildə professor seçilmişdir. 1950-ci ildə SSRİ Dövlət mükafatı laureatı olmuşdur. Onun oğlu - Polad Bülbüloğlu bir müddət bəstəkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.
    Bülbül Azərbaycan SSRİ Ali Sovetinin deputatı olmuşdur. O, 2 dəfə Lenin Ordeninə, 2 Qırmızı əmək Bayrağı ordeninə, "Şərəf nişanı" ordeninə, İtaliyanın Qaribaldi ordeninə və medallara layiq görülmüşdür.
    26 Sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


  3. #3
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Muğam sənəti

    Fatma Mehrəliyeva



    (4 iyun, 1926 - 4 yanvar, 2000) - Müğənni (lirik soprano). Azərbaycanın əməkdar artisti (1960).
    Yaradıcılıq fəaliyyətinə "Sazçı qızlar" ansamblında (1940) başlamış, sonralar ansamblın solisti olmuşdur.
    Üzeyir Hacıbəyovun "Şəfqət bacısı" mahnısının ifası ona uğur qazandırmışdır.
    Böyük Vətən müharibəsi illərində ifa etdiyi mahnılar Azərbaycan milli radiosunun qızıl fonduna daxildir.
    "Arşin mal alan" filmində (1945) Telli rolunu ifa etmişdir.
    Bir çox Azərbaycan muğamlarını məharətlə oxumuş, "Kəsməşikəstə"nin əvəzsiz ifaçısı olmuşdur.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


  4. #4
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Muğam sənəti

    Muradova Rübabə



    22 mart 1933-cü ildə ərdəbildə anadan olmuşdur.
    Rübabə xanım Sabirabadda dram teatrında təhsil alıb. ələsgər ələkbərov isə təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət etdi. 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
    Rübabə MuradovaRübabə Muradova A.Zeynallı adına Bakı Musiqi Məktəbini (S. Şuşinskinin sinfini) bitirmişdir (1955).
    1971-ci ildə Azərbaycan SSR xalq artisti adına layiq görülmüşdür.
    əsas partiyaları: Leyli ("Leylı və Məcnun" - Ü. Hacıbəyov), əsli ("əsli və Kərəm" - Ü. Hacıbəyov), ərəbzəngi ("Şah İsmayıl"- M.Maqomayev), Şahsənəm ("Aşıq Qərib" - Z.Hacıbəyli), Sənəm ("Gəlin qayası" - Ş. Axundova) və s. Muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı idi.
    "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
    1983-cü ildə Bakıda vəfat edib.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


  5. #5
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Muğam sənəti

    Şövkət ələkbərova


    1922-ci il Oktyabrın 20-sində Bakıda anadan olmuşdur. Asəf Zeynallı adına Musiqi Məktəbində H.Sarabskinin sinifini bitirdiktən sonra özfəaliyyətdən əmələ gələn yaradıcılığına başlamışdı.
    1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti də olmuşdur. Məlahətli, yumşaq tembrli səsi olan Şövkət ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, dərin emosiyonallıq və lirizm səciyyəvidir. Məharətli gəzişmələr, improvizasiya ustalığı onun muğam yaradıcılığının əsas məziyyətlərindəndir.
    Azərbaycanı Sovetlərin bir çox şəhərində, Fransa, İsveçrə, Şri-Lanka, əfqanıstan, Hindistan, Misir, əlcəzair, İran, Türkiyə, Polşa və daha neçə xarici ölkədə təmsil edən Şövkət ələkbərovanın repertuarında Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxildir.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


  6. #6
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Muğam sənəti

    Akif İslamzadə



    1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Tele radio verilişləri şirkətində Tofiq əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992-1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. Mahnılarından, Sari gəlin və bu gecə diqqətlərı cəlb edib.
    Böyük sənətkar Akif İslamzadənin səsinin tutulması isə bütövlükdə Azərbaycan mədəniyyəti üçün faciə hesab oluna bilər. Lakin Akif İslamzadənin səsi, unudulmaz ifası və mahnıları tarixə əbədi həkk olunub.
    Xanəndə Sara Qədimovanın oğludur.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


  7. #7
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Muğam sənəti

    ARİF BABAYEV


    Azərbaycan Respublikasının xalq artisti Arif babayev Qarabağ muğam məktəbinin XX əsrin ikinci yarısındakı görkəmli davamçısıdır. Onun yaradıcılığı əhatəli və çoxşaxəlidir. O, geniş diapazonlu, zəngin çalarlı səs tembrinə malikdir. Onun dəstgahları milli muğam sənətinin qızıl fonduna daxil olmuş, Azərbaycan musiqi xəzinəsini zənginləşdirmişdir.
    1938-ci il fevralın 22-də Ağdamda, Sarıhacılı kəndində anadan olub. Uşaq yaşlarından Qarabağ muğam ustalarının ənənələrini mənimsəmişdir. Gənc yaşlarından Qarabağın, eləcə də republikanın şəhər və kəndlərində çıxış edərkən onun müğənni kimi parlaq istedadı meydana çıxmışdır.
    Xalq mahnıları, “Şur”, “Segah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərb muğamları onun repertuarının əsasını təşkil edir. O, özündən əvvəlki böyük xanəndələrin lent yazılarını və vallarını, müasirlərinin ifasını dinləyərək muğamın sirlərinə yiyələnmişdir. Klassik muğamları dərindən öyrənərək və Qarabağ xanəndəlik məktəbinin mədəni ənənələrini yaradıcı şəkildə davam etdirərək Arif Babayev ancaq özünəməxsus olan ifaçılıq üslubu yaratmışdır.
    1960-cı ildən Arif Babayevin yaradıcılıq bioqrafiyası Bakı şəhəri ilə bağlıdır. O, 1962-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. 1963-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında işləməyə başlayıb. 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət alıb. Opera teatrında o, Məcnun (Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında), Kərəm (Üzeyir Hacıbəyovun “əsli və Kərəm” operasında), Şah İsmayıl (Müslüm Maqomayevin “Şah İsmayıl” operasında), Aşıq Qərib (Üzeyir hHacıbəyovun “Aşıq Qərib” operasında), Camal (Şəfiqə Axundovanın “Gəlin qayası” operasında) rollarında çıxış etmişdir.
    1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra - 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə düzəlib. 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Hazırda Milli Konbservatoriyanın muğam kafedrasının müdiridir.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


  8. #8
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Muğam sənəti

    əbülfət əliyev



    Şuşada doğulub. Azərbaycan Respublikasının xalq artisti (29 iyun 1964) fəxri adını alıb. Azərbaycan Dövlət Filarmoniyasının (1945-ci ildən) və ADOBT-nin (1956-1962) solisti olub. əsas rolları: Məcnun ("Leyli və Məcnun"), Kərəm ("əsli və Kərəm"), Qərib ("Aşıq Qərib"), Şah İsmayıl ("Şah İsmayıl"). Sara Bəbiş qızı Qədimova (3 may 1922). Bakıda doğulub. əslən Ağdamın Abdal- Gülablı kəndindəndir. Səsi lirik-koloratur sopranodur. Azərbaycan Respublikasının xalq artistidir (1963). ADF-nin solisti (1941-ci ildən) olmaqla yanaşı, 1957-1962-ci illərdə ADOBT-nin da aparıcı səhnə ustası olub. əsas rolları: Leyli ("Leyli və Məcnun"), əsli ("əsli və Kərəm"), Şahsənəm ("Aşıq Qərib"). Oxuduğu bəzi təsniflərin musiqisi özünə məxsusdur.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


  9. #9
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Muğam sənəti

    İslam Abdullayev



    Mir Möhsün Nəvvabın tələbəsi olmuşdur. "Segah", "Bayatı-kürd", "Bayatı-qaçar" və s. muğamları ifa etmişdir. Şuşada musiqi məktəbinin direktoru işləmişdir. Gəncədə xalq çalğı alətləri orkestri təşkil etmiş, Ağdam şəhərində muğamatdan dərs demişdir.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


  10. #10
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Muğam sənəti

    İslam Rzayev


    1934-cü ildə Füzulidə anadan olub. Müğam teatrının yaradıcılarından olan xanəndə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbini bitirdikdən sonra uzun illər ərzində Azərbaycan Dövlət Filormoniyasının solisti olub. İyirmi ilə yaxın idi İslam Rzayev Muğam Teatrının bədii rəhbəri vəzifəsində də çalışırdı. 120-ə yaxın gənc ifaçı yetişdirən xanəndə incəsənətin inkişafındakı xidmətlərinə görə 2004-cü ildə ölkə prezidenti tərəfindən Şöhrət ordeni ilə təltif olunmuşdu. Xalq artisti İslam Rzayev yanvarın 26-da 74 yaşında vəfat edib. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılıb.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş