İlham Namiq Kamal http://adam.az/images/com_sobi2/clients/731_img.jpg İlham Namiq Kamal oğlu Əhmədov 9 yanvar 1949-cu ildə Bakıda doğulub. Buradakı 31 saylı orta məktəbi 1966-cı ildə bitirərək Mirzağa Əliyev adına Azərbaycan Dövlət teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. SSRİ xalq artisiti Ədil İsgəndərovun və Azərbaycan artisti Rza Təhmasibin kursunda təhsil alıb. Tələbə vaxtı fransız ədibi Jan Batist Molyerin «Jorj Danden» satirik komediyasının

Bu konu 1130 kez görüntülendi 0 yorum aldı ...
İlham Namiq Kamal 1130 Reviews

    Konuyu değerlendir: İlham Namiq Kamal

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1130 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart İlham Namiq Kamal

    İlham Namiq Kamal




    İlham Namiq Kamal oğlu Əhmədov 9 yanvar 1949-cu ildə Bakıda doğulub.

    Buradakı 31 saylı orta məktəbi 1966-cı ildə bitirərək Mirzağa Əliyev adına Azərbaycan Dövlət teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. SSRİ xalq artisiti Ədil İsgəndərovun və Azərbaycan artisti Rza Təhmasibin kursunda təhsil alıb.

    Tələbə vaxtı fransız ədibi Jan Batist Molyerin «Jorj Danden» satirik komediyasının tamaşasında baş qəhrəmanın rolunu uğurla oynayıb. Onu institutun tədris teatrının aktyor truppasına qəbul ediblər (16 dekabr 1968). Bu kollektivdə Mirzə Cavad («Aydın», Cəfər Cabbarlı), Şvester («Meteor» Fridrix Dürrenmatt), Lomov («Elçilik», Anton Çexov), Rekrutçu («Sahildə bir ev»,Stefan Sveyq), Baş katib («Sehirli kreslo», Friteş Korinti), Mola Səbzəli («Üləma məclisi» Mirzə Ələkbər Sabirin şerləri əsasında) rollarını oynayıb.

    O, 1971-ci il noyabrın 25-dən 1972-ci il fevral ayının 2-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor truppasında olub. Fevral ayının 3-dən Akademik Milli Dram Teatrında aktyor işləyib.

    20 mant 1989-cu ildə istehsadlı gənc rejissor Hüseynağa Atakişiyevin təşkil etdiyi Gənclər Teatrında aktyorluğa başlayıb. Bu kollektiv 26 yanvar 1993-cü ildən Azərbaycan Dövlət gənclər Teatrı kimi fəaliyyət göstərir. İlham Namiq Kamal bu gənc kollektivin səhnəsində dörd il çalışıb. Burada Stanislav Stratiyevin «Çarəsiz sərnişinlər» (məsuliyyətsiz), Rəhman Əlizadənin «Dadaşbala əməliyyatı» (Dadaşbala), İsi Məlikzadənin «Sultanqulu körpüsü» (Sultanqulu), Robber Tomanın «Arvadımın qatili» (Daniel), Vaqif Səmədoğlunun «Dağ tikirik» (kələntər), Georgi Xuqayevin «Arvadımın əri özüməm» (Kazbek) pyeslərinin səhnə təsfirində, «Gül, Sevin, gül» (müxtəlif sifət-maskalar) şoutamaşasında baş rolları ifa edib.

    Dövlət Gənclər Teatrında işləməklə yanaşı, eyni zamanda 1989-1991-ci illərdə paralel olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyorluq edib. Bu teatrda dramaturq Georgi Xuqayevin və bəstəkar Eldar mansurovun «Sevgilimin anası və yaxud evlənmə əhvalatı» (Albadam), cahangir Aslanoğlu və Həsənağa Qurbanovun «Qarğa, məndə qoz var» (Adil, Farmazov, Aşıq, Professor və Əyyaş), rus bölməsində Eduardo de Filippov ə Fərəc Qarayevin «Fulimeno Marturano» (Dominesko Soriano) musiqili komediyalarında oynayıb.1993-cü il iyun ayının 14-də bu truppadan çıxıb və özünün «İlham» Miniatür teatrını yaradıb. Direktor və biddi rəhbər olduğu həmin teatrda həm quruluşçu rejissor.

    Həm də aktyor kimi çıxış edib.Burada hazırlanan bütün tamaşaların quruluşçu rejissoru olub və bunların əksəriyyətində baş rollar özü oynayıb.

    Kategoriya : Mədəniyyət, incəsənətKinoTeatr


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: İlham Namiq Kamal

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1130

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş