lham Həsənov
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Həsənov İlham Gülbala oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Həsənov İlham Gülbala oğlu 6 may 1976-cı ildə Ağstafa rayonunun Xətai kəndində dünyaya göz açmışdır.
1983-cü ildə Yenigün kənd orta məktəbini bitirdikdən sonra, Bakı Yüngül Sənaye Texnikumunun Ağstafa filialına daxil olur.1994-cü ilin sentyabrında Milli Orduya çağırılır.Bakıdakı hərbi hissələrin birində xidmətə başlayır.
Yarım il hərbi təlimi bitirdikdən sonra cəbhə bölgəsinə yollanır.1995-ci ilin 13 martında bir qrup dövlət çevrilişinə cəhd edən silahlı dəstəni zərərsizləşdirməkdə müstəsna rol oynamış, 17 martda qiyamçı dəstənin tamamilə tərkisilah olunmasında yaxından iştirak etmişdir.
Vətən borcunu vicdanla yerinə yetirən İlham Həsənov qarşı tərəfdən atılan gülləyə tuş gəldi.1995-ci ilin 17 martında qəhrəmancasına həlak oldu.Subay idi.Ağstafa şəhərinin şəhidlər xiyabanında dəfn edilmişdir.Ağstafa rayonunda adına küçə var.
Mənbə: milliqahraman.az
Kategoriya : Şəxsiyyətlər
Yer imleri