Qabil Abbasoğlu
Qabil Abbasoğlu 1968-ci il dekabrın 16-da Beyləqan rayonunun Eyvazalılar kəndində dünyaya gəlib.
1975-1985-ci illərdə orta məktəbdə təhsil alıb.1986-cı ildə Gəncə Kənd Təsərrüfatı İnstitutuna qəbul olub. 1992-ci ildə mühəndis-mexanik ixtisasını fərqlənmə diplomu ilə bitirib.1990-cı ildən "Yeni Müsavat" qəzeti ilə əməkdaşlıq edərək, jurnalist fəaliyyətinə başlayıb.
1992-ci ildə AzərTAc-ın Gəncəbasar İnformasiya mərkəzinin baş redaktoru olub. 1993-cü ildən fəaliyyətini Bakıda - "Cümhuriyyət", "Müxalifət" və "Yeni Müsavat" qəzetlərində baş redaktorun müavini, şöbə redaktoru kimi davam etdirib.
2005-ci ilin yanvarına qədər "Yeni Müsavat", həmin ilin fevralından isə "Gün-səhər" qəzetlərində müvafiq olaraq, baş redaktorun müavini və baş redaktor kimi fəaliyyət göstərib.
2008-ci ilin iyununda lent.az saytının rəhbəri vəzifəsinə təyin olunub.
Ailəlidir, iki oğlu var.
Kategoriya : İnformasiya agentliyiİnternet resursları
Yer imleri