Jalə əliyeva
əliyeva Jalə Fazil qızı 1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin şərqşünaslıq və hüquq fakültələrini bitirmişdir. Filologiya elmləri doktorudur.
2 monoqrafiyanın və 30-dan çox elmi məqalənin müəllifidir.1988-ci ildən Azərbaycan Mədəniyyət Fondunda müfəttiş işləmişdir. 1992-2005-ci illərdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində tərcüməçi vəzifəsində çalışmışdır.
Hazırda Bakı Dövlət Universitetinin müəllimidir. Bitərəfdir.2005-ci il noyabrın 6-da 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Liviya, Azərbaycan-Slovakiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin və Qara dəniz İqtisadi əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür.Evlidir, 1 övladı var.
Mənbə: Milli Məclis
Kategoriya : Parlament ,
Yer imleri