Jalə Qədimova
Jalə Həmid qızı Qədimova 1954-cü ildə anadan olmuşdur. 1972-ci ildə Gəncə Musiqi Texnikumunu bitirmişdir. 1977-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1983-cü ildən ADPU-da pedaqoji fəaliyyət göstərir. 1983-84-cü illərdə musiqi alətləri kafedrasında konsertmeyster, 1984-91-cı illərdə müəllim, 1991-96-cı illərdə baş müəllim, 1996-2008-ci illərdə dosent, 2009-cu ildən isə musiqi fənləri və onun tədrisi metodikası kafedrasında professor vəzifəsində çalışır.
1994-cü ildə “XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan maarif xadimlərinin yaradıcılığında musiqi tərbiyəsi məsələləri” mövzusunda namizədlik, 2007-ci ildə “Müasir dövrdə Azərbaycan musiqi tədrisi və tərbiyəsinin problemləri və onların həlli yolları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Pedaqoji elmlər doktoru, professordur. 1998-ci ildən bu günədək musiqi fənləri və onun tədrisi metodikası kafedrasının müdiridir. 1998-ci 2011-ci illərdə ADPU YAP qadınlar şurasının sədri, 2008-ci ildən bu günə kimi Azərbaycan ağbirçəklər şurasının sədr müavini, 2009-cu ildən bu günədək cəmiyyətin ADPU bölməsinin sədri seçilmişdir. O, 2002-2008-ci illərdə Bakı Musiqi Akademiyasında yaradılmış dissertasiya şurasının üzvü olmuşdur. Hazırda AAK-ın ekspert şurasının üzvüdür. Universitetin YAP idarə heyətinin, böyük Elmi Şurasının və fakültə elmi şurasının üzvüdür. 2007 və 2010-cu illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən - “Fəxri fərman”la, həmçinin YAP rayon təşkilatının 15 illik inkişafında səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif olunmuşdur. 2012-ci il ADPU-nun 90 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
O, 2 monoqrafiya, 4 dərslik, 3 dərs vəsaiti, 6 proqramın, 50-dən çox elmi məqalə və tezisin müəllifidir.
Kategoriya : ElmTəhsil
Yer imleri