AzƏrbaycan vƏ türk diaspor tƏşkilatlarının birgƏ fƏaliyyƏt strategiyası PREAMBULA Bir millət, iki dövlət olan Azərbaycan və Türk xalqlarının dərin tarixi köklərə, ortaq milli-mədəni və mənəvi dəyərlərə, zəngin adət-ənənələrə söykənən qardaşlığı əsrlərin ağır sınaqlarından uğurla çıxaraq, müasir dövrümüzdə yeni ictimai-siyasi əhəmiyyət kəsb etməkdədir. Dostluq, qarşılıqlı əməkdaşlıq üzərində köklənən bu münasibətlərin fəlsəfəsi öz mənbəyini qədim, bəşər sivilizasiyasına layiqli tövhələr

Bu konu 1568 kez görüntülendi 4 yorum aldı ...
Azerbaycan vƏ türk diaspor tƏşkilatlarının birgƏ fƏaliyyƏt strategiyası 1568 Reviews

    Konuyu değerlendir: Azerbaycan vƏ türk diaspor tƏşkilatlarının birgƏ fƏaliyyƏt strategiyası

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1568 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azerbaycan vƏ türk diaspor tƏşkilatlarının birgƏ fƏaliyyƏt strategiyası

    AzƏrbaycan vƏ türk diaspor tƏşkilatlarının birgƏ fƏaliyyƏt strategiyası
    PREAMBULA


    Bir millət, iki dövlət olan Azərbaycan və Türk xalqlarının dərin tarixi köklərə, ortaq milli-mədəni və mənəvi dəyərlərə, zəngin adət-ənənələrə söykənən qardaşlığı əsrlərin ağır sınaqlarından uğurla çıxaraq, müasir dövrümüzdə yeni ictimai-siyasi əhəmiyyət kəsb etməkdədir. Dostluq, qarşılıqlı əməkdaşlıq üzərində köklənən bu münasibətlərin fəlsəfəsi öz mənbəyini qədim, bəşər sivilizasiyasına layiqli tövhələr verən vahid və təkrarolunmaz etno-mədəni xəzinədən götürür.

    Azərbaycan və Türk diaspor təşkilatlarının rəhbərləri

    Müasir qloballaşma və inteqrasiya şəraitində qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi və inkişafı məqsədilə səmərəli müzakirələr apararaq və aşağıdakı amilləri:
    - Azərbaycan xalqının və türk xalqının ortaq mədəniyyətə, tarixə, vahid etnik mənşəyə malik olduğunu;
    - xalqlarımızı bir-birinə bağlayan çoxəsrlik qardaşlıq ənənələrinin mövcudluğunu;
    - müasir şəraitdə Azərbaycan xalqının və türk xalqının ortaq milli maraqlarını, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətlərini;
    - qloballaşma prosesi kontekstində türkdilli xalqlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi zərurətini;
    - Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təsisatlar tərəfindən qəbul edilmiş beynəlxalq hüquqi aktlardan irəli gələn öhdəlikləri;
    - regionun ictimai-siyasi və iqtisadi həyatında Azərbaycan Respublikasının və Türkiyə Respublikasının aparıcı rolunu;
    - regionda sülh və təhlükəsizliyə qarşı yönəldilmiş təhdidlərə qarşı birgə mübarizənin vacibliyini;
    - Azərbaycan və Türkiyə dövlətlərinin strateji inkişafında oxşar prioritet istiqamətləri;
    - dövlətlərimizin və xalqlarımızın qarşılıqlı əməkdaşlıq və dostluq münasibətlərini daha da möhkəmləndirmək niyyətlərini;
    - dünyada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslər kontekstində xarici ölkələrdəki Azərbaycan və Türk icmaları arasında əməkdaşlığın inkişafının vacibliyini;
    - 2006-cı ilin mart ayında Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının II Qurultayında qəbul olunmuş «Azərbaycan və Türk diaspor təşkilatlarına müraciət»dən irəli gələn vəzifələri;
    - 2006-cı il iyun ayının 7-də Türkiyə Respublikasının Antalya şəhərində imzalanmış «Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası»nın hazırlanmasına dair Razılıq Protokolunun müddəalarını;
    - ortaq maraqlar naminə gələcəkdə də birgə fəaliyyətin genişləndirilməsi zərurətini
    nəzərə alaraq, 2006-cı ilin iyun ayının 7-də Türkiyə Respublikasının Antalya şəhərində yaradılmış İşçi qrupun təqdim etdiyi layihə əsasında «Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası»nı bəyənir və təsdiq edirlər.


    1. Qloballaşma şəraitində ortaq strateji mənafelər
    və onların təminatı

    Zamanın çətin imtahanlarında möhkəmlənən qardaşlıq telləri XX əsrin əvvəllərində Azərbaycan və Türkiyə arasında münasibətlərin məzmununu müəyyənləşdirərək, hər iki xalqın istiqlaliyyətə qovuşmasında müstəsna rol oynamışdır. Azərbaycan xalqı 1918-ci ildə onun azadlıq mücadiləsinə qoşularaq canlarından keçmiş yüzlərlə türk şəhidinin xatirəsini daim uca tutur, misilsiz fədakarlığını böyük ehtiramla yad edir. Eyni zamanda, 1915-ci il Çanakqala döyüşlərində iştirak etmiş azərbaycanlı könüllülərin göstərdiyi şücaət də türk xalqının yaddaşında silinməz iz buraxmışdır.

    XX əsrin sonlarında dünyada gedən mürəkkəb siyasi və iqtisadi proseslər fonunda Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra iki ölkə arasındakı münasibətlər yeni məzmun kəsb etməyə başlamışdır. 1991-ci ildə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktını alqışlayan ilk dövlət də məhz Türkiyə Respublikası olmuşdur. Müstəqilliyin möhkəmləndirilməsi, respublikanın iqtisadi gücünün artırılması və beynəlxalq aləmlə siyasi əlaqələrin qurulması üçün etibarlı tərafdaşların dəstəyinə böyük ehtiyac duyulurdu və Azərbaycan ən çətin günlərində belə bir dəstəyi Türkiyədən almışdır.

    Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra iki qardaş ölkə arasında münasibətlər daha uğurla inkişaf etməyə başlamışdır. Tarixi yaxınlığa, din və dil birliyinə əsaslanan əlaqələr eyni zamanda müasir siyasi və iqtisadi reallıqlar nəzərə alınmaqla möhkəmlənməkdədir.

    Azərbaycan və Türkiyə yalnız etnik, mədəni, mənəvi deyil, həm də siyasi və iqtisadi baxımdan etibarlı müttəfiqdirlər. Regionu əhatə edən mühüm layihələrdə bu iki dövlətin birgə iştirak etməsi, eyni zamanda, beynəlxalq müstəvidə əlaqələrin gücləndirilməsi Bakı ilə Ankara arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu söyləməyə əsas verir. Əlbəttə, bu əlaqələr birdən-birə yaranmamışdır. Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü səviyyəsi hər iki qardaş xalqın tarixi mənafelərini və siyasi iradəsini ifadə edir.

    Qarşılıqlı milli maraqlar, müştərək iqtisadi layihələrin perspektivləri, bir sıra sahələrdə birgə fəaliyyət zərurəti Azərbaycan və Türkiyəni ayrılmaz tarixi və strateji müttəfiqlərə çevirmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin «Biz bir millət, iki dövlətik!» və ulu öndər Mustafa Kamal Atatürkün «Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!» kəlamları dövlətlərimiz arasında münasibətlərin mahiyyətini özündə əks etdirir.

    Türkiyə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətindəki haqlı mübarizəsini keçmişdə olduğu kimi gələcəkdə də dəstəkləməyə davam edəcəkdir.

    Azərbaycanın isə öz növbəsində Şimali Kipr probleminə münasibətdə qardaş ölkənin mövqeyini qətiyyətlə dəstəkləməsi dövlətlərimizin vahid mövqedən çıxış etdiyini bir daha təsdiqləyir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Axalkalaki-Qars dəmiryolu xətti kimi transregional iqtisadi layihələrdə ölkələrimizin yaxın tərəfdaş kimi çıxış etməsi xalqlarımız arasındakı münasibətləri yeni səviyyəyə qaldırmaqla onun siyasi-iqtisadi əhəmiyyətini xeyli artırır.


    2. Azərbaycan və türk diasporunun formalaşması prosesi

    • Azərbaycan diasporu:

    Azərbaycan diasporunun formalaşması prosesinin tarixi kifayət qədər dərin köklərə malikdir. Tarixi mənbələrə əsasən bu proses VII əsrin sonu - VIII əsrin əvvəllərindən başlanır. Həmin dövrdə Xilafət ordusunun Azərbaycana yürüşü ilə əlaqədar ərəbdilli elm və mədəniyyətin inkişafı, ticarət əlaqələrinin genişlənməsi, eyni zamanda, azərbaycanlı mütəfəkkirlərin Yaxın və Orta Şərqin şəhərlərinə mühacirəti diasporun təməlini qoymuşdur.

    X - XIX əsrlərdə Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində əslən Azərbaycandan olan yüzlərlə alim və tələbənin biliklərə yiyələnməsi, milli təfəkkürümüzün region xalqlarının intibahında qabaqcıl mövqeyə çıxması sayəsində xaricdə məskunlaşması daha geniş vüsət almışdır.

    XIX əsr Azərbaycan diasporunun formalaşması tarixində xüsusi mərhələ olmuşdur. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinin imzalanmasından sonra Azərbaycanın Çar Rusiyasının tərkib hissəsinə çevrilməsi ilə razılaşmayan yüzlərlə azərbaycanlı xarici ölkələrə miqrasiya etmişdir. Rusiyanın Qafqazı hərbi və siyasi cəhətdən özünə tabe etdirməsi, Azərbaycanın bu ölkə ilə məcburi inteqrasiyasına gətirib çıxarmışdır. Bununla belə, həmin dövrdə azərbaycanlılar arasında görkəmli dövlət, elm və mədəniyyət xadimləri, siyasətçilər də yetişmiş və Rusiyanın müxtəlif vilayətlərində məskunlaşmışlar. Bu dövrdə azərbaycanlı ictimai və siyasi xadimlərin hakimiyyət və dövlət strukturlarında təmsil olunması Azərbaycan ziyalılarının yeni nəslinin yetişməsindən xəbər verirdi. XIX əsrin əvvəllərindən etibarən Rusiya Xarici İşlər Nazirliyində xeyli azərbaycanlı çalışırdı. Çar ordusunda xidmət edən yüzlərlə azərbaycanlı zabit və general Azərbaycan diasporunun ən görkəmli nümayəndələri kimi tarixə düşmüşlər.

    XIX əsrdə digər ölkələrdə də yüksək vəzifələrdə çalışmış və böyük nüfuz qazanmış soydaşlarımız xalqımızın dünya miqyasında tanınmasında mühüm rol oynamışlar.

    XX əsrin əvvəllərində azərbaycanlıların xaricə axını daha geniş vüsət almağa başlamışdır. Qafqazda Çar Rusiyasının antiislam və antitürk siyasəti məqsədli şəkildə regionda azərbaycanlı əhalinin üstün mövqeyinin zəiflədilməsinə yönəlmiş və 1905-1906-cı illərdə, habelə 1918-ci ildə ermənilərin törətdiyi məqsədli soyqırım, etnik təmizləmə siyasəti nəticəsində minlərlə soydaşımız qətlə yetirilmiş, tarixi torpaqlarını tərk etməyə məcbur olmuşdur.

    1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə xaricə axının miqyası xeyli azalsa da, demokratik respublikanın süqutu nəticəsində faciəli vəziyyət yaranmışdı. Xalq Cümhuriyyətinin qurucularının və tərəfdarlarının bolşeviklər tərəfindən ciddi təzyiq və təqiblərə məruz qalması onları ölkəni tərk etmək məcburiyyətində qoymuşdur. Təsadüfi deyildir ki, bu dövr tarixə azərbaycanlıların kütləvi miqrasiyası kimi düşmüşdür. XX əsrin əvvəllərində bolşeviklərin təqiblərindən qurtulub mühacirət edən nüfuzlu ziyalılarımız Azərbayan diasporunun təşkilatlanması prosesinin əsasını qoymuşlar.

    II Dünya müharibəsi illərində almanlar tərəfindən əsir götürülmüş və Sovet cəza maşınının ölüm xofundan Vətənə dönə bilməyən azərbaycanlılardan ibarət icmaların yaranması diasporunun formalaşmasının növbəti mərhələsi kimi səciyyələndirilir.

    XX əsrin müxtəlif mərhələlərində İranda baş verən ictimai-siyasi proseslərlə əlaqədar bu ölkədən on minlərlə azərbaycanlının Qərb ölkələrinə mühacirəti Azərbaycan diasporunun genişlənməsi ilə nəticələnmişdir. Nəhayət ötən əsrin axırlarında SSRİ-nin süqutu və Azərbaycanın müstəqillik qazanmasından sonra yüzlərlə soydaşımız Avropa ölkələrində məskunlaşmışdır. Bu, Azərbaycan diasporunun təşəkkülünün sonuncu mərhələsi kimi dəyərləndirilir.

    Hazırda azərbaycanlıların təqribi sayı 50 milyon nəfərə yaxındır. Onların 10 milyon nəfərdən çoxu Vətəndən kənarda məskunlaşmışdır. Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşmışlar. Onların sayı Amerika Birləşmiş Ştatlarında 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır.

    Amerika qitəsinin digər ölkələrində də soydaşlarımız məskunlaşmışlar. Burada məskunlaşan azərbaycanlıların əksəriyyəti müxtəlif vaxtlarda İrandan miqrasiya etmişlər. Azərbaycanlıların 1970-ci ildən etibarən Turkiyədən, 1991-ci ildən isə Azərbaycandan bu qitəyə axını Azərbaycan diasporunun sosial tərkibinə və fəaliyyətinə öz təsirini göstərmişdir.

    Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Statistik göstəricilərə əsasən, Avropada azərbaycanlıların sayı Türkiyə və Rusiyada milyonlarla, Ukrayna, Belarus, Almaniya, Böyük Britaniyada yüzminlərlə, Norveç, Danimarka, İsveç, Macarıstan, Fransa və İtaliyada on minlərlə, Polşa, İspaniya, Avstriya, Albaniya, Finlandiya və Portuqaliyada on min nəfərdən çox göstərilir. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq 2-10 min nəfər arasındadır.

    Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan soydaşlarımızın əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə İrandan və Azərbaycan Respublikasından köçənlərdir. Hazırda İranda öz tarixi torpaqlarında 30 milyona yaxın azərbaycanlı yaşayır.

    Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşmışdır. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüzminlərlə, İndoneziya, Yəmən Ərəb Respublikası, Yəmən Demokratik Respublikası, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada onminlərlə, İraqda isə yüzminlərlədir.

    Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüz min nəfərdən çox, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə də azərbaycanlıların məskunlaşdığı müəyyən edilmişdir. Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var.

    Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarına uyğun olaraq «xaricdə yaşayan azərbaycanlılar» anlayışı Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına və onların övladlarına, əvvəllər Azərbaycan SSRİ-nin və ya Azərbaycan Respublikasının vətəndaşları olmuş, lakin hazırda xarici dövlətlərdə məskunlaşan şəxslərə və onların övladlarına, bu kateqoriyaya aid olmayan, lakin etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü Azərbaycana bağlı və ya azərbaycanlı hesab edənlərə aid edilir.

    • Türk diasporu

    Türklərin xarici ölkələrə ilk miqrasiyası eramızdan əvvəlki dövrlərə təsadüf etsə də, Türk diasporunun formalaşma tarixi başlanğıcını Osmanlı İmperiyası dövrü və Türkiyə Respublikasının qurulmasından götürür. Öz dövrünün ən zəngin dövlətlərindən olan Osmanlı İmperiyasının təəbələri digər dövlətlərdə olduğu kimi xoş güzəran ardınca başqa ölkələrə mühacirət etməmişdir.

    XV əsrdən sonra Avropa, Asiya və Afrika qitələrində böyük ərazilərə malik olan Osmanlı İmperiyasında türklər nadir hallarda yaşadıqları əraziləri tərk edirdilər. Xarici dövlətlərdə məskunlaşmış türklər yalnız müvəqqəti olaraq (diplomatik fəaliyyət, dövlət qulluğu, əsgəri xidmətlə əlaqədar) vətəndən kənarda yaşayırdılar. Onların çoxu səlahiyyət və ya xidmət müddətləri bitdikdən sonra geri dönmüş, bir qismi isə çalışdıqları dövlətlərdə əlverişli şəraitə malik olduqlarından Vətənə qayıtmamışlar. Bu səbəbdən də tədqiqatçıların bir çoxu türk diaspor tarixini XV əsrdən götürür. Sonralar Osmanlı İmperiyası zəifləsə də türklərin müəyyən bir qismi məskunlaşdıqları ərazilərdə icmalar halında yaşamaqda davam etmişlər.

    Avropaya türklərin geniş miqyaslı miqrasiyası isə 1950-ci illərdən başlayır. Bu tarixdən etibarən Avropa kütləvi şəkildə türk mühacirlərini qəbul etmişdir. Ailəvi köç edən ilk türk mühacirlər əməksevərlikləri sayəsində qısa zaman ərzində özlərinə iş tapırdılar. Onlar özləri ilə Avropaya türk ənənələrini, musiqisini gətirmiş, Vətənlə sıx əlaqələrin olmasına baxmayaraq, Avropa mühitinə uyğunlaşa bilmişlər.

    Avropanın sosial-iqtisadi həyatının ayrılmaz hissəsi olan böyük türk icması milli ənənələrə riayət edən etnik diasporlardan hesab edilir. Onların əməksevərliyi və işgüzarlığı Avropa dövlətlərinin Türkiyə ilə əmək müqavilələri imzalamasına səbəb olmuşdur. İlk belə müqavilə 1961-ci ildə Almaniya ilə bağlanmışdır. 1964-cü ildə Avstriya, Belçika, Niderland, 1965-ci ildə Fransa ilə də müvafiq sənədlər imzalanmışdır.

    Türk diasporunun Avropada ictimai-siyasi fəaliyyəti 1970-ci illərdən başlayır. 1970-80-ci illərdə Almaniyada məqsədyönlü fəaliyyət nəticəsində Avropada türk təşkilatlarının sayı 156-ya çatmışdır. Həmin dövrədək yalnız Avropada 70 türk diaspor təşkilatı fəaliyyət göstərirdi ki, onların da demək olar ki, hamısı Almaniyada təşəkkül tapmışdı.

    Türkiyə Xarici İşlər Nazirliyinin 1999-cu ildə yaydığı məlumata görə, xarici ölkələrdə türklərin sayı 4 milyondan çoxdur. Onlar dünyanın 70-dən çox ölkəsində məskunlaşmışlar. Türklərin sayca daha çox olduqları ölkələr aşağıdakılardır: Almaniya (2,5 milyon), ABŞ (450 min), Niderland (285 min), Fransa (275 min), Avstriya (150 min), Belçika (85 min), Danimarka (36 min), Böyük Britaniya (80 min), Norveç (10 min), İsveç (36 min), İsveçrə (80 min), Avstraliya (60 min), Səudiyyə Ərəbistanı (130 min), Liviya (6 min), Küveyt (3500), İsrail (20 min), Cənub-Şərqi Asiya (55 min), Kanada (35 min), İtaliya (15 min), Finlandiya (2 min), İspaniya (850-1000), İordaniya (1600).

    Hazırda Almaniyada 3 milyona yaxın türk yaşayır. Bu ölkənin böyük şəhərlərində kompakt halda məskunlaşan türklər müxtəlif sahələrdə çalışır, ictimai-siyasi fəallıq göstərir. Bütün sosial təbəqələrdə təmsil olunan türklər Almaniyanın sosial-iqtisadi inkişafında önəmli rol oynamaqdadırlar.

    Avstraliyaya türklərin mühacirət tarixi XX əsrin əvvəllərindən başlayır. 1911-ci ilin statistik məlumatına əsasən həmin dövrdə qitədə cəmi 332 nəfər türk yaşayırdı. 1954-cü ildə isə bu rəqəm 1036 nəfərə çatmışdı. Avstraliya türklərinin əksər hissəsini Kiprdən olanlar təşkil edirdi.

    1960-ci ildən başlanan kütləvi türk mühacirəti ilə əlaqədar Türkiyə və Avstraliya arasında “Avstraliyada türklərin mövqeyi və fəaliyyəti haqqında Türkiyə Cümruhiyyəti hökuməti və Avstraliya Millətlər Topluluğu hökuməti arasında razılaşma” adlı əmək müqaviləsi imzalanmışdır. Bu sənəd türk mühacirlərinin Avstraliyaya maneəsiz köçməsinə hüquqi şərait yaradırdı. Nəticədə Avstraliyada türklərin sayı 1971-ci ildə 8 minə çatmışdır.

    1880-ci ildən etibarən Kanadaya köçməyə başlayan türklər yalnız 1950-ci ildə diaspor halında təşkilatlanmağa başlamışlar. 2003-cü ilin məlumatına görə hazırda bu ölkədə türklərin sayı 13 minə yaxındır.

    Amerikaya türklərin ilk gəlişi XVI-XVII əsrlərə təsadüf etsə də, bu prosesin kütləvi hal alması 1860-ci illərdən etibarən başlamışdır. Zəifləməkdə olan Osmanlı İmperatorluğunda müharibə və yoxsulluqdan əziyyət çəkən vətəndaşların bir çoxu ABŞ-a da üz tutmuşdur. Rəsmi sənədlərdə 1860-1921-ci illər arasında Amerikaya 1 milyon 200 min nəfərin mühacirət etdiyi bildirilir. Bunların 200 min nəfəri türk və müsəlman, qalanları isə xristian xalqların nümayəndələri olmuşdur. Mühacirlər bu ölkəyə əsasən vaxtilə Osmanlı dövlətinin əraziləri olmuş Suriya, İordaniya və Şimali İraqdan gəlmişdilər. ABŞ Mühacirlər İdarəsinin məlumatına görə 1900-1920-ci illər arasında Türkiyədən bu ölkəyə 391.435 nəfər daxil olmuşdur.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azerbaycan vƏ türk diaspor tƏşkilatlarının birgƏ fƏaliyyƏt strategiyası

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 4

          Görüntüleme: 1568

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  2. #2
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan vƏ türk diaspor tƏşkilatlarının birgƏ fƏaliyyƏt strategiyası

    3. Azərbaycan və türk diaspor təşkilatları arasında
    əməkdaşlığı zəruri edən amillər

    Hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla azərbaycanlı və türk yaşayır. Bu böyük qüvvənin xalqlarımızın və dövlətlərimizin ümumi maraqlarının müdafiəsinə istiqamətləndirilməsi, Azərbaycan və Türkiyənin beynəlxalq aləmdə siyasi, iqtisadi mövqelərinin daha da möhkəmləndirilməsi, onun intellektual imkanlarından istifadə edilməsi müasir dövrün çağırışıdır.

    Dövlətlərimizin etibarlı və sınanılmış strateji müttəfiqliyi Azərbaycan və Türk diaspor təşkilatları arasında əməkdaşlığın daha da fəallaşmasını, müasir tələblər səviyyəsində qurulmasını tarixi zərurətə çevirmişdir.

    Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlıq iki qardaş xalqın ortaq milli mənafelərinin, Azərbaycan və Türkiyə dövlətlərinin maraqlarının, xalqlarımızın etnik mənşə, dil, mədəniyyət, tarixi yaxınlığının məntiqi nəticəsi kimi meydana çıxır.

    Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlığı zəruri edən amillər aşağıdakılardır:

    Siyasi sahədə

    • Azərbaycan və Türkiyə dövlətlərinin beynəlxalq aləmdə ümumi maraqları;
    • Regionda cərəyan edən proseslərlə bağlı Azərbaycan və Türkiyənin mövqelərini şərtləndirən geosiyasi şərait;
    • Regionda həyata keçirilən qlobal əhəmiyyətli layihələrin transmilli xarakteri;
    • Azərbaycan və Türkiyənin təhlükəsizliyinə qarşı yönəlmiş ümumi təhdidlər;
    • Azərbaycan və Türkiyə dövlətləri arasında strateji müttəfiqlik münasibətləri;
    • Hər iki ölkənin strateji inkişaf istiqamətlərinin yaxınlığı;
    • Hər iki dövlətin digər ölkələrlə bərabərhüquqlu əməkdaşlığa, beynəlxalq sülhün və təhlükəsizliyin təminatına yönəldilmiş səyləri;
    • Azərbaycan və Türkiyənin Avropa Birliyinə fəal inteqrasiyası;
    • Azərbaycan və Türkiyə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işinin təkmilləşdirilməsi zərurəti;
    • Azərbaycan və Türk diasporlarının məskunlaşdığı ölkələrin ictimai-siyasi həyatında iştirakının fəallaşdırılması;

    İqtisadi sahədə

    • Azərbaycan və Türkiyənin ortaq iqtisadi maraqları;
    • Hər iki ölkənin iştirakı ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələr;
    • İqtisadi inkişaf modelləri arasındakı oxşarlıqlar, bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının təkmilləşdirilməsi, daxili və xarici investisiyaların cəlb olunması istiqamətində səylərin birləşdirilməsi meyli;
    • Xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı və türk iş adamları arasında əlaqələrin qurulması və onların hər iki ölkənin iqtisadiyyatına cəlb edilməsi zərurəti;
    • Azərbaycan və Türk iş adamlarının məskunlaşdığı ölkələrin iqtisadi həyatında mövqelərinin gücləndirilməsi;

    Sosial-mədəni sahədə

    • Etnik bağlılıq;
    • Vahid dini mənsubiyyət;
    • Xarici ölkələrdə yaşayan azərbaycanlıların və türklərin yerli cəmiyyətə inteqrasiyası prosesində meydana çıxan mənəvi-psixoloji maneələr;
    • Xarici ölkələrdə yaşayan azərbaycanlıların və türklərin əsas insan hüquqları və əsas azadlıqlarının təminatı;
    • Xarici ölkələrdəki Azərbaycanlıların və türklərin təşkilatlanma prosesinin sürətləndirilməsi zərurəti;
    • Təhsil, milli-mədəni irsin, Ana dilinin öyrənilməsi sahələrində problemlərin birgə həlli, xarici ölkələrdə təhsil alan azərbaycanlı və türk tələbələr arasında əlaqələrin yaradılmasının vacibliyi.

    4. Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyasının məqsədi Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında strateji tərəfdaşlıq münasibətlərinə əsaslanaraq, diaspor quruculuğu sahəsində əməkdaşlığın dərinləşdirilməsi, hər iki xalqın tarixi, müasir həyatı, sosial-iqtisadi inkişaf səviyyəsi, mədəniyyəti ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırmaq, diaspor təşkilatlarının fəaliyyətinin səmərərliliyini artırmaq üçün onların imkanlarını vahid məqsədə doğru istiqamətləndirmək, xarici ölkələrdə məskunlaşmış azərbaycanlıların və türklərin yaşadıqları ölkələrdə ictimai-siyasi proseslərdə iştirak imkanlarını artırmaq, habelə bütün türk xalqları arasında münasibətlərin inkişafına töhfə verməkdən ibarətdir.

    5. Azərbaycan və Türk diaspor təşkilatları arasında
    əməkdaşlığın prinsipləri:

    • Beynəlxalq hüquq normalarına və bu strategiyanı həyata keçirəcək Azərbaycan və türk icmalarının fəaliyyət göstərdiyi xarici ölkələrin qanunvericilik aktlarının tələblərinə riayət etmək;
    • Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafına əməli yardım göstərmək;
    • Azərbaycan və Türkiyənin Avropaya inteqrasiya siyasətinə dəstək vermək;
    • Azərbaycan və Türk icmalarının fəaliyyətini məqsədyönlü və səmərəli şəkildə əlaqələndirmək, bu sahədə mövcud olan boşluqları aradan qaldırmaq;
    • Müasir informasiya texnologiyalarından istifadə etməklə Azərbaycan və Türkiyə haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq;
    • Xarici ölkələrdə məskunlaşmış azərbaycanlıların və türklərin yerli cəmiyyətə inteqrasiyasını sürətləndirmək;
    • Azərbaycan və Türk diaspor təşkilatlarının fəaliyyətinin səmərəliliyini artırmaq;
    • Azərbaycan və Türk diaspor təşkilatları arasında təcrübə mübadiləsini təmin etmək.

    6. Azərbaycan və Türk diaspor təşkilatlarının
    birgə fəaliyyət strategiyasının əsas istiqamətləri:

    • Siyasi sahədə. Azərbaycanlıların və türklərin kompakt yaşadığı ölkələrdə ictimai-siyasi fəallığın artırılması məqsədilə səylərin birləşdirilməsi, Azərbaycan və türk icmalarının cəmiyyətdə müəyyən nüfuza malik nümayəndələrinin seçkili orqanlara namizədliyinin birgə irəli sürülməsi və dəstəklənməsi, onların seçki kampaniyalarının təşkili.
    • İqtisadi sahədə. Xarici investisiyaların Azərbaycan və Türkiyəyə cəlb olunmasına yardım göstərmək. Bu məqsədlə azərbaycanlı və türk iş adamlarının forumlarının keçirilməsi, xarici sərmayəçilərin Azərbaycan və Türkiyəyə səfərlərinin təşkili.
    • Diaspor quruculuğu. Xarici ölkələrdə yaşayan azərbaycanlıların və türklərin təşkilatlanması prosesinə birgə dəstək verilməsi, onların mütəşəkkil, çevik və fəal qüvvəyə çevrilməsinə yardım göstərilməsi.
    • Lobbi qucuruluğu. Xarici ölkələrin parlament və hökumət üzvləri, ictimai təşkilatların və siyasi partiyaların nümayəndələri ilə əlaqələrin qurulması, onların Azərbaycana və Türkiyəyə səfərlərinin təşkili, habelə bu istiqamətdəki fəaliyyətin Azərbaycan və Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə birgə məsləhətləşmələr şəklində həyata keçirilməsi.
    • Təbliğat sahəsində. Dünya ictimaiyyətində Azərbaycan və Türkiyə haqqında obyektiv rəyin yaradılması, xarici ölkələrdəki kütləvi informasiya vasitələri ilə səmərəli əlaqələrin qurulması, Azərbaycan və Türkiyə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edən kütləvi informasiya vasitələrinin təsis edilməsi.
    • 1905-ci il hadisələri ilə əlaqədar erməni iddialarının ifşası istiqamətində. Ermənilərin tarixi həqiqətləri təhrif etdiyinə dair faktların mütəmadi olaraq beynəlxalq ictimaiyyətə çatdırılması, bu barədə kitab, broşur, plakat və digər nəşrlərin çap edilməsi, elmi-publisistik məqalələrin dərci və elmi-praktik konfransların keçirilməsi, Azərbaycan və türk icmalarının birgə təşəbbüsü və dəstəyi ilə sənədli film və sujetlərin xarici ölkələrin telekanallarında yayımına nail olunması.
    Türkiyə Respublikası Baş nazirinin 2005-ci ilin aprel ayında irəli sürdüyü təklifə uyğun olaraq 1915-ci il hadisələri ilə əlaqədar erməni tarixçiləri və digər mütəxəssislərdən ibarət qurulacaq Komissiya tərəfindən yalnız Türkiyə və Ermənistandakı deyil, eyni zamanda əlaqədar üçüncü ölkələrdəki arxivlərdə aparılacaq araşdırmaların nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi.
    • Erməni terroru ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması. Ermənilərin türklərə və azərbaycanlılara qarşı tarixin müxtəlif mərhələlərində törətdikləri terror və soyqırım aktları, beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terror təşkilatlarının fəaliyyəti barədə məlumatların dünya ictimaiyyətinin diqqətinə çatdırılması, alim və tədqiqatçıların bu mövzuda apardığı araşdırmaların nəticələrinin, məqalə və nəşrlərin, kitabların təbliğ olunması və yayılması.
    • Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranmış münaqişə ilə bağlı faktların, sənədlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində birgə səylər göstərilməsi, ermənilərin münaqişə zamanı törətdikləri vəhşiliklər haqqında materialların, audio-vizual təsvirlərin yayılması məqsədilə elmi-praktik konfransların təşkili, bununla əlaqədar siyasi dairələrlə fəal təşviqat işinin aparılması, yerli qanunvericilik aktları çərçivəsində etiraz aksiyalarının təşkili.
    • İşğal olunmuş Azərbaycan ərizələrində mədəni abidələrə qarşı vandalizm aktlarının beynəlxalq miqyasda ifşası. Azərbaycan xalqının tarixi izlərinin məhvinə yönəlmiş məqsədli vandalizm aksiyaları nəticəsində işğal olunmuş ərazilərdə bəşər sivilizasiyasının tərkib hissəsi olan memarlıq abidələri, muzey və məscidlərin, inanc yerlərinin, məbədlərin dağıdılması, qeyri-qanuni arxeoloji qazıntıların aparılması faktlarının dünya ictimaiyyətinə çatdırılması, bu barədə əlaqədar beynəlxalq təşkilatlara müraciətlərin ünvanlanması, kitabların yayılması, fotosərgilərin təşkili, filmlərin nümayiş etdirilməsi.

    7. Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyasının aşağıdakı regionları əhatə etməsi nəzərdə tutulur:

    Avropa regionu üzrə:
    • Azərbaycan və Türkiyə dövlətlərinin Avropaya inteqrasiya siyasətinin dəstəklənməsi;
    • Azərbaycan və Türkiyənin Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafına töhfə vermək;
    • Avropanın ictimai-siyasi və iqtisadi həyatının spesifik xüsusiyyətlərini nəzərə alan birgə fəaliyyət mexanizminin qurulması;
    • Avropa ölkələrində azərbaycanlıların və türklərin sıx yaşadığı bölgələrdə onların siyasi fəallığının artırılması;
    • Azərbaycanlıların və türklərin seçkili orqanlarda, dövlət və biznes strukturlarında təmsil olunmasına nail olmaq üçün səylərin birləşdirilməsi;
    • Avropa ölkələrində Ermənistanın Azərbaycana təcavüzünün nəticələri, Azərbaycan ərazilərinin işğalı zamanı törədilmiş terror və soyqırımı aktları, qondarma «erməni soyqırımı» iddiaları ilə bağlı obyektiv ictimai rəyin formalaşdırılması.

    Amerika Birləşmiş Ştatları və Kanada üzrə:
    • Azərbaycan və Türkiyənin ABŞ-la münasibətlərinin inkişafına dəstək verilməsi;
    • ABŞ və Kanadada yaşayan azərbaycanlıların və türklərin təşkilatlanması prosesinə dəstək verilməsi;
    • Türk diasporunun dəstəyi ilə ABŞ-dakı Azərbaycan icmalarının vahid mərkəzdə birləşməsinə nail olunması;
    • ABŞ və Kanadadakı Azərbaycan və Türk icmaları ilə əlaqələrin qurulması, onların ictimai-siyasi həyata təsir imkanlarının genişləndirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi;
    • Azərbaycan və Türk diasporunun ABŞ və Kanadanın siyasi həyatına təsir imkanlarının artırılması;
    • Ermənilərin azərbaycanlılara və türklərə qarşı törətdiyi terror və soyqırımı aktları barədə Amerika və Kanada ictimaiyyətinin məlumatlandırılması məqsədilə müxtəlif kampaniyaların təşkili;
    • Erməni lobbisinin və diasporunun Azərbaycan və Türkiyə əleyhinə apardığı təbliğatın qarşısının alınması məqsədilə birgə tədbirlərin görülməsi;
    • Seçkili orqanlarda, habelə dövlət və hökumət strukturlarında azərbaycanlıların, yaxud türklərin təmsil olunması üçün səylərin birləşdirilməsi;
    • ABŞ və Kanadanın siyasi dairələri ilə işgüzar münasibətlərin yaradılması;
    • Hər il ABŞ və Kanada parlamenti üzvlərinin (Amerikada yaşayan türklərin və azərbaycanlıların onların seçiciləri olduğunu xatırlatmaq şərtilə), siyasət və dövlət adamları, tanınmış ictimai xadimlərə Ermənistanın Azərbaycana təcavüzü, Türkiyəyə ərazi iddiaları, erməni terrorizmi, türklərə və azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktları barədə məlumatlandırılması və bu hadisələrə siyasi qiymət verilməsinin zəruriliyinin diqqətə çatdırılması;
    • İslam dini və onun təlqin etdiyi mənəvi dəyərlər haqqında son vaxtlar genişlənmiş yalnış təsəvvürlərin aradan qaldırılması məqsədilə yerli ictimaiyyət arasında maarifləndirmə işinin aparılması.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  3. #3
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan vƏ türk diaspor tƏşkilatlarının birgƏ fƏaliyyƏt strategiyası

    MDB regionu üzrə:
    • Azərbaycan və Türkiyənin regionda mövqelərinin möhkəmləndirilməsinə töhfə vermək məqsədilə səylərin birləşdirilməsi;
    • MDB məkanında yerləşən türkdilli ölkələr arasında əlaqələrin inkişaf etdirilməsinin dəstəklənməsi;
    • Transregional layihələrin iqtisadi və siyasi əhəmiyyətinin təbliğində Azərbaycan və türk diaspor təşkilatlarının fəal iştirakına nail olunması;
    • Regionda yaşayan türkdilli xalqların problem və qayğıları barədə dünya ictimaiyyətinin məlumatlandırılması;
    • Gürcüstan azərbaycanlılarının problemlərinin həlli istiqamətində birgə tədbirlərin görülməsi, ortaq layihələrin işlənib hazırlanması;
    • Türkdilli xalqların yaşadığı ərazilərdəki münaqişələrin ədalətli həlli istiqamətində səy göstərilməsi;
    • Türkdilli ölkələrin sosial-iqtisadi və siyasi inkişafı prosesinə töhfə vermək məqsədilə tədbirlərin görülməsi;
    • Türk xalqları arasında mədəni, siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsi.

    Asiya və Afrika ölkələri üzrə:
    • Regionda yaşayan türkdilli xalqlar arasında qarşılıqlı əlaqələrin qurulması;
    • Regionda yaşayan azərbaycanlıların və türklərin təşkilatlanması prosesinə dəstək verilməsi;
    • Azərbaycan və Türk icmaları arasında əlaqələrin daha da möhkəmləndirilməsi;
    • Azərbaycan icmalarının fəal olduğu ölkələrdə Türkiyənin milli maraqlarının və burada məskunlaşmış türklərin hüquq və azadlıqlarının müdafiəsi;
    • Türk icmalarının fəal olduğu ölkələrdə Azərbaycanın milli maraqlarının və burada məskunlaşmış azərbaycanlıların hüquq və azadlıqlarının müdafiəsi;
    • Asiya ölkələrində yaşayan türk xalqlarının, xüsusilə də İraq türkmənlərinin problemlərinin daim diqqət mərkəzində saxlanılması;
    • Azərbaycan və Türk diaspor təşkilatları tərəfindən İraq türkmənlərinə davamlı mənəvi və siyasi dəstəyin göstərilməsi;
    • İraq Türkmən Cəbhəsinin Bakı nümayəndəliyinin açılması təşəbbüsünün dəstəklənməsi;
    • İraq Türkmənlərinə tibbi yardımların göstərilməsi məqsədilə birgə yardım kampaniyalarının təşkili;
    • İraq türkmənlərinin yaşadığı ərazilərdə yerləşən orta ümumtəhsil məktəblərinə ünvanlı kömək göstərilməsi;
    • Telafər qaçqınlarına ərzaq, tibbi və digər yardımların göstərilməsi üçün birgə kampaniyaların təşkili;
    • İraq türkmənlərinin Ana dilində ədəbiyyat və dərsliklərlə təmin edilməsi, onların milli-mənəvi dəyərlərinin qorunmasına yardım etmək məqsədilə mədəni-kütləvi tədbirlərin keçirilməsi;
    • Kərkükdə yaradılması nəzərdə tutulmuş Füzuli Universitetinin təşkilinə maddi-texniki dəstəyin verilməsi;
    • Türkmən televiziyalarına maddi yardımların göstərilməsi məqsədilə iş adamlarının bu telekanallarla reklam sahəsində işbirliyi qurmağa təşviq edilməsi.

    Avstraliya regionu üzrə:
    • Regionda yaşayan azərbaycanlıların və türklərin təşkilatlanması prosesinin sürətləndirilməsi;
    • Azərbaycan və Türk icmaları arasında əməkdaşlıq əlaqələrinin qurulması;
    • Azərbaycanlıların və türklərin yerli cəmiyyətə inteqrasiyası sahəsində mövcud olan problemlərin həlli məqsədilə səylərin birləşdirilməsi.

    Mərkəzi və Cənubi Amerika ölkələri üzrə:
    • Region ölkələrində yaşayan azərbaycanlı və türklərin sayının azlığını və ictimai fəallığının zəif olduğunu nəzərə alaraq birgə Azərbaycan-Türk icmalarının yaradılması;
    • Digər regionlarda fəaliyyət göstərən Azərbaycan və türk icmaları ilə Mərkəzi və Cənubi Amerika ölkələrində yaşayan azərbaycanlılar və türklər arasında əlaqələrin qurulması.

    8. Azərbaycan və Türk diaspor təşkilatlarının Koordinasiya Şurasının yaradılması:

    Koordinasiya Şurasının üzvləri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan və türk icmalarının rəhbərləri arasından seçilir;
    Koordinasiya Şurasına Azərbaycan Respublikasının və Türkiyə Respublikasının müvafiq dövlət orqanının hər birindən bir nəfər olmaqla məşvərətçi statusu ilə üzv seçilir;
    Koordinasiya Şurasına digər türk xalqlarının diaspor təşkilatlarının nümayəndələri də bərabərhüquqlu və məşvərətçi səslə üzv seçilə bilərlər;
    Şura bu strategiyada nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirir, Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin növbəti forumuna qədər görülmüş işlər haqqında hesabat hazırlayır;
    Şuraya üzvlük açıqdır və könüllülük prinsipinə əsaslanır;
    Şuranın işini təşkil etmək, üzvlərin fəaliyyətini əlaqələndirmək məqsədilə həmsədrlik institutu yaradılır:
    - Azərbaycan və Türk diaspor təşkilatlarının rəhbərlərinin forumlarında Şuraya 2 həmsədr seçilir;
    - Həmsədrlər rotasiya qaydası ilə müvafiq olaraq Avropa, Amerika, Asiya, MDB regionlarında fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatlarının rəhbərləri arasından seçilir;

    9. Azərbaycan və Türk diaspor təşkilatları bu strategiyada müəyyən edilmiş prinsiplər əsasında Koordinasiya Şurasının dəstəyi ilə müxtəlif sahələr üzrə yaxından əməkdaşlıq edəcəklər.

    10. Siyasi sahədə Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyəti Azərbaycan və Türkiyə dövlətlərinin maraqlarının təmin olunması, xarici ölkələrdə yaşayan azərbaycanlıların və türklərin yaşadıqları ölkələrin ictimai-siyasi həyatında iştirak səviyyəsinin artırılmasına xidmət edəcəkdir.

    Bu fəaliyyət aşağıdakıları nəzərdə tutur:
    • Azərbaycan və Türkiyənin ortaq strateji maraqları, regiondakı əhəmiyyəti ilə bağlı birgə elmi-praktik konfransların təşkili;
    • Azərbaycan və Türkiyənin qarşılaşdığı hərbi və siyasi xarakterli problemlərlə bağlı dünya ictimaiyyətinin obyektiv məlumatlandırılması məqsədilə birgə tədbirlərin keçirilməsi;
    • Türkiyənin Avropa Birliyinə üzvlük məsələsində yaradılan süni problemlərin aradan qaldırılması üçün diaspor təşkilatlarının səylərinin birləşdirilməsi, birgə təbliğat kampaniyalarının aparılması, Türkiyənin Avropa Birliyi ölkələrində daha yaxından tanınmasına xidmət edən forum və konfransların təşkili;
    • Azərbaycan Respublikası və Türkiyə Respublikasının dövlət və hökumət rəhbərlərinin xarici ölkələrə səfərləri zamanı diaspor təşkilatları nümayəndələri ilə görüşlərinin təşkili;
    • Şimali Kiprin təcriddən çıxarılması istiqamətində Azərbaycan və Türkiyənin birgə səylərini dəstəkləmək məqsədilə təbliğat işinin aparılması;
    • Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin Şimali Kiprə səfərlərinin təşkili;
    • İraq türkmənlərinin qarşılaşdığı problemlərin dünya ictimaiyyətinin diqqətinə düzgün və operativ çatdırılması;
    • Gürcüstan azərbaycanlılarının ictimai-siyasi həyatda iştirak və hakimiyyət strukturlarında təmsilçilik imkanlarının genişləndirilməsinə dəstək verilməsi, onların problemlərinin diqqət mərkəzində saxlanılması;
    • Azərbaycanlıların və türklərin məskunlaşdıqları ölkələrdə cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi;
    • Azərbaycanlıların və Türklərin sıx yaşadığı ölkələrdə ictimai-siyasi proseslərə təsir imkanlarını artırmaq üçün birgə fəaliyyət göstərilməsi, qarşılıqlı məsləhətləşmələrin aparılması, seçki və referendumlarda azərbaycanlıların və türklərin fəal iştirakının təmin olunması;
    • Seçkili orqanlara namizədlərin qarşılıqlı olaraq müəyyənləşdirilməsi, irəli sürülməsi və müdafiəsi üçün birgə təşəbbüslə çıxış edərək təşviqat kampaniyalarının keçirilməsi;
    • Seçkili orqanlarda təmsil olunan azərbaycanlı və türk siyasətçilərin fəaliyyətinin dəstəklənməsi, onlara hərtərəfli yardım göstərilməsi;
    • Azərbaycanlılar və türklərin yaşadıqları ölkələrin ictimai-siyasi təşkilatlarında təmsilçiliyinin artırılması;
    • Koordinasiya Şurasının dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı və türk siyasət adamlarının, seçkili orqanlarda təmsil olunan şəxslərin siyahısının hazırlanması və nəşr edilməsi.

    11. İqtisadi və sosial sahədə Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyəti Azərbaycan və Türkiyə dövlətlərinin iqtisadi mənafelərinin təmin olunmasına, Vətəndən kənarda məskunlaşmış azərbaycanlı və türk iş adamları arasında qarşılıqlı əlaqələrin qurulmasına xidmət edəcəkdir.

    Bu sahədə aşağıdakılar nəzərdə tutulur:
    • Azərbaycan və Türkiyənin iqtisadi imkanları və inkişaf perspektivləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması prosesində fəal iştirak;
    • Azərbaycanlı və türk iş adamları arasında işgüzar əlaqələrin qurulması istiqamətində səylərin artırılması;
    • Xarici ölkələrdəki türk iş adamları birliklərinin toplantılarında azərbaycanlı iş adamlarının da iştirakına nail olmaq məqsədilə Azərbaycan və Türk icmalarının Koordinasiya Şurası tərəfindən müvafiq tövsiyələrin hazırlanması;
    • Azərbaycan və Türk iş adamlarının birgə iqtisadi forumlarının təşkili;
    • Xarici ölkələrdə yaşayan Azərbaycanlı və Türk İş Adamlarının Məşvərət Şurasının yaradılması;
    • Azərbaycanlı və türk iş adamlarının Azərbaycan və Türkiyə iqtisadiyyatına sərmayə qoymağa təşviq edilməsi məqsədilə hər iki ölkəyə səfərlərinin təşkili, birgə iqtisadi və biznes forumlarının keçirilməsi;
    • Azərbaycanlı və Türk iş adamlarının türk xalqlarının kompakt halda yaşadığı regionlara, o cümlədən İraqın Kərkük, Gürcüstanın Borçalı bölgələrinin, habelə Şimali Kiprin iqtisadiyyatına sərmayə qoymağa təşviq edilməsi;
    • Xarici ölkələrin iş adamlarının Azərbaycana və Türkiyəyə işgüzar səfərlərinin təşkili;
    • Xarici ölkələrdə yaşayan azərbaycanlı və türk iş adamları haqqında məlumat kitabçasının hazırlanması və nəşr edilməsi;
    • Azərbaycandakı məcburi köçkünlərə, habelə İraq türkmənlərinə yardım edilməsi məqsədilə birgə kampaniyaların keçirilməsi;
    • Azərbaycan və Türkiyədə qocalar və uşaq evlərinə, əlillərə yardım məqsədilə kampaniyaların təşkili;

    12. Mədəniyyət və turizm sahəsində Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyəti Azərbaycan və Türk xalqlarının zəngin mədəniyyətinin dünya miqyasında təbliğinə nail olmaq, ölkələrimizin turizm sahəsində imkanları barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişafına töhfə vermək məqsədinə xidmət edəcəkdir.

    Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçiriləcəkdir:
    • Azərbaycan və Türkiyənin müvafiq dövlət orqanlarının dəstəyi, habelə Azərbaycan və Türk icmalarının təşkilatçılığı ilə Azərbaycan və Türk xalqlarının qədim tarixinin, zəngin mədəni irsinin təbliği üçün birgə mədəni-kütləvi tədbirlərin - konsert proqramlarının, musiqi festivallarının, mədəniyyət günlərinin, rəsm sərgilərinin, Azərbaycan və ya Türk kinosu günlərinin təşkili;
    • Müxtəlif ölkələrdə Azərbaycan və Türk mədəniyyəti günlərinin keçirilməsi;
    • Müxtəlif ölkələrdə keçirilən Azərbaycan və ya Türk mədəniyyəti günlərində hər iki diasporun fəal iştirakının təmin olunması;
    • Xarici ölkələrdə yaşayan nüfuzlu azərbaycanlı və türk mədəniyyət xadimləri arasında əlaqələrin qurulması;
    • Azərbaycan və Türk xalqlarının tarixini və mədəniyyətini əks etdirən muzeylərin yaradılması;
    • Dünyanın nüfuzlu muzeylərində Azərbaycan və Türk xalqlarının tarixi və mədəniyyəti haqqında eksponatları özündə əks etdirən guşələrin təşkil edilməsi;
    • Beynəlxalq mədəniyyət festivallarında Azərbaycan və Türkiyənin layiqincə təmsil olunması üçün qarşılıqlı yardımlar göstərilməsi;
    • Azərbaycanlı və türk rəssamlarının birgə sərgilərinin təşkili;
    • Xalqlarımızın ortaq milli-mənəvi və mədəni dəyərləri mövzusuna həsr olunmuş birgə elmi-praktik konfransların və mədəni-kütləvi tədbirlərin təşkili;
    • Azərbaycan və Türk mədəniyyətini təbliğ edən materialların xarici kütləvi informasiya vasitələrində yayımına nail olmaq istiqamətində səylərin birləşdirilməsi;
    • Qeyri-türk dövlətlərinin ərazisində kompakt halda öz tarixi torpaqlarında yaşayan türk xalqları (İraq, Gürcüstan) ilə mədəniyyət və təhsil sahəsində əməkdaşlığın inkişafı, onların mədəni irsinin qorunub saxlanılmasına yardım göstərilməsi;
    • Azərbaycan və Türkiyənin tarixinə dair materialların - məqalə, monoqrafiya və kitabların yayılmasına nail olmaq, birgə elmi-praktik konfranslar keçirmək, sənədli və bədii filmlərin xarici dillərə tərcümə edilərək nüfuzlu telekanallar vasitəsilə nümayiş etdirilməsi istiqamətində tədbirlər görmək;
    • Yerli televiziya kanallarında Azərbaycan və türk xalqlarının mədəniyyətindən bəhs edən filmlərin nümayiş etdirilməsi;
    • Azərbaycan və Türk xalqlarının mədəniyyətinə həsr olunmuş elmi-praktik konfransların və simpoziumların təşkili;
    • 25 noyabrın bütün dünyada Türklük günü elan olunması (Orxon-Yenisey mətnlərində ilk söz - «Tenqri» - Tanrı sözü 1893-cü il noyabrın 25-də oxunmuşdur), bu barədə Koordinasiya Şurası tərəfindən tədbirlərin təşkil edilməsi;
    • Hər il Türklük günü ərəfəsində türkçülüyün təbliğində fəal iştirak etmiş elm, mədəniyyət və ictimai xadimlərin dövlət mükafatları ilə təltif olunması məqsədilə təkliflərin hazırlanması;
    • Azərbaycanın və Türkiyənin görkəmli elm və mədəniyyət xadimlərinin yubileylərinin birgə qeyd edilməsi;
    • Azərbaycan və Türkiyə ilə dünyanın müxtəlif ölkələri arasında mədəni sahədə əməkdaşlığın inkişafına töhfə vermək məqsədilə birgə mədəni-kütləvi tədbirlərin təşkili;
    • Azərbaycan və Türkiyə şəhərləri ilə dünyanın müxtəlif iri şəhərləri arasında qardaşlaşma və əməkdaşlıq müqavilələrinin imzalanması məqsədilə birgə tədbirlərin həyata keçirilməsi;
    • Azərbaycan və Türkiyənin turizm imkanlarını təbliğ etmək məqsədilə azərbaycanlı və türk iş adamlarını cəlb etməklə birgə turizm sərgilərinin keçirilməsi;
    • Azərbaycan və Türkiyənin turizm imkanlarını nümayiş etdirən xüsusi kataloqların, broşur və jurnalların nəşri;
    • Turizm sahəsində çalışan azərbaycanlı və türk iş adamları arasında əlaqələrin qurulmasına nail olmaq məqsədilə onların görüşlərinin təşkil edilməsi;
    • Azərbaycan və Türk icmaları təmsilçilərinin, habelə digər millətlərin nümayəndələrinin Azərbaycana və Türkiyəyə turist səfərlərinin təşkili.

    13. Diaspor quruculuğu sahəsində Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyəti Azərbaycan və Türkiyə respublikalarının diaspor quruculuğu sahəsində dövlət siyasətinin həyata keçirilməsinə, icmalar arasında təcrübə mübadiləsinin genişləndirilməsinə xidmət edəcəkdir.

    Bu sahə aşağıdakı tədbirləri nəzərdə tutur:
    • Xarici ölkələrdə yaşayan azərbaycanlıların və türklərin təşkilatlanmasının dəstəklənməsi;
    • Azərbaycan və Türk diaspor təşkilatları arasında diaspor quruculuğu sahəsində təcrübə mübadiləsinin aparılması;
    • Azərbaycan və türk icmaları daxilində inteqrasiya prosesinin sürətləndirilməsinə yardım göstərilməsi;
    • Azərbaycan və Türkiyənin müvafiq dövlət orqanları ilə birlikdə təşkilatlanma sahəsində mövcud olan problemlərin araşdırılması və çıxış yollarını əks etdirən təkliflər paketinin hazırlanması;
    • Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığının zəruriliyi barədə maarifləndirmə və təbliğat işinin aparılması.

    14. Lobbi quruculuğu sahəsində Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyəti Azərbaycan və Türkiyənin milli maraqlarının təmin olunmasına, xarici ölkələrdə güclü lobbinin formalaşdırılmasına yönəldiləcəkdir.

    Bu sahə aşağıdakıları nəzərdə tutur:
    • Lobbi quruculuğu sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması;
    • Azərbaycanlı və türk seçicilərin yaşadıqları ölkələrdə təsirli siyasi amilə çevrilməsinin təmin edilməsi;
    • Xarici ölkələrdə yaşayan azərbaycanlıların və türklərin siyasi fəallığının artırılmasına nail olmaqla seçkili orqanlara Azərbaycan və Türkiyəyə xoş münasibəti olan namizədlərin seçki kampaniyalarına birgə dəstək verilməsi;
    • Xarici ölkələrin parlament və hökumət üzvləri, dövlət orqanlarının rəhbərləri ilə əlaqələr yaratmaq və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq;
    • Xarici ölkələrin parlament və hökumət üzvlərinin, dövlət orqanları təmsilçilərinin Azərbaycana və Türkiyəyə səfərlərinin təşkili;
    • Türk dünyası ilə bağlı tədqiqatlar aparan elm adamları və KİV nümayəndələri ilə əlaqələr qurmaq, onların Azərbaycana və Türkiyəyə səfərlərinin təşviq edilməsi;
    • Xarici ölkələrin siyasi partiyalarının rəhbərliklərində təmsil olunan şəxslərlə işgüzar əlaqə yaratmaq, onlarla Azərbaycan və Türk icmaları nümayəndələrinin görüşlərinin təşkili;
    • Ayrı-ayrı ölkələrdəki siyasi xadimlərin, parlament və hökumət üzvlərinin, dövlət məmurlarının, elm adamlarının, habelə KİV nümayəndələrinin Azərbaycan və Türk icmalarında təmsil olunması üçün birgə fəaliyyət göstərilməsi;
    • Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlərə malik digər xalqların diaspor təşkilatları ilə birgə əməkdaşlıq edilməsi.

    15. Təbliğat sahəsində Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyəti informasiya məkanında Azərbaycan və Türkiyənin milli maraqlarının qorunmasına, ölkələrimiz və xalqlarımız haqqında obyektiv rəyin formalaşdırılmasına, türk xalqlarının məruz qaldıqları haqsızlıqların dünya ictimaiyyətinə çatdırılmasına xidmət edəcəkdir.

    Bu sahə aşağıdakı vəzifələri əhatə edir:
    • Fəaliyyəti Azərbaycan və Türk diaspor təşkilatlarının Koordinasiya Şurası tərəfindən əlaqələndirilən və uzunmüddətli strateji fəaliyyət proqramına malik müştərək informasiya bürolarının yaradılması və onların zəruri məlumatları özündə əks etdirən materiallarla təmin edilməsi;
    • Diaspor təşkilatlarının informasiya bazasının zənginləşdirilməsi istiqamətində daha intensiv iş aparılması, icmaların Azərbaycanın və Türkiyənin mədəniyyəti, tarixi, xalqlarımızın yaşadığı faciələr haqqında sənədlər, arxiv materialları, sənədli və bədii filmlər və s. ilə təmin edilməsi;
    • Azərbaycan və Türkiyə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müasir üsullardan, hər ölkənin öz mədəniyyətinə uyğun təbliğat texnologiyalarından istifadə etmək;
    • Xarici ölkələrin kütləvi informasiya vasitələrində Azərbaycan və Türkiyə ilə bağlı həqiqətlərin obyektiv şəkildə işıqlandırılması üçün səylərin birləşdirilməsi;
    • Xarici ölkələrin kütləvi informasiya vasitələri nümayəndələri ilə əlaqələrin qurulması, onların Azərbaycana və Türkiyəyə səfərlərinin təşkili;
    • Azərbaycan və Türk xalqlarının məruz qaldıqları terror və soyqırımı aktları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
    • Xarici dillərdə Azərbaycan və Türkiyə haqqında məlumatları özündə əks etdirən yeni kütləvi informasiya vasitələrinin təsis edilməsi, İnternet saytlarının yaradılması;
    • Azərbaycanlı və Türk iş adamlarının maliyyə dəstəyi, Azərbaycan və Türk icmalarının birgə təsisçiliyi ilə Avropa ölkələrinin birində Azərbaycan və Türkiyənin ictimai-siyasi həyatı, iqtisadi inkişaf perspektivləri, onların Qərbə inteqrasiyası ilə bağlı təhlillər aparan peşəkar araşdırma mərkəzinin yaradılması;
    • Azərbaycan və Türk icmalarının təsis etdiyi kütləvi informasiya vasitələri arasında, eləcə də onların Türkiyə və Azərbaycan mətbuatı ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi;
    • Azərbaycan və Türkiyənin tarixi, mədəniyyəti, ədəbiyyatı, ictimai-siyasi və sosial-iqtisadi həyatı haqqında məlumatları özündə əks etdirən nəşrlərinin xarici ölkələrdə yayılması;
    • Xarici ölkə yazıçılarının və alimlərinin Azərbaycan və Türkiyə haqqında əsərlərinin yayılması və təbliği;
    • Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qondarma «erməni soyqırımı» ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
    • Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri özündə əks etdirən təbliğat materiallarının - filmlərin, kitabların, audio-vizual materialların yayılması;
    • Ermənistanın Azərbaycana təcavüzünün faciəli nəticələrindən bəhs edən rəsm, film və foto sərgilərin təşkil edilməsi;
    • Beynəlxalq təşkilatların mərkəzi qərargahları və xarici ölkələrdəki nümayəndəlikləri qarşısında Ermənistanın işğalçılıq siyasətinə qarşı birgə etiraz aksiyalarının təşkili;
    • Nüfuzlu beynəlxalq təşkilatlara və xarici ölkələrin parlamentlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialların operativ və müntəzəm olaraq təqdim edilməsi;
    • Xarici televiziya kanallarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri özündə əks etdirən filmlərin nümayiş etdirilməsinə nail olunması;
    • Dünya ictimaiyyətinin ermənilərin Azərbaycan ərazilərində törətdikləri terror və soqırım aktları, o cümlədən Xocalı soyqırımı haqqında məlumatlandırılması məqsədilə təbliğat sahəsində səylərin birləşdirilməsi;
    • Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin problemləri ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması;
    • Xarici KİV nümayəndələrinin Azərbaycandakı qaçqın düşərgələri və döyüş bölgələrindəki vəziyyətlə tanış etmək məqsədilə səfərlərinin təşkili;
    • Türkiyəyə qarşı bədnam «erməni soyqırımı» iddialarının ifşa edilməsi məqsədilə səylərin birləşdirilməsi;
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  4. #4
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan vƏ türk diaspor tƏşkilatlarının birgƏ fƏaliyyƏt strategiyası

    • Qondarma «erməni soyqırımı» iddiaları ilə bağlı əsl həqiqətləri öz tədqiqatlarında üzə çıxarmış xarici ölkə alimlərinin məruzələri əsasında konfransların, elmi simpoziumların təşkili;
    • Xarici ölkələrin parlamentlərinin «erməni soyqırımı» ilə bağlı qəbul etdiyi qərarlara etiraz olaraq birgə aksiyaların keçirilməsi;
    • Azərbaycan və türk icmalarının fəaliyyət göstərdiyi ölkələrdə parlament və hökumət üzvləri, dövlət və siyasət adamları, elm xadimlərinə, kütləvi informasiya vasitələrinə, kitabxanalara Azərbaycan və Türk xalqlarının tarixi, mədəniyyəti, müasir həyatı, Ermənistanın terror, işğalçılıq və soyqırımı siyasəti ilə bağlı ədəbiyyatların göndərilməsinin təşkili;
    • Türk xalqlarının tarixi, mədəniyyəti və müasir həyatı barədə dünya ictimaiyyətini daha dolğun məlumatlandırmaq məqsədilə mərkəzi Avropada olmaq şərtilə tərkibində muzey, rəsm qaleriyası və kitabxananı birləşdirən Türk Xalqlarının Mədəniyyət və Tarix Fondunun yaradılması üçün xüsusi layihənin hazırlanması və onun həyata keçirilməsi (Azərbaycan və Türkiyə respublikalarının müvafiq dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının, habelə azərbaycanlı və türk iş adamlarının yardımı ilə), Fondun dünyanın böyük şəhərlərində filiallarının yaradılması;
    • Erməni diasporunun qondarma «erməni soyqırımı» iddiaları ilə bağlı hər il aprel ayının 24-də keçirdiyi etiraz aksiyaları zamanı əsil həqiqətləri özündə əks etdirən erməni terrorçuları tərəfindən törədilmiş soyqırımı aktları haqqında rəsm, film və foto sərgilərin nümayiş etdirilməsi;
    • Azərbaycan və Türk icmaları Koordinasiya Şurasının təşkilatçılığı ilə hər il müəyyən edilmiş konkret bir tarixdə, eyni saatda Ermənistanın Azərbaycana təcavüzü və qondarma «erməni soyqırımı» iddiaları ilə bağlı Azərbaycan və Türk icmalarının birgə etiraz aksiyalarının təşkili;
    • Hər il bir neçə dəfə xarici ölkələrin, xüsusilə də ATƏT-in Minsk Qrupunun üzvü olan dövlətlərin Azərbaycan və Türkiyədəki səfirliklərinə, habelə beynəlxalq təşkilatlardakı nümayəndəliklərinə Ermənistanın Azərbaycana təcavüzü, 1915-ci il hadisələri ilə bağlı erməni iddialarının əsassızlığı, erməni terrorizmi, azərbayanlılara və yəhudilərə qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı aktları barədə materiallar təqdim etmək;
    • Ermənistanın digər ölkələrə (məsələn Gürüstana) qarşı ərazi iddiaları ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması;
    • Ermənilərin digər xalqlara - yəhudilərə, ləzgilərə, avarlara, talışlara, kürdlərə qarşı törətdikldəri soyqırımı aktları barədə dünya ictimaiyyətinin məlumatlandırılması, bu barədə sənədlərin və materialların yəhudi diaspor təşkilatlarına təqdim edilməsi;
    • Erməni terrorçuları tərəfindən 1918-1919-cu illərdə Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Qubada dağ yəhudilərinə qarşı törədilmiş soyqırımı aktları qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə birgə tədbirlərin həyata keçirilməsi.

    16. İnsan hüquq və azadlıqlarının təminatı sahəsində Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyəti xarici ölkələrdə yaşayan azərbaycanlı və türklərin insan hüquq və azadlıqlarının qorunması sahəsində mövcud olan problemlərin aradan qaldırılması üçün səylərin birləşdirilməsinə xidmət edir.

    Bu fəaliyyət aşağıdakıları nəzərdə tutur:
    • Xarici ölkələrdə yaşayan azərbaycanlı və türklərin hüquq və azadlıqların müdafiəsi sahəsində mövcud olan problemlərin müəyyən edilməsi və onların aradan qaldırılması istiqamətində təkliflərin hazırlanması;
    • Azərbaycanlıların və türklərin hüquqlarının müdafiəsi sahəsində hakimiyyət orqanları ilə əməkdaşlıq əlaqələrinin qurulması;
    • Hüquqi maarifləndirmə işinin səmərəli təşkili məqsədilə birgə hüquq-müdafiə mərkəzlərinin yaradılması;
    • Xarici ölkələrə miqrasiya etmiş azərbaycanlıların və türklərin pasport-qeydiyyat, viza ilə bağlı məsələlərinin, işlə təmin olunması sahəsində meydana çıxan çətinlik və problemlərinin həllində qarşılıqlı faydalı əməkdaşlıq;
    • Xarici ölkələrdə vətəndaşlıq, pasport-qeydiyyat məsələləri, miqrantların hüquq və azadlıqları ilə bağlı məlumatları özündə əks etdirən informasiya bülletenlərinin və broşurların nəşr edilməsi;
    • Azərbaycanlıların və türklərin xarici ölkələrdə insan hüquq və azadlıqlarının təminatı ilə bağlı məlumatların toplanılması və operativ yardımların göstərilməsi məqsədilə qaynar xəttin yaradılması;
    • Qeyri-türk dövlətlərinin ərazisində kompakt halda öz tarixi torpaqlarında yaşayan türk xalqlarının (İraq, Gürcüstan) hüquq və azadlıqlarının qorunması işinə dəstək verilməsi;

    17. Gənclərlə iş və təhsil sahəsində Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyəti xarici ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı və türk gənclərin potensialından daha səmərəli şəkildə istifadə etmək məqsədinə xidmət edir.

    Bu fəaliyyət aşağıdakıları nəzərdə tutur:
    • Dünyanın nüfuzlu ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı və türk tələbələrin siyahısını hazırlamaq, onlarla əlaqələr yaratmaq;
    • Azərbaycanlı və türk gənclərin təhsil sahəsində meydana çıxan problemlərinin həllində birgə səylərin göstərilməsi;
    • Avropada təhsil alan Azərbaycanlı və türk gənclərin birgə forumunun keçirilməsi;
    • Təhsil aldıqları Universitetlərdə yüksək göstəricilər əldə etmiş azərbaycanlı və türk tələbələrə təqaüdlər ayrılması məqsədilə tədbirlərin görülməsi;
    • Azərbaycanlı və türk gənclərin xarici ölkələrdə təhsil almağa təşviq edilməsi;
    • Xarici ölkələrdə yaşayan azərbaycanlı və türk gənclərin milli-mənəvi dəyərlərə bağlılığını artırmaq üçün «Həftə sonu» məktəblərinin açılması və onların Ana dilində dərslik və ədəbiyyatlarla təmin edilməsi;
    • Avropada təhsil alan azərbaycanlı və türk gənclərin diaspor quruculuğuna cəlb olunması, onların Azərbaycan və Türk icmalarının təşkil etdiyi tədbirlərdə fəal iştirakının təmin edilməsi;
    • Azərbaycan və Türk diaspor təşkilatlarının Koordinasiya Şurasında azərbaycanlı və türk gənclərinin təmsil olunmasının təmin edilməsi;
    • Azərbaycan və Türk icmalarının Koordinasiya Şurasının tərkibində azərbaycanlı və türk gənclər arasında əməkdaşlıq, onların diaspor quruculuğu sahəsindəki fəaliyyətini əlaqələndirən Gənclər Komissiyasının qurulması;
    • Azərbaycan və Türk icmalarının Koordinasiya Şurasının Gənclər Komissiyası tərəfindən azərbaycanlı və Türk gənclərin əməkdaşlığına dair fəaliyyət proqramının hazırlanması;
    • Azərbaycanlı və türk gənclərin Türk dünyasının tarixi, mədəniyyəti, müasir həyatı, türkdilli dövlətlərin strateji inkişaf istiqamətləri, beynəlxalq münasibətlər sistemində yeri barədə ətraflı məlumatlandırılması sahəsində tədbirlərin görülməsi, bu məqsədlə elmi-praktik konfransların, diskussiyaların, simpoziumların və digər maarifləndirici toplantıların təşkili;
    • Azərbaycanlı və Türk gənclərinin yaşadıqları ölkələrdə gənclər təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində birgə səylər göstərilməsi;

    18. Bu strategiyanın həyata keçirilməsi Azərbaycan və Türkiyə arasında münasibətlərin inkişafına təkan verəcək, xalqlarımız arasında çoxəsrlik tarixə malik dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək, Azərbaycan və Türk diaspor təşkilatları arasında əməkdaşlığın vahid strateji xətt əsasında inkişafını stimullaşdıracaq, iki ölkənin milli maraqlarının müdafiəsi işində xaricdə yaşayan azərbaycanlıların və türklərin fəal iştirakına zəmin yaradacaq, onların yaşadıqları ölkələrin cəmiyyətə inteqrasiyası prosesini sürətləndirəcək və ictimai-siyasi həyatında iştirak imkanlarını genişləndirəcək, hüquq və azadlıqlarının qorunması sahəsində səylərin birləşdirilməsinə, Azərbaycan və Türkiyə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işinin səmərəliliyinin artırılmasına imkan verəcəkdir.

    19. Azərbaycan və Türk icmalarının birgə fəaliyyət strategiyası 2007-ci ilin mart ayının 9-da Bakı şəhərində keçirilmiş Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I Forumunda müzakirə və təsdiq edilmişdir.

    20. Strategiyanın həyata keçirilməsinin koordinasiya edilməsi Azərbaycan və Türk diaspor təşkilatlarının Koordinasiya Şurasına həvalə edilir.

    21. Koordinasiya Şurası bu strategiya çərçivəsində həyata keçirilmiş tədbirləri izləyəcək və Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin II Forumuna nəticələr haqqında müvafiq hesabat hazırlayacaqdır.

    Sənədin hazırlanması zamanı İşçi qrup dünyanın müxtəlif ölkələrindəki Türk diaspor təşkilatlarının fəaliyyəti, onların iş prinsipləri, ictimai-siyasi həyatda rolu, habelə Türkiyə Respublikası ilə əlaqələri, xarici ölkələrdə yaşayan azərbaycanlıların məskunlaşma coğrafiyası, ictimai-siyasi həyatda iştirakı, yaşadıqları ölkələrin parlament və hökumət üzvləri ilə əlaqələri, Azərbaycan icmalarının fəaliyyət prinsipləri ilə bağlı əldə edilmiş məlumatları dəqiqləşdirmiş və sistemləşdirmişdir.

    Sənəd Azərbaycan Respublikası və Türkiyə Respublikasının müvafiq dövlət orqanları, qeyri-hökumət təşkilatları, xarici ölkələrdə fəaliyyət göstərən bir çox Azərbaycan və Türk icmaları, diaspor sahəsində tədqiqatları ilə tanınan elm xadimləri və tədqiqatçılar, habelə bu sahə ilə bağlı mətbuatda araşdırmalarla çıxış etmiş tədqiqatçı jurnalistlərin rəy və təklifləri əsasında hazırlanmışdır.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  5. #5
    TugruL7676 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    09.08.2008
    Mesajlar
    181
    Konular
    59
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    624
    @TugruL7676

    Standart Cevap: Azerbaycan vƏ türk diaspor tƏşkilatlarının birgƏ fƏaliyyƏt strategiyası

    Bu değerli paylaşım için çok teşekkür ederim
    Gönül çalamazsan aşkın sazını
    Ne perdeye dokun ne teli incit
    Eğer çekemezsen gülün nazini
    Ne dikene dokun ne gülü incit

    Sevda Sahrasnda Mecnun değilsen
    Ne Leyla'yi çagir ne çölü incit



    NE MUTLU TÜRKÜM DİYENE ! ! !


    GAZİ MUSTAFA KEMAL ATATÜRK


    BOZKURTLAR DİRİLİYOR

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş