Kullanıcı Tag Listesi

MİLLİ MəTBəX (Milli Mutfağı) Azərbaycanın zəngin və çeşidli mətbəxi, yüksək qonaqpərvərlik ənənələri vardır. Ta qədimdən ət və ərzaq məhsulları varlılıq əlaməti sayılıb. Süfrələr nə qədər zəngin bəzədilsəydi ilin o qədər bərəkətli, məhsuldar olduğu bilinərdi. Dünyada olan 11 iqlim qurşağından 7-nin muxtar respublikada olması, zəngin flora və fauna, coğrafi mövqeyi Naxçıvan mətbəxinin zəngin olmasına təsir edən amillərdir. Azərbaycan mətbəxinə məxsus yeməklərlə yanaşı Naxçıvan mətbəxinin

Bu konu 1028 kez görüntülendi 0 yorum aldı ...
MİLLİ MəTBəX (Milli Mutfağı) 1028 Reviews

    Konuyu değerlendir: MİLLİ MəTBəX (Milli Mutfağı)

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1028 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart MİLLİ MəTBəX (Milli Mutfağı)

    MİLLİ MəTBəX (Milli Mutfağı)
    Azərbaycanın zəngin və çeşidli mətbəxi, yüksək qonaqpərvərlik ənənələri vardır. Ta qədimdən ət və ərzaq məhsulları
    varlılıq əlaməti sayılıb. Süfrələr nə qədər zəngin bəzədilsəydi ilin o qədər bərəkətli, məhsuldar olduğu bilinərdi. Dünyada olan 11 iqlim qurşağından 7-nin muxtar respublikada olması, zəngin flora və fauna, coğrafi mövqeyi Naxçıvan mətbəxinin zəngin olmasına təsir edən amillərdir. Azərbaycan mətbəxinə məxsus yeməklərlə yanaşı Naxçıvan mətbəxinin özünəməxsus yeməkləri də vardır. Naxçıvan mətbəxi öz zənginliyi, heyrətamiz dadı ilə qonşu xalqların mətbəxinə də təsir edib.

    Azərbaycanda, həmçinin Naxçıvanda çörəksiz süfrə təsəvvür etmək mümkün deyil. Elə buna görədir ki, çörəyin çeşidli növləri var: kağız kimi incə təndir lavaşı, qalın, dəstana, kömbə və sair.

    Naxçıvan mətbəxində parça bozbaş, küftə bozbaş, çölmək pitisi, bozartma, çığırtma, dolma, kabab, xaş, əriştə, umac və s. geniş rast gəlinir. Burada yeməklərin şahı plov hesab edilir. Plovun əsas hissəsi düyüdür. Plovun «qarası» isə növbənöv olur və qoyun, mal, toyuq ətindən, çərəzdən (qoz, fındıq, şabalıd), meyvə qurularından(ərik, gavalı, alça və s.), göyərtilərdən və sair istifadə etməklə hazırlanır.

    Naxçıvan mətbəxi xəmir xörəkləri ilə də məşhurdur: əriştə aşı, umac aşı, buğda unu və düyü unundan hazırlanmış halvalar, xəşil, quymaq və sair.

    Süd və süd məhsullarından hazırlanan südaşı, bulama, qatıqaşı, qatıqlama,dovğa, ayranaşı, qurutaşı və sairənin Naxçıvan mətbəxində xüsusi yeri var.

    Azərbaycanda kabablar geniş yayılıb.Naxçıvanda lülə kabab, tikə kabab, basdırma kabab, tava kabab, saciçi və sair kabab növləri bişirilir.

    Kabab adətən qoyun və mal ətindən, həmçinin quş ətindən də çəkilir.

    Naxçıvan göl və çaylarında müxtəlif növ balıqlar yaşayır və Naxçıvan mətbəxində balıq yeməklərinin öz yeri var: balıq kababları, qızartmaları, balıq basdırması və sairə.

    Naxçıvan mətbəxi yeməklə bərabər cürbəcür şərbətlər, meyvə şirələri, şorabalar, salatlarla zəngindir.

    Adətən yeməkdən sonra süfrəyə müxtəlif şirniyyatlar, mürəbbələrlə çay verilir.

    Naxçıvanın özünəməxsus şirniyyatlarından Ordubad qayqanağı və paxlavası, şəkərbura, növbənöv kətələr, bükmələr və sair geniş yayılıb.

    Naxçıvanın ekoloji təmiz havası, günəş şüasının bolluğu və digər amillərin təsiri nəticəsidir ki, bu torpağın yetirdiyi meyvə, tərəvəz və digər məhsullar öz dadı və keyfiyyəti ilə fərqlənirlər.Bu da öz növbəsində həmin məhsullardan hazırlanmış yeməklərin, şirniyyatların, şərbət və şirələrin dadlı və ləziz olmasına səbəb olur.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: MİLLİ MəTBəX (Milli Mutfağı)

          Kategori: Azerbaycan Mutfağı

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1028

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş