ÜMUMTəHSİL MəKTəBLəRİ (Genel Okulları)
Naxçıvan Muxtar Respublikasında Naxçıvan və Şərur Türk liseyləri, Naxçıvan və Ordubad Qız liseyləri də daxil olmaqla 221 gündüz ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onlardan 205-i orta, 12-i əsas, 4-ü ibtidai məktəbidir. Muxtar respublikada həmçinin 44 məktəbdənkənar tərbiyə müəssisəsi, Uşaq-Gənclər Idman və Şahmat məktəbi, 18 məktəbəqədər tərbiyə müəssisəsi var.
Naxçıvan şəhər 14 nömrəli orta məktəb Heydər əliyev adına məktəb
Babək rayonu Cəhri kənd 2 nömrəli orta məktəb
Şahbuz rayonu Mahmudoba kənd orta məktəbi
Muxtar respublikada gənclərin və yeniyetmələrin peşə ixtisasları üzrə təhsillərini davam etdirmələri üçün Şərur Peşə Liseyi, Ordubad və Culfa rayonlarında isə peşə məktəbləri fəaliyyət göstərir.
Ümumtəhsil məktəblərində təhsil alan 57317 şagirdin təlim-tərbiyəsi ilə 8240 müəllim və pedaqoji işçi məşğul olur.
Naxçıvanın bütün ümumtəhsil məktəblərində 25 nəfərə 1 kompyuter olmaqla cəmi 2290 ədəd kompyuter vardır. Mövcud kompyuterlərin 345 ədədi internetə qoşulmuşdur.
Heydər əliyev adına orta məktəbin (2 sentyabr 2004), Şahbuz rayon Ayrınc kənd orta məktəbinin (19 dekabr 2005), Ordubad Internat məktəbinin (21 dekabr 2006), Naxçıvan şəhər 7 nömrəli (20 dekabr 2006) və 14 nömrəli (17 oktyabr 2007) orta məktəblərin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab Ilham əliyev iştirak etmiş, akademik Zərifə əliyeva adına Şahtaxtı kənd orta məktəbində olmuşdur.
Yer imleri