İçindəkilər:
Qoyun əti – 400 q, ərinmiş yağ – 80 q, düyü – 100 q, baş soğan – 80 q, alça qurusu – 40 q, keşniş və ya şüyüd – 200 q, istiot – 0,4 q, duz.
Hər pay üçün 1-2 tikə ət götürülür, bişirir və əti sümükdən ayırıb bulyonu süzürlər. Qaynar bulyona düyü, alça və yağda qızardılmış soğan və əti əlavə edərək düyü bişənə qədər qaynadırlar. Hazır olana yaxın istiot, duz və göyərti vururlar