əncir mürəbbəsi-incir reçeli
əncir - 1 kq, şəkər - 1 kq, limon turşusu - 1 q, vanilin - 0,5 q.
əncirdən qabıqlı və qabığı soyulmuş halda mürəbbə bişirilir: 1. Qabıqlı mürəbbə bişirdikdə əncirin saplağı kəsilir, 5 dəq. istiliyi 80-85 0 C olan suda pörtülür. əncirin üzərinə şərbət tökülür və 2 dəfəyə bişirilir. 2. Qabığı soyulmuş əncirin üzərinə toz-şəkər səpilir, 8-10 saat saxlanılıb zəif alov üzərində 50-60 dəq. bişirilir. Hazır olana yaxın limon turşusu və vanilin əlavə edilir.
Yer imleri