Qoz mürəbbəsi-ceviz reçeli
Emal edilmiş qoz - 1 kq, şəkər - 1,5 kq, limon turşusu - 3 q, mixək - 3 q və ya hil - 3 q (50 əd. qoza 1 kq şəkər)
Mürəbbə bişirmək üçün diametri 24 mm-dən az olmayan qabığı odunlaşmamış sütül qoz götürülür. Qozu qabığı nazik soyulur, gündə 2-3 dəfə suyuna dəyişmək şərtilə 3 gün suda saxlanılır. Sonra qoz əhəng suyuna qoyulur. Gündə 4-5 dəfə qarışdırmaq şərtilə 2-3 gün əhəng suyunda çıxarılmış qozları bir neçə yerindən dəşdəkləyib yenidən gündə 2-3 dəfə suyuna dəyişmək şərtilə 3 gün suda saxlayırlar. Beləliklə, emal edilmiş qozlar qaynar suda 20-25 dəq. pörtülür. Üzərinə şərbət əlavə edib arada 2-3 dəfəyə bişirilir. Axırda limon turşusu, mixək və ya hil əlavə edilir və 20 gündən az olmayaraq yetişdirilir.
əhəng suyunu hazırlamaq üçün 500 təmiz əhəng 3 litr suda həll edilib, 3-4 saat saxlanılır və çökmüş əhəngin üst qatındakı şəffaf məhlul tənzifdən süzülür.
Yer imleri