“Biz o təyyarələri vuracayıq”
Biz dəfələrlə bəyanat vermişik ki, İCAO təşkilatının Çikaqo sazişinə əsasən, həmçinin Azərbaycanın mülki aviasiya haqqında qanununun tələblərinin icrası ilə əlaqədar Azərbaycan ərazisindən qanunsuz uçuşların qarşısı alınır”.
APA-nın məlumatına görə, bunu bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.
Z. Əsgərovc bildirib ki, Azərbaycanın icazəsi olmadan ölkənin hava məkanından uçan istənilən xarici dövlətin təyyarəsi hava hücumundan müdafiə qoşunları tərəfindən vurulacaq: “Bu birmənalı qərardır və biz bunu dəfələrlə elan etmişik”.
Z. Əsgərov qeyd edib ki, burada söhbət tanınmamış əraziyə həyata keçiriləcək uçuşlardan gedir: “Yəni bu gün Ermənistanın mülki təyyarələri Azərbaycanın hava məkanında keçərək uçuşlar həyata keçirirlər. Eyni zamanda həmin uçuşları Azərbaycanın mülki aviasiyası da həyata keçirir. Bu beynəlxalq qanunlar və konvensiyalarla tənzimlənən prosedurdur. Yenə də deyirəm ki, burada söhbət tanınmamış əraziyə həyata keçiriləcək uçuşlardan gedir. Bunları bir-birindən ayırmaq lazımdır. Ora uçuşlar yalnız bir halda baş verə bilər. Buna da Azərbaycan icazə verməlidir. Azərbaycan isə buna işğal altında olan ərazilər azad olunduqdan sonra baxa bilər”