Kullanıcı Tag Listesi

ASAİF-in Roma forumunun iştirakçıları İlham əliyevin namizədliyini dəstəklədiklərini bəyan ediblər - Video http://assets.gun.az/media/BAhbB1sHOgZmSSIZMTIwMDEzLzEzNjQ1ODYxNjRAQVIGOgZFRlsIOgZwOgp0aHVtYkkiDTMyNngyMTAjBjsGRg Xəbər verdiyimiz kimi, martın 28-də Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) Roma forumu işə başlamışdır. Gün.Az AzərTAc-a istinadən xəbər verir ki, tədbirin açılışından sonra “Baxış 2020: Azərbaycan üçün yeni brendlər

Bu konu 634 kez görüntülendi 1 yorum aldı ...
ASAİF-in Roma forumunun iştirakçıları İlham əliyevin namizədliyini 634 Reviews

    Konuyu değerlendir: ASAİF-in Roma forumunun iştirakçıları İlham əliyevin namizədliyini

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 634 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart ASAİF-in Roma forumunun iştirakçıları İlham əliyevin namizədliyini

    ASAİF-in Roma forumunun iştirakçıları İlham əliyevin namizədliyini dəstəklədiklərini bəyan ediblər - Video





    Xəbər verdiyimiz kimi, martın 28-də Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) Roma forumu işə başlamışdır.

    Gün.Az AzərTAc-a istinadən xəbər verir ki, tədbirin açılışından sonra “Baxış 2020: Azərbaycan üçün yeni brendlər və yeni trendlər”, “ənənəvi və ictimai diplomatiya”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi, danışıqlar prosesinin gerçəklikləri, hazırkı vəziyyət və perspektivlər” mövzuları ətrafında işçi panellər keçirilmiş, müzakirələr aparılmışdır.

    Forumda Milli Məclisin deputatı Ceyhun Osmanlının moderatorluğu ilə xaricdə təhsil alan gənclərin təhsil məsələləri və cari problemləri ilə bağlı müzakirələr keçirilmişdir. Müzakirələrdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimli, Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun sədri Azər Kərimli çıxış etmiş, xaricdə təhsilə dair dövlət proqramı ilə bağlı gəncləri maraqlandıran sualları cavablandırmışlar. Söz alan gənclərin əksəriyyəti xaricdə təhsillə bağlı 2007-2011-ci illər üzrə dövlət proqramının müddətinin 2020-ci ilədək uzadılması ilə bağlı arzularını ifadə etmişdir.

    “Baxış 2020: Azərbaycan üçün yeni brendlər və yeni trendlər” mövzusuna həsr olunmuş müzakirələrdə Rabitə və İnformasiya texnologiya nazirinin müavini Elmir Mirzəyev “2013 - Azərbaycanda İKT ili” mövzusunda, İnam Kərimli “ASAN” xidməti haqqında, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev I Avropa Oyunlarına təşkilati hazırlıq barədə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil ocağının timsalında universitetlərarası beynəlxalq əməkdaşlıq barədə çıxış etmişdir.

    Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin moderatorluğu ilə səfirlərlə görüş xarakteri daşıyan “ənənəvi və ictimai diplomatiya” mövzusunda panel keçirilmişdir.

    Paneldə Azərbaycanın İtaliya, Macarıstan, Polşa, Böyük Britaniya, Fransa, Yunanıstan, Misir, Litva, Belçika, Ukraynadakı səfirləri, Avropa Şurası yanında daimi nümayəndə Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri, Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüquqi qiymətin verilməsi, beynəlxalq məhkəmələrin münaqişəyə şamil olunmasının mümkünlüyü, xalq diplomatiyasının təsir imkanları, beynəlxalq qurumların diqqətinin bu münaqişəyə yönəldilməsi, diaspor təşkilatlarının ictimai rəyin formalaşmasına göstərə biləcəyi təsir və s. mövzularda müzakirələr aparılmış, gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

    Avropa-Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov rəhbərlik etdiyi təşkilatın təcrübəsindən çıxış edərək, Azərbaycan gənclərinin Avropada ölkəmiz haqqında həqiqətlərin ictimaiyyətə çatdırılması, yerli qurumlarla əməkdaşlığın qurulması imkanlarından bəhs etmişdir.
    Panel iclaslarda xarici ölkələrdə təhsil alan azərbaycanlı gəncləri maraqlandıran bir sıra maraqlı məsələlər ətrafında fikir mübadiləsi aparılmış, onların sualları cavablandırılmışdır. Qeyd edilmişdir ki, bu gün Azərbaycan gənci ölkəmizin maraqları naminə vahid qüvvəyə çevrilmişdir.

    Gənclər bildirmişlər ki, onlar hansı ölkədə yaşamasından və ya təhsil almasından asılı olmayaraq, Azərbaycan dövlətinin dəstəyini daim hiss edirlər. Tədbirlərdə Azərbaycanın son zamanlar bütün sahələrdə, o cümlədən İKT, müasir texnologiyalar və beynəlxalq diplomatiya sferalarında çox mühüm nailiyyətlər qazandığı vurğulanmışdır.

    Bildirildi ki, bu gün Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı, ölkədə vətəndaşların sosial-rifah halının daha da gücləndirilməsinə yönəlmiş tədbirlər, gənclərin yüksək dövlət vəzifələrinə təyin edilməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının təməlini qoymuşdur.

    Xarici İşlər Nazirliyinin İnsan hüquqları və demokratiya idarəsinin rəisi, səfir Arif Məmmədovun moderatorluğu ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi, danışıqlar prosesinin gerçəklikləri, hazırkı vəziyyət və perspektivlər” mövzusunda keçirilmiş paneldə maraqlı çıxışlar olmuşdur.

    Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Azərbaycan sözünün mənşəyi, xalqın təşəkkülü, dili və dini ilə bağlı həqiqətlər, qədim Azərbaycan toponimlərinin izahı, qədim tarixi mənbələr əsasında Azərbaycan ərazisində yaranmış dövlətlər haqqında geniş məruzə ilə çıxış etmişdir.

    Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev çar Rusiyası dövründə ermənilərin müntəzəm şəkildə Cənubi Qafqaza, ilk növbədə isə Azərbaycan ərazilərinə köçürülməsi, onların bu coğrafiyada ekspansiyası, çar hökumətinin dəstəyi ilə ermənilərin xeyrinə azərbaycanlıların sıxışdırılması, ilk erməni təşkilat və partiyaların yaradılması, onların həyata keçirdiyi terror əməlləri (“Nemezis” əməliyyatı və s.) barədə məruzə ilə çıxış etmişdir.

    Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Dağlıq Qarabağ münaqişəsinin hüquqi-siyasi aspektləri, aparılan danışıqların gedişatı və təklif olunan sülh mexanizmləri, Minsk qrupunun vasitəçilik missiyası, münaqişənin həlli perspektivləri və Azərbaycan tərəfindən Dağlıq Qarabağ erməniləri üçün təklif edilən ən yüksək muxtariyyətin mahiyyəti barədə danışmışdır.

    Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov müasir dövrdə Azərbaycanın milli maraqlarına uyğun fəaliyyəti, regionda və beynəlxalq aləmdə güclənən mövqeyi, qonşu dövlətlərlə münasibəti və digər mövzularda çıxış etmişdir.

    Yaponiyadan Kanadaya, İsveçdən Avstraliyayadək dünyanın dörd bir guşəsindən Romaya toplaşan Azərbaycan gəncləri iki gün davam edən forumun sonunda bəyanat qəbul etmişlər. Bəyanatda bildirilir ki, ASAİF hər il ənənəvi forumlar təşkil etməklə Prezident İlham əliyevin bəyan etdiyi kimi “qara qızıl”ın insan kapitalına çevrilməsi prosesinə, xaricdəki azərbaycanlı gənclərin dövlətçiliyə bağlı güclü vətəndaş kimi formalaşması işinə öz töhfələrini verir. “Azərbaycan gənclərinin 2007-2015-ci illərdə Xaricdə Təhsili üzrə Dövlət Proqramı” indiyədək 2000-ə yaxın gəncə dövlət hesabına dünyanın ən nüfuzlu elm ocaqlarında təhsil almaq imkanı vermişdir.

    Bəyanatda Azərbaycanın müsbət imicinin möhkəmləndirilməsi işini əsas missiya sayan gənclər tariximizin öyrənilməsi və onun təhsil aldıqları ölkələrdə təbliğini daha da genişləndirmək vacib vəzifə kimi qeyd etmiş, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin fəal carçısına çevrilmək üçün əllərindən gələni etməyi bəyan etmişlər.
    Bəyanatda, həmçinin qeyd olunur: “ASAİF-in Roma forumu Azərbaycan Prezidentinə müraciət edərək cənab İlham əliyevdən xaricdə təhsil proqramının müddətinin daha geniş kontingenti əhatə etməsi üçün “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğunlaşdırılaraq 2020-ci ilədək uzadılmasını xahiş edir.

    Minlərlə gənci ətrafında birləşdirən ASAİF-in hər bir üzvü Prezident İlham əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı siyasi və iqtisadi uğurları müxtəlif ölkələrin ictimai sferalarına daşımaq üçün “gənc səfir” missiyasını öz üzərinə götürməkdən qürur duyur.

    Son 10 ildə bütün sahələrdə qazanılan uğurların davamlılığı və qorunması, Azərbaycanın daha güclü dövlətə çevrilməsi naminə ASAİF olaraq dövlət başçısının ətrafında sıx birləşdiyimizi və qarşıdakı prezident seçkilərində İlham əliyevin namizədliyini dəstəklədiyimizi bəyan edirik”.

    Bəyanatda, həmçinin qeyd edilmişdir ki, 13 mindən artıq gənci öz ətrafında birləşdirən ASAİF ailəsinin Roma forumu bundan sonra da belə toplantıların davam etdirilməsini, bununla paralel olaraq konkret ixtisaslar üzrə təhsil alan və məzun olmuş gənclərin tematik forumlarının da genişləndirilməsini qərara almışdır.

    Bəyanatda ASAİF-in növbəti forumunun Almaniyanın paytaxtı Berlin şəhərində keçirilməsi təklif olunmuşdur.

    Bəyanat səsləndirildikdən sonra Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi haqqında interaktiv təqdimat keçirilmiş, təşkilatın yaranma tarixi, missiyası və həyata keçirilən tədbirlərdən bəhs olunmuşdur.

    Polşanın Vroslav şəhərində təhsil alan gənclər öz təqdimatlarında qeyd etmişlər ki, onlar Xocalı faciəsi ilə əlaqədar polyak rəssam Odpurev Qanquyak tərəfindən çəkilmiş “Xarı bülbül” kompozisiyasını bu şəhərin ən böyük sərgi salonunda 30 gün nümayiş etdirmiş və il boyu bu əsərin Avropanın bir çox ölkələrində sərgi salonlarında nümayişi nəzərdə tutulmuşdur.

    Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin üzvləri isə öz təqdimatlarında 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı Vyana şəhərində keçirilmiş aksiya barədə videoçarx nümayiş etdirmişlər. Sonra isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Şəbəkəm” layihəsi təqdim olunmuşdur.

    Qeyd edilmişdir ki, layihənin əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa dövlətləri və beynəlxalq təşkilatların rəsmiləri tərəfindən səsləndirilmiş fikirlərə kütləvi reaksiyanı təmin etmək, bu şəbəkəni Avropada təhsil alan gənclər və fəaliyyət göstərən təşkilatların münaqişə ilə bağlı əsas məlumat mənbəyinə çevirmək, Avropadakı təşkilatların fəaliyyətini əlaqələndirmək və fəaliyyət üçün yeni platformaların yaradılmasını təmin etməkdir.

    Sonra isə “Xocalıya ədalət” kampaniyası təqdim olunmuş, onun yaranması, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması üçün göstərilən fəaliyyət və həyata keçirilən tədbirlər barəsində məlumat verilmişdir.

    Forum çərçivəsində Azərbaycan musiqi incilərindən ibarət konsert proqramı təqdim olunmuşdur.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: ASAİF-in Roma forumunun iştirakçıları İlham əliyevin namizədliyini

          Kategori: Azerbaycan'dan Haberler

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 1

          Görüntüleme: 634

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


  2. #2
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: ASAİF-in Roma forumunun iştirakçıları İlham əliyevin namizədliyini


    Gün.Az
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş