Berlində “əsəd bəyin əzabları” filminin premyerası keçiriləcək
May ayının 2-də Berlinin Babylon sinemasında “əsəd bəyin əzabları” filminin premyerası keçiriləcək.
Gün.Az xəbər verir ki, Um Velt Film Berlin studiyasının çəkdiyi filmin rejissoru Ralf Marschallekdir.
Çəkilişlər Almaniyada, Avstriyada, İtaliyada və Azərbaycanda aparılıb.
Filmi Almaniya Federal Mədəniyyət və Mətbuat Nazirliyi (BKM) Berlin Mədəniyyət Fondu, Neapol Film Kompaniyası, N.Gəncəvi adına Almaniyada fəaliyyət göstərən Mədəniyyət İnstitutu və digər beynəlxalq qurumlar maliyyələşdirib və dəstəkləyib.
Filmdə əsəd Bəyin Qurban Səid təxəllüsü ilə yazdığı son əlyazması olan “Sevgidən bixəbər kişi” romanında əks olunan Azərbaycan sevgisi, vətən həsrəti, üzləşdiyi minbir haqsızlıqlar, çəkdiyi dözülməz əzablar onun öz dili, şahidlərin müsahibələri və kadr arxası səslərlə verilib.
əsəd bəyin İçərişəhərdə keçən uşaqlığı, Berlindəki şagirdlik və tələbəlik həyatı, Avstriyada yazdığı “əli və Nino” romanı, Vyana ilə bağlı xatirələri və nəhayət, İtaliyanın Positano şəhərində ev dustağı edildiyi son mənzili filmdə maraqlı kadrlarla əks olunub.
Premyeraya İtaliyadan, Avstiryadan Almaniyadan əsəd bəyi sevənlər, onun tədqiqatçıları, ədəbiyyat və kino həvəskarları eyni zamanda jurnalistlər və alman ictimaiyyətinin görkəmli mədəniyyət və kino xadimləri dəvət olunublar.
Fidan əliyeva
Gün.Az
Yer imleri