Soyadı: Qarayev
Ad: əbülfəs
Ata adı: Mürsəl oğlu
Haqqında
13 noyabr 1956-cı ildə Bakı şəhərində anadan olub.
TəHSİLİ
1963-1973-cü illərdə - 23 saylı orta məktəb.
1973-1978-ci illərdə - Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu.
1989-1992-ci illərdə - Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturası (1992-ci ilin yanvar ayında "1918-1930-cu illərdə - Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri" mövzusunda dissertasiya müdafiə edərək "Fəlsəfə elmləri namizədi" elmi dərəcəsi almışdır).
1992-ci ildə - Rusiya İdarəetmə Akademiyası nəzdində menecerlik və marketinq kursları.
əMəK FəALİYYəTİ
1978-ci ildə - Saatlı rayonunda M. əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi.
1980-1985-ci illərdə - Azərbaycan LKGİMK-nın təşkilat şöbəsinin təlimatçısı, bölmə müdiri.
1985-1989-cu illərdə - Azərbaycan KP Nərimanov rayon komitəsində təşkilat şöbəsinin təlimatçısı, təbliğat şöbəsinin müdiri.
1992-1993-cü illərdə - Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyətşünaslıq kafedrasında Baş müəllim.
1993-1994-cü illərdə "İMPROTEKS Kommers" kiçik müəssisəsində müdir.
1994-2001-ci illərdə - Gənclər və İdman Naziri
2001-ci ildən - Gənclər, İdman və Turizm Naziri
2006-cı ildən - Mədəniyyət və Turizm Naziri
İCTİMAİ-SİYASİ FəALİYYəTİ
Tələbəlik dövründə müxtəlif seçkili orqanlara seçilmişdir, 1980-1991-ci illərdə - Sov. İKP üzvü olmuşdur, Nərimanov rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.
Ailəlidir, bir övladı var.
Yer imleri