Seyran Səxavət
Xanlarov Seyran əsgər oğlu - şair, nasir, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü - 1946-cı il martın 23-də Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndində anadan olub.
Həmin kənddə orta məktəbi bitirdikdən sonra Natəvan adına Füzuli şəhər məktəbində direktorun köməkçisi vəzifəsində işləyib. (1962-1964). Sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsil alıb (1964-1970).
Sovet Ordusu sıralarında əsgəri xidmət zamanı SSRİ Müdafiə Nazirliyində tərcüməçi olub (1970-1972). «ədəbiyyat və incəsənət» qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi çalışıb, sonra iki il İranda tərcüməçi işləyib (1974-1976).
Yenidən Bakıda «ədəbiyyat və incəsənət» qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərib (1976-1981). Sonra «Ulduz» jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri işləyib (1981-1991).
Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şer, hekayə və publisist yazıları ilə başlayıb. Həmin vaxtdan mərkəzi və respublika mətbuatı səhifələrində müntəzəm çıxış edir.
əsərləri keçmiş SSRİ xalqlarının dillərinə, o cümlədən ingilis, fransız, fars və digər dillərə tərcümə olunub. «Qızıl teşt» pyesi Azərbaycan Akademik Dram teatrında (1988), «Büst» pyesi Lənkəranda (1989), «Qapıların o üzündə qalan dünya» pyesi Füzulidə (1990) Dövlət dram teatrında tamaşaya qoyulub.
«Nekroloq» romanı Azərbaycan Yazıçılar Birliyinin 2002-ci ilin Yusif Səmədoğlu adına «İlin ən yaxşı romanı» mükafatına layiq görülüb.
əsərləri
Adalar (şeirlər). Bakı: Gənclik, 1970, 25 səh.
Mənim planetim (şeirlər). Bakı: Gənclik, 1977, 40 səh.
Hamı elə bilirdi ki (hekayələr və povest). Bakı: Gənclik, 1982, 204 səh.
Daş evlər (roman). Bakı: Gənclik, 1985, 308 səh.
Dar köynək (povestlər). Bakı: Yazıçı, 1987, 180 səh.
Daş evlər (roman). Bakı: Gənclik, 1989, 415 səh.
Qızıl teşt (povestlər, hekayələr). Bakı: Çaşıoğlu, 1999, 912 səh.
Nekroloq (roman). Bakı: Mütərcim, 2003, 392 səh.
Polad toxumu (roman). Bakı: Qanun, 2003, 220 səh.
Bəhanə (roman)/ Bakı. 525-ci qəzet, yanvar-aprel 2009
Yəhudi əlifbası(roman). Bakı. Azərbaycan jurnalı-2009 4 və 5-ci nömrələr
Paravoz sürən. Televiziya tamaşası. 1977
Gün ağladılar. Televiziya tamaşası 1979
Bir kisə kartof. Televiziya tamaşası 1981
Tərcümələri
1. A. Ebnoidze. İki ay kənddə və ya imeretisayağı evlənmə (roman). Bakı: Gənclik, 1986, 264 səh.
Mənbə: Seyran Səxavətin rəsmi internet səhifəsi
Kategoriya : Elmədəbiyyat,
Yer imleri