Kullanıcı Tag Listesi

Teyyub Qurban http://adam.az/images/com_sobi2/clients/1832_img.jpg Qurban Teyyub Yarməmməd oğlu- şair, dramaturq, publisist, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan gənclərinin III Ümumrespublika festivalının laureatı (1957), Rəsul Rza mükafatı laureatı (2002). 1934-cü ildən dekabrın 18-də Bakının Bülbülə qəsəbəsində neftçi ailəsində anadan olmuşdur. 1954-cü ildə burada 208 saylı orta məktəbi bitirəndən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika

Bu konu 612 kez görüntülendi 0 yorum aldı ...
Teyyub Qurban 612 Reviews

    Konuyu değerlendir: Teyyub Qurban

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 612 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Teyyub Qurban

    Teyyub Qurban



    Qurban Teyyub Yarməmməd oğlu- şair, dramaturq, publisist, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan gənclərinin III Ümumrespublika festivalının laureatı (1957), Rəsul Rza mükafatı laureatı (2002).

    1934-cü ildən dekabrın 18-də Bakının Bülbülə qəsəbəsində neftçi ailəsində anadan olmuşdur. 1954-cü ildə burada 208 saylı orta məktəbi bitirəndən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1954-1959).

    Hələ universiteti bitirməmişdən onu ADU-nun komsomol komitəsinin birinci katibi seçmişlər (1958-1961). Bakı Pioner və Məktəblilər Sarayının ədəbi yaradıcılıq dərnəyinin rəhbəri olmuş (1958-1976), yaxsşı işinə görə ÜİLKGİ-nin Fəxri fərmanı ilə təltif edilmişdir.

    ADU-nun jurnalistika kafedrasının aspirantı olmuş (1961-1963), Azərbaycan Xalq Nəzarəti Komitəsində tərcüməçilik etmiş (1963-1976), orada komitə təşkilat şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmişdir (1976-cı ildən), həm də ictimai əsaslarla metodika kabinetinə rəhbərlik etmişdir (1976-1992). Azərbaycan Yazıçılar Birliyi "Oğuz eli" assosiasiyasının işlər müdiri (1992), Suraxanı rayon icra hakimiyyəti başçısının birinci müavini (1992-1993), Bakı və Kəndlər Birliyi Mətbuat xidmətinin rəhbəri olmuşdur (1994-1996). Hazırda fərdi yaradıcılıqla məşğuldur (1996-cı ildən). ədəbi fəaliyyətə 50-ci illərdən başlamışdır.

    Onun "Koreyalı döyüşçüyə" adlı ilk şeri 1950-ci ildə "Pioner" jurnalının 12-ci sayında çıxmışdır. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Şerləri ayrı-ayrı xalqların dilində çap olunmuşdur.

    T.Qurban “Mənim gəncliyim”, “Dostluğun gücü”, “Unudulmayan”, “Yanğı”, “El yolu”, “Gözəllik yarışı”, “Ömrün gənclik yazı”, “Dönməzlik”, “Sara”, “Məcra”, “Düşmənlərindən güclü şəxsiyyət”, “Müqəddəs məkanda Qüdsümüz vardır” və s. kitablarının müəllifidir

    Onun Hacı ZeynalabdinTağıyevə həsr etdiyi "Yaşayan ömür" pyesi Azərbaycan Dövlət Gənclər Teatrında tamaşaya qoyulmuşdur (1993). M.ə.Rəsulzadənin həyatından bəhs edən "Dönməzlik"povesti "Bakının səsi" qəzetinin 1994-cü il may-sentyabr saylarında dərc olunmuşdur. "Yaşıl rəngin işığı" (2002) kitabını tərtib etmişdir. Medlla təltif edilmişdir.

    əsərləri:

    1. Mənim gəncliyil (şerlər), B., Azərnəşr, 1963, 42 səh., 5.000 nüs.
    2. Dostluğun gücü (publisistika), B., Azərnəşr, 1966, 43 səh., 2.000 nüs.
    3. Unudulmayan (şerlər), B., Azərnəşr, 1966, 72 səh., 5.000 nüs.
    4. Yanğı (şerlər), B., Azərnəşr, 1972, 80 səh., 6.500 nüs.
    5. Dostluq və qəhrəmanlıq səhifələri (publisistika), B., Elm, 1975, 41 səh., 500nüs.
    6. "Həqiqət olduğu kimi" (Kitabda ilk dəfə olaraq Mikayıl Rəfilinin fəaliyyəti indiyədək oxuculara məlum olmayan arxiv materialları əsasında göstərilir. Kitabda Mikayıl Rəfiliyə Mir Cəfər Bağırovun etdiyi köməkliklərdən də bəhs edilir). Bakı: 2008, 106 səh

    Kategoriya : ədəbiyyat,


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Teyyub Qurban

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 612

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş