Kullanıcı Tag Listesi

Şahmar Mahrızlı Şeirləri Hər gecə meşəni bürüyən səslər Vəhşi heyvanların qışqırtısıdır. Xışıltı insanı meşəyə səslər, Ağac yarpağının pıçıltısıdır. Ağaclar həmişə qəmim, niskilim,

Bu konu 2742 kez görüntülendi 10 yorum aldı ...
Şahmar Mahrızlı Şeirləri 2742 Reviews

    Konuyu değerlendir: Şahmar Mahrızlı Şeirləri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2742 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Şahmar Mahrızlı Şeirləri

    Şahmar Mahrızlı Şeirləri



    Hər gecə meşəni bürüyən səslər
    Vəhşi heyvanların qışqırtısıdır.
    Xışıltı insanı meşəyə səslər,
    Ağac yarpağının pıçıltısıdır.

    Ağaclar həmişə qəmim, niskilim,
    Zümrüd meşələrin əzəmətidir.
    Ağaclar sanıram danışan dilim,
    Göylərin torpağa məhəbbətidir.

    Ağc var hündürdü, ucadır boyu,
    Ağac var alçaqdı, torpağa bağlı.
    Ağac var müqəddəs bir Tanrı payı,
    Ağac var çat verib - sinəsi dağlı.

    Ağac var qüruru dağlardan uca,
    Ağac var çatladır qayanı, daşı.
    Ağac var insandan qocadır, qoca,
    Neçə əsrə çatar onun yaddaşı.

    Ağac var qoynunda insan uyuyar,
    Ağac var bəzəyər evi, muzeyi.
    Ağac var göz yaşı torpağı yuyar,
    Cənnətə döndərər soyuq quzeyi.

    Ağac var əsadı qoca əlində,
    Ona dayaq olar, köməkdar olar.
    Ağac var namərdin çomaq çiynində,
    Bu yazıq insanı başından vurar.

    Ağac var körpüdü çayın üstündə,
    Gedəni-gələni çaydan keçirər.
    Ağac var canında dadlı şirə var,
    Onu anlayana badə içirər.

    Ağac var ki, başı göyə dikilər,
    Budaqları əngin üfüqə dəyər.
    Düz deyib, düz seçib bizim atalar,
    Ağac bar gətirsə başını əyər.

    Ağac var kəsili, yonulu qalıb,
    Dünyadan köçənin nakam səsidir.
    Ağac var sancılıb, asılı qalıb,
    Bir insan qəbrinin nişanəsidir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Şahmar Mahrızlı Şeirləri

          Kategori: Azeri Şiirler

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 10

          Görüntüleme: 2742

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


  2. #2
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Şahmar Mahrızlı Şeirləri

    Qartal zirvəyə uçur,
    Bağçalarda gül açır.
    Dağ döşündə bənövşə,
    Gülümsəyir günəşə.

    Çağlayan sellər-sular,
    Axar-axar durular.
    Sevənlərin dərdi nə
    Şəlalədən sorular.

    Cəh-cəh vuran bülbülün,
    Naləsində bir avaz.
    Səhər açılan gülün
    Nəfəsində gələn yaz.

    Gözəldi yaz yağışı,
    Tamamlayar hər işi.
    Yaşıllığa bələyər
    Təbiətin alqışı
    Dağı, dərəni, düzü,
    Cənnət olar yer üzü.

    Üfüqlərdən boylanan
    Günəşin şəfəqləri...
    Nurdu qəlbə paylanan;
    Yaylaq yeri çağırır -
    Elatlardı haylanan.

    Yaşıllaşır ağaclar,
    Açılır tər çiçəklər.
    Gül-çiçəkli yamaclar
    ətrafına nur ələr.

    Baharda şimşəyin göydə çaxması,
    Gələn yağışların açar sirrini.
    Bayramda keçəlin papaq atması,
    Artırır baharın gözəlliyini
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


  3. #3
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Şahmar Mahrızlı Şeirləri

    Sulara dikilib iti baxışlar
    Götürüb şəhəri yağan yağışlar.
    Adamlar durub eyvandan baxır,
    Küçədə yağışlar sel kimi axır.
    Damlapdan tökülür gur şəlalələr,
    Sizə nə söyləyim, ah nələr, nələr...
    Bu nə mənzərə, bu nə heyhat
    Şəhərdə dayanıb gurlayan həyat
    Ağaclar islanır, yarpaq yuyulur.
    Havada baharın ətri duyulur
    İndi xatalıdır küçəyə çıxmaq,
    Lazımdı başıma bir çətir tutmaq
    Leysan da yaman həddini aşır
    İslanan paltar da cana yapışır
    Kiməsə ləzzət, kimə əziyyət,
    Su bir həyat, yağış bərəkət.
    Sel də çoxalıb yolladan daşır,
    Ağaclar sevinib, hey pıçıldaşır.
    Gəlibdi həkimə xəstə Gülarə
    Xəstəlik gününü eləyib qara,
    Yoxsa islanmazdı
    Belə olmazdı...
    Qanı qaralsa da, udub hirsini.
    əlləriylə boğur tutub hirsini.
    Həkimin sözünə inanır qəlbən,
    İnamlı olana afərin, əhsən.

    Yolu keçən bir qoca qarı
    əl edir mənə sarı:
    Kömək edin batıram...
    Cəld özümü atıram
    Tutub onun əlindən
    Küçələrin selindən
    Keçirirəm bir təhər,
    Sel-suya batıb şəhər.
    Yağış tutsa da məni
    Demək istəyirəm mən
    Ürəyimdən keçəni.
    Yağış bir bərəkətdi,
    Göydən gələn nemətdi
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


  4. #4
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Şahmar Mahrızlı Şeirləri

    Kim ki, bilmir doğma ana dilini
    O dəyişdirib zəkasını, əqlini.
    Nahaq atır kola-kosa əlini.
    Doğmalığı tapmaz özgə dillərdə
    Xoşbəxt olmaz yad obada, ellərdə.

    Ana dilim anaların laylasıdır, səsidir,
    Bayatılar, qoşmalar...
    Bu dilin sədasını “can” deyənlər eşidir.
    Hər birində nəfəs var.
    Həkk olub yaddaşlara
    Ataların sözləri,
    Hər sözün hikməti var,
    Hər misranın ləngəri.
    Qandan, həm candan gəlir,
    Dərd-qəmi qəlbdən silir.
    Bal ətirli ana dilim,
    Qida verir cana dilim.

    Anamın danışığı,
    Anamın söhbəti
    Xəyalımdan çıxmır qəti.
    Hər sözün öz yeri, sehri,
    Hər sinənin öz nəhri.
    Düşüncələr dildən gəlir,
    Sadəlik, şirinlik eldən gəlir.
    Doğma dilimin sədası
    Kim bilir neçə
    Min ildən gəlir!..
    Öz dilimdə vəsf edirəm bu dünyanı, kainatı;
    Öz dilimdə bəlli mənə o göylərin yeddi qatı.
    Öz dilimdə şirin gəlir
    Söhbət mənə,
    Öz dilimdə dəyər böyük
    Hörmət mənə...
    Bu dil ilə ucalmışam
    Göydən, yerdən güc almışam.

    Ana dilim dünyanın cənnət səsi
    Doğma dilim heyran edər hər kəsi.
    Dilimin kəlmələri
    Titrədər zirvələri
    Dilimin hər kəlməsi
    Sehirə salar məni,
    Büründürər gözəlliyə yaşıl çayır, çəməni.

    Ana dilim hər sözü bir gül çiçəyi
    Bərq vuran qızılgülün ləçəyi
    Təzə-tər sözlərin gözəli-göyçəyi...
    Dağda açılan lalədir,
    Gurlayan şəlalədir...
    Şirinliyin baldır, şəkərdir
    Həmişə təzə-tərdir.

    Ana dilim doğma dilim
    Sən mənim həyat boyu gərəyim.
    Sinəmdə döyünən, vuran ürəyim
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


  5. #5
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Şahmar Mahrızlı Şeirləri

    Mən ingilis dilini yaxşı bilmirəm. ətrabə xanım mənə yeni dərsliyini (“XX əsr Azərbaycan poeziyasının ingilis dilinə tərcümə məsələləri”) verəndə onun tərcüməçiliyə aid olduğunu görsəm də, burada poeziya ilə bağlı materiallar məni cəlb etdi. Bu dərsliyin rəyçiləri filologiya elmləri doktoru, prof. əsgər Zeynalov və filo¬logiya elmləri doktoru, prof. Şahin Xəlilli, elmi redaktoru filologiya elmləri doktoru, prof. Tahirə Məmməddir. Dərdlik 3 bölmədən ibarətdir. I paraqraf “Müasir Azərbaycan poeziyasının ingilis dilli qaynaqlarda öyrənilməsi tarixi”, II paraqraf “Müasir Azərbaycan poeziyasının ingilis dilinə tərcümə xüsusiyyətləri” (bu paraqraf iki yarımbaşlığa ayrılmışdır), III paraqraf “Müasir Azərbaycan qadın şairlərin ingilis dilinə tərcümə prinsipləri” adlanır.
    ətrabə xanım kitabın “Giriş” hissəsində yazır: “Hələ XVIII əsrin ortalarından başlayaraq ingilis alimləri Azərbaycanın klassik şairlərindən bütün Şərq poeziyasında şöhrət tapmış Nizami Gəncəvinin, Xaqani Şirvani, Fələki Şirvani, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və digər dünyaşöhrətli şair və ədiblərin ədəbi irinə müraciət etmiş, bu görkəmli sənətkarların əsərlərini tədqiq edərək öyrənmiş və eyni zamanda doğma dillərinə çevirmişlər. Həmçinin Cefri Coser (1340-1400), Kristofor Marlo (1564-1583), Vilyam Şekspir (1564-1616) və Corc Qordon Bayron (1788-1824) kimi dünya şöhrətli sənətkarların əsərlərinin Azərbaycan dilinə tərcüməsi bu iki dünya arasında qarşılıqlı ədəbi əlaqələrin sıx olduğunu göstərir”.
    Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, Corc Qordon Bayronun “Şərq poemaları”nı dəfələrlə oxusam da doymamışam. Sanki bu poemaları bir avropalı şair deyil, bir şərqli yazıb. Müəllif haqlı olaraq göstərir ki, klassik Azərbaycan şair¬lərinin əsərlərinin xarici dillərə tərcümə edilməsi məsələsi Qərbdə Şərq mövzuları ilə yeni əsərlərin yaranmasına imkan yaratmışdır. “Böyük Teymurləng”, “Lalə rux”, “Şərq poemaları” kimi əsərlər bu qəbildəndir.
    ətrabə xanım Müasir Azərbaycan poeziyasının ingilisdilli qaynaqlarda öyrənil¬məsi tarixinə də xüsusi diqqət yetirib. O, İngiltərədə 1960-cı ildən dərc olunan “Mərkəzi Asiya İcmalı” (Centrel Asian Review) adlı jurnalda Azərbaycan ədəbiyyatı ilə bağlı məqalə və Azərbaycan poeziyasından nümunələr verildiyini qeyd edir. Tədqiqatçı göstərir ki, 1964-cü ildə ingilis, fransız, ərəb və fars dillərində “Dost əlləri” adlı kitabda C.Cabbarlı, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Osman Sarıvəlli, əhməd Cəmil, Bəxtiyar Vahabzadə kimi görkəmli şairlərin ingilis dilinə edilmiş tərcümələri verilmişdir. ətrabə xanım Moskvada ingilis dilində çap olunan (“Proqres” nəşriyyatı) “Azərbaycan poeziyasının antologiyası”nı mühüm hadisə kimi qiymətləndirərək burada Müasir Azərbaycan poeziyası, onun nümayəndələri barədə məlumatlar verildiyini deyir.
    O, əvvəlcə II paraqrafın I yarımbaşlığında Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rzaya, II yarımbaşlığında Bəxtiyar Vahabzadə, Fikrət Qocaya, III paraqrafda isə Müasir Azərbaycan qadın şairlərinə (Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Mədinə Gülgün, Hökümə Billuri) yer ayırmışdır. Deməli, bu dərslikdə Müasir Azərbaycan poeziyasının ən görkəmli nümayəndələri təmsil olunmuşlar.
    Mən maraqla kitabı vərəqlədikcə səhv etmədiyimi anladım. Eyni zamanda burada verilən şeirlər məndə xoş təəssüratlar yaratdı.
    Öncə S.Vurğunun “Azərbaycan” şeirindən başlamaq istəyirəm. Müəllif bu barə¬də yazır ki, bu şeir dəfələrlə müxtəlif mütərcimlər (Herbert Marşal, Piter Tempest, Qladis Ebans, ənvər Rza, Volter Meyl) tərəfindən ingilis dilinə çevrilmişdir. Eyni zamanda tədqiqatçı bu tərcümələr arasında Qladis Evansın tərcüməsinin orijinala uyarlığını da, həm də ənvər Rzanın tərcüməsini də qiymətləndirir. O göstərir ki, burada milli kolorit saxlanmışdır, tərcümədə musiqi əhval-ruhiyyəsi duyulur. Müəllif Səməd Vurğunun “Azərbaycan” şeirinə böyük dəyər verərək yazır: “Azərbaycan” şeiri bir musiqidir, axıcı, qəlblərə nüfuz edən bir musiqi”.
    Maraqlıdır ki, dərslikdə belə sevgi, belə məhəbbət Rəsul Rza yaradıcılığına da aiddir:
    Onun “Dənizin rəngləri” şeirində bunu görürük. Şair yazır:

    Dəniz nə rəngdədir,
    mavi?
    Eləmi?
    Ancaq mən dənizi yaşıl görmüşəm,
    Dəniz qara olur;
    Eləmi?
    Ancaq mən dənizi qara görmüşəm,
    Dəniz qara olur;
    eləmi?
    Ancaq mən dənizi ağ görmüşəm.
    Mən dənizi üşüyən görmüşəm,
    Mən dənizi acıqlı da görmüşəm,
    gülən də.
    Nə rəngdədir dəniz?

    Burada müxtəlif insan xarakterləri dənizin timsalında ustalıqla verilib. Dəniz də insan kimi “üşüyə”, “gülə”, “acıqlı ola” bilir. Kitabda Bəxtiyar Vahabzadənin şeirləri də xüsusi diqqətçəkicidir. Onun “Mənim anam” şeiri xüsusilə gözəldir.

    Savadsızdır,
    Adını da yaza bilmir
    Mənim anam...
    Ancaq mənə
    Say öyrədib,
    Ay öyrədib,
    İl öyrədib.
    ən vacibi:
    Dil öyrədib
    Mənim anam...
    Bu dil ilə tanımışam
    Həm sevinci,
    Həm qəmi...
    Bu dil ilə yaratmışam
    Həm şeirimi,
    Həm nəğməmi.
    Yox, mən heçəm,
    Mən yalanam,
    Kitab-kitab sözlərimin
    Müəllifi: mənim anam!

    B.Vahabzadə burada anasının savadsız olduğunu göstərməklə ondan nələri əxz etdiyini sadalayır, ən vacib olanı da unutmur, diqqət mərkəzində saxlayır. Çünki bu, yəni ana dili hər bir xalqın milli varlığını, onun əzəmətini göstərir.
    ətrabə xanım B.Vahabzadə haqqında belə yazır: “Şair nədən yazır-yazsın, təsvir etdiyi hadisəni o qədər canlı, inandırıcı verir ki, bu onun bir söz ustası olduğunu bir daha təsdiqləyir”. Müəllifin bu sözlərinin təsdiqi kimi böyük şairimizin “əks-səda” şeirinə baxaq:

    əgər qalxsan
    Uca dağlar zirvəsinə
    Səs alarsan öz səsinə.
    O zaman sən
    Demə təksən
    əgər ensən
    Dərin-dərin dərələrin
    Tərkinə sən,
    Səs salarsan səsinə sən
    Onda demə, demə, təksən!
    əks-səda!-
    Bu səs nədir?
    əks-səda - dərinlikdə
    əks-səda - zirvədədir.
    Dərinliyə əgər ensən,
    Ucalığa əgər qalxsan.
    Cansız daşdan, qayadan da
    Səsinə səs alacaqsan.

    Burada şair zirvə, dərə, dərinlik, ucalıq kimi əks mənalı işlətməklə sanki həyatın enişli-yoxuşlu yollarını göstərir, olduqca maraqlı məntiqi durum yaradır. Yəni insan mübariz olmalı, enmə ilə ucalmanın mütənasibliyini anlamalıdır. Müəllif bu dərslikdə qadın şairlərimizin şeirlərindən də maraaqlı örnəklər vermişdir. Sevimli şairimiz Nigar Rəfibəylinin “Durnalar” şeiri bu qəbildəndir.

    Mən
    yuxuda durna oluram
    gecələr,
    Çırpıb qanadlarımı
    yerdən üzülürəm.
    Geniş-geniş havalarda səf çəkən
    Durnaların qatarında düzülürəm.
    Uçuruq uca birlikdə,
    Uçuruq diyar-diyar...
    Uçuruq - qəlbimizdə
    Torpaqdan aldığımız
    ən şirin,
    ən incə
    ən sevimli arzular...
    Səhər şəfəqlər oyadır məni
    Sevinə-sevinə durub
    Qalxıram ayağa:
    Sonra bütün günü
    Nə həvəsim olur,
    Nə macalım,
    Bir də yerdən üzülüb
    Durna olmağa.

    Bu şeirdə “Durnaların qatarına düzülürəm”, “uçuruq” sözünün üç dəfə dalbadal işlənməsi ona xüsusi təravət və musiqililik gətirmişdir. Təbii ki, bu şeirin gözəlliyi, təbiiliyi göz önündədir.
    İndi Mirvarid Dilbazinin “Meşə və mən” şeirinə baxaq:

    Gecə mən də yatmadım, meşə də,
    Meşə kefdə, büsatda,
    mən əndişədə...
    Meşə sevmək həvəsinə düşdü,
    Ulduzlarla görüşdü,
    Sonra Ay ilə başladı ülfəti,
    Kəsmədi sübhə qədər şirin söhbəti.
    Bu bəxtəvər
    Bildi ki, Günəş də doğacaq səhər.
    Mənimsə bir sevgilim var,
    O da uzaqda,
    Könlümlə danışıram
    Bu yalqız otaqda.

    Bu şeirin haqqında hər şey elə onun özündən görünür.
    İndi də Mədinə Gülgünün bir şeirinə baxaq:

    Elə əvvəlki tək
    Bir otaq gülüşüm,
    qönçə-qönçə
    könül mahnılarım.
    Sənə dediklərimdən çox
    Nə qədər şirin arzular.
    Səndən gizli çəkdiyim
    Qəlbimi incidən
    ayrılıq, intizar.

    Yenə Mədinə Gülgündən bir örnəyə nəzər salaq:

    Ömrüm, günüm
    dəyişən bilir nədir.
    Alnımdan artan cizgilər
    Ürəyimin döyüntüsü,
    Gecələrin rahat yuxusu,
    Saçımın qarası.
    Dəyişir,
    tərk edir məni
    cavanlıq dünyası...

    Hər iki şeirdə şairənin ürək döyüntüləri əks olunsa da, ikinci şeirdə daha çox qocalığın xoşbəxtliyini, onun cavanlıq dünyasını dəyişdiyini göstərir.
    əlbəttə, dərslikdə insanı heyrətləndirən gözəl şeirlər kifayət qədər verilmiş, eyni zamanda bu şeirlərin ingilis dilinə tərcüməsinin vəziyyəti sıx-sıx örnəklərlə göstərilmişdir. Müəllif imkan düşdükcə hər bir şair haqqında yaddaqalan müla¬hizələr söyləyir, onların hər birinin Müasir Azərbaycan poeziyasında özünəməxsus yeri olduğunu deyir. Dərsliyin müsbət tərəfi odur ki, burada öz əksini tapan Müasir Azərbaycan poeziyası dilimizin saflığını, koloritini, dünya dilləri arasında özünəməxsus yerini əks etdirir
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


  6. #6
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Şahmar Mahrızlı Şeirləri

    Novruzun gəlişi sevinc gətirər,
    Ürək tel-tel olar, qəlb təzələnər.
    Adam tənbəlliyi salıb itirər,
    Bu gələn baharla təb təzələnər.

    Gözəllik artıqca cana can gələr,
    Novruz bayramında sevinər hamı.
    Kədəri, ələmi könüldən silər,
    Xoş keçər, xoş gələr elin bayramı.

    Ötəni-keçəni salıb yadıma,
    Novruz bayramında xəyallanaram.
    Bayram atəş qatar ürək oduma,
    Anadan olduğum kəndi anaram.

    Xəyallar qəlbimə sevinc gətirər,
    Novruzlu günlərin qanadlarımda.
    Ürəkdə duyğular çiçək bitirər,
    Bu dəli könlümün ilk baharında
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


  7. #7
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Şahmar Mahrızlı Şeirləri

    Mən buranı sevirəm, burda qalacağam,
    Kəndimizin ətrini burda alacağam.
    Addım-addım gəzək mən bu guşəni,
    İyləyərək taxaram sinəmə bənövşəni.

    Yapışıb ağacların kökündən, budağından,
    Doymaram bu çiçəkli, bərəkətli bağından.
    Gəzərəm üzərində göy çəmənlərin,
    Duyaram ətrini tək çiçəklərin,
    ətirli yasəmənin.

    Basaram bağrıma torpağını, daşını,
    Öpərəm onun hər qarışını.
    Jaləli otların ətirnə bax sən,
    Doya bilməzsən nə qədər sevsən.

    Yığaram meyvələri qarğı səbətə
    Vurularam ürəkdən bu təbiətə.
    Alma, heyva, alça, nar
    Gilas, qıpqırmızı gilənar...
    Baldan şirin Bakı şanı
    Üzürəm bircə-bircə kəhrəbanı.

    Qoz, fındıq burda badam,
    Yedikcə də doymur adam.
    Yumruq boyda şaftalı
    Yetişibdi, bu il boldu albalı...
    Heç yerdə olmaz Bakı ənciri,
    Şəkərdi, qənddi onun hər biri.

    Demirəm mən əriyi, o xar tutu,
    Ayaqyalın gəzdiyim o çəmən otu...

    Yarpağın, ağacın sərin kölgəsi,
    Oxuyan, ötüşən quşların səsi.
    Cəh-cəh, civiltisi həzin nəğməsi
    Bağçanın gülləri, yaşıl çəməni
    Səhərdən qoynuna səsləyər məni.

    Novxanı bağları bir aləm yerdi,
    Sirli-sehrlidi,
    İncidi, dürdü.
    Zəhmət adamına bar, bəhər verər,
    əmək insanlara
    Ləl-gövhər verər
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


  8. #8
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Şahmar Mahrızlı Şeirləri

    Dekabrın son günün bu dəfə,
    Ömürdən çevrildi yeni səhifə.
    Mənim o arxada qalan günlərim
    Ötənlərim, ünlərim...
    Uşaqlıq xatirələrim,
    Yadda qalan illərim...
    Cığırlarda batıb qalan izlərim
    Şirin söhbətlərim, şirin sözlərim.
    Keçirdiyim çətinlikdən
    əzab verən gərginlikdən,
    Nədən-nədən gördüklərim
    Tay-tuş arasında
    Mənim öz məqamım, mənim öz yerim
    Uğurlarım, sevinclərim,
    İtirdiyim, tapdıqlarım...
    Yaddaşıma həkk olunan könül varım.
    Bir tərəfdə sevincdir,
    Bir tərəfdə kədərdir;
    Həddi-hüdudu yoxdur
    Gör nə qədərdir.

    Yaddaşımda uşaqlığım...
    Böyüməyim, boy atmağım
    Göz önündə...
    Sentyabrın bir günündə
    Mən məktəbə gedəndə
    Bir dəstə məxmər gülü
    Anam verdi əlimə:
    -Apar oğlum, məktəbə, verərsən müəlliminə.
    Gedərdim məktəbə atılıb düşə-düşə,
    Ana məktəb müqəddəs, bir guşə
    Dərsdən çıxıb düzələrdik yollara
    Yüyürərdik yamaclara, yollara.
    əyri-əyri cığırlarla
    Gəlib evə çıxardıq,
    Çantamızı sinəmizə sıxardıq.
    Nahar edib, sonra qalxıb ayağa,
    Sonra qoyun-quzunu
    Aparardıq otlağa.
    Yayılardı dağ döşünə quzular
    Səslənərdik:
    -Kimin cibdə düzü var.
    Yemlik yeyək, sonra kitab oxuyaq,
    Məktəbdə də qoy üzümüz oldun ağ.
    Qanqalın ləzzəti yaddan çıxmazdı
    Bu dadı bilməyən uşaqlar azdı.
    Ora-bura qaçışardıq,
    Yeri gəlsə vuruşardıq;
    Küsüşərdik, barışardıq...
    Günlər gözəl günlər idi,
    Ünlər gözəl ünlər idi.
    İndi o günlər hanı,
    İndi o ünlər hanı?
    Tapa biləm görən
    O xoş günü, o anı.
    O uşaqlıq illəri.
    Yaddaşımda iz qoydu.
    O illər ötüşsə də
    Sinəm altda kor qoydu
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


  9. #9
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Şahmar Mahrızlı Şeirləri

    Götürüb şəhəri isti buğanaq,
    Günəş od ələyir yer kürəsinə.
    İstidən od tutub yerdə də torpaq,

    İsti nəfəslərdən hava buğlanır,
    Saralır yarpaqlar, göy çəmənlər də.
    Bağlar, bağçalar hər gün sulanır,
    İstidən yanmasın yasəmənlər də.

    İstidən alovlanır o meşələr də,
    Bölgəyə gəlib isti quraqlıq.
    Daima fırlanan o sərinkeşlər də
    İnsana rahatlıq verir azacıq.

    Günəş istisindən qaçır adamlar,
    Kölgəlik axtarır, ağac axtarır.
    İnsanı yandıran betər isti var,

    Mer-meyvə bolluğu artsa da yayda,
    İstidə adama verməyir fayda.
    Dağların ətəyi çəkir insanı,
    Yayda yaylaqlardan gözəl yer hanı.

    Axşam düşən kimi sərinlik düşür,
    Darıxan ürəklər bir az şad olur.
    Yenə də bağlarda quşlar ötüşür,
    Xoş sözlə-söhbətlə könüllər dolur.

    Çiçəklər açılır, gülür təbiət,
    Hopur bədənlərə bir az sərinlik.
    Daha istidən də yoxdur əlamət,
    Sanki cana gəlir solan çəmənlik.

    Şəhər nur içində uyuyar indi,
    Adama can verir Bakının mehi.
    Gizlənən böcəklər axır dilləndi,
    Oxuya-oxuya gətirər şehi.

    Budaqlar yellənir odur bir anlıq,
    Yarpaqlar tərpənib silkələnirlər.
    Şirəli otlar da, göyərtilər də
    Ağaclar altında kölgələnirlər
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


  10. #10
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Şahmar Mahrızlı Şeirləri

    Yuxuya bax, yuxuya
    Çökübdü gözlərimə.
    Gərək bir az uyuyam -
    Bir az canım dincələ,
    Ürək yerinə gələ.
    Yenə apardı yuxu,
    Bir qurğu qurdu yuxu.
    Gördüm gözəl bir aft,
    Qiyamətdi, qiyamət.
    Şirin dildi, gülərüz.
    Mənlə durub üzbəüz.
    Şən nəğmələr oxuyur,
    Həyətdəki güllərdən
    Mənə çələng toxuyur.
    Oxuyur şirin səslə,
    Həm sevinclə, həvəslə.
    Sonra tutub əlimdən
    Məni dartır yel kimi,
    Di gəl ki, gözlərimdən
    Yaşlar axır sel kimi.
    Oturmuşuq çəməndə,
    Üzüb çiçəyi mən də
    Hey göylərə atıram.
    O güllərin ətrindən
    Ovqatıma qatıram.
    İkimiz dəli kimi...
    Baxırıq o güllərə,
    Güllər yapışqan kimi
    Yapşır hey əlləə.
    Ayılıram, qalxıram,
    Ürəyim olmur aram.
    Hara getdi o gözəl,
    Gözdən itdi o gözəl?!
    Bağça hanı, bağ hanı,
    Hanı qızların xanı?!
    Baxıram ki gecədir,
    Kədər məni incidir.
    Mənə doğru gəlirmiş,
    Gördüyüm yuxu imiş
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş