Kullanıcı Tag Listesi

Fəxrəddin Nəcəfov Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Nəcəfov Fəxrəddin Vəliyəddin oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Nəcəfov Fəxrəddin Vəliyəddin oğlu 1967-ci il martın 31-də Bakı şəhərində doğulmuşdur. 1984-cü ildə Nəsimi rayonu 19 saylı orta məktəbini bitirmiş, Bakı Çini Qablar Zavodunda əmək fəaliyyətinə başlamışdır. Bir il sonra hərbi xidmətə çağırılır. Arxangelsk vilayətində ordudan

Bu konu 904 kez görüntülendi 1 yorum aldı ...
Hərb işi - Fəxrəddin Nəcəfov 904 Reviews

    Konuyu değerlendir: Hərb işi - Fəxrəddin Nəcəfov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 904 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.321
    Konular
    10706
    Beğendikleri
    10
    Beğenileri
    133
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Hərb işi - Fəxrəddin Nəcəfov

    Fəxrəddin Nəcəfov


    Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Nəcəfov Fəxrəddin Vəliyəddin oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

    Nəcəfov Fəxrəddin Vəliyəddin oğlu 1967-ci il martın 31-də Bakı şəhərində doğulmuşdur.

    1984-cü ildə Nəsimi rayonu 19 saylı orta məktəbini bitirmiş, Bakı Çini Qablar Zavodunda əmək fəaliyyətinə başlamışdır. Bir il sonra hərbi xidmətə çağırılır. Arxangelsk vilayətində ordudan tərxis olunur və vətənə qayıdır.

    DİN-nin Yanğından Mühafizə İdarəsində işə qəbul olunur. 1988-ci ildə nazirliyin təqdimatı ilə Xarkov Yanğından Mühafizə Ali Hərbi məktəbinə göndərilir. Təhsilini başa vuraraq, 1990-cı ildə F. Nəcəfov 14 saylı Yanğından Mühafizə İdarəsində qarovul rəisi vəzifəsinə təyin olunur.

    1991-ci ildə F. Nəcəfov vətənin müdafiəsi üçün könüllü olaraq Qarabağ cəbhəsinə yollanır. İlk döyüşə Goranboy rayonundan başlayan qəhrəmanımız, 1992-ci ildə Ağdam cəbhəsində hissələrin birinə bölük komandiri təyin edilir. Ağdamın Canyataq və Gülyataq kəndlərində gedən döyüşdə öz dəstəsi ilə mühasirəyə düşür.

    Yüksək taktika nəticəsində mühasirədən azad olur. Bir neçə yerindən yaralanan Fəxrəddin müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdır.

    1992-ci il sentyabrın 4-də Ağdərənin Çıldıran kəndi istiqamətində gedən döyüşdə qəhrəmanlıq göstərən komandir, həlak olur.

    Subay idi.

    Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

    Nəsimi rayonundakı 266 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Məktəbin həyətində büstü qoyulmuşdur.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hərb işi - Fəxrəddin Nəcəfov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 1

          Görüntüleme: 904


  2. #2
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Hərb işi - Fəxrəddin Nəcəfov

    ellerine saglik
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş