Mərifət Nəsibov
Azərbaycan Respublikası prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Nəsibov Mərifət əhməd oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Nəsibov Mərifət əhməd oğlu 1972-ci il mayın 22-də Qazax rayonunun Məzəm kəndində dünyaya gəlib. İlk təhsilini 1979-cu ildə doğma kəndlərində almış, 1989-cu ildə Aşağı əskipara kənd orta məktəbini bitirmişdir.
1990-cı ildə hərbi xidmətə çağırılmış, bir il Sovet ordusu sıralarında xidmət etmişdir. Vətənə qayıdan M. Nəsibov Milli Ordu sıralarına çağırılır. Döyüş zamanı həmişə öndə olmağa üstünlük verir, şəxsi igidlik göstərirdi. Qazax rayonunun Ermənistanla sərhəd kəndlərini cəsur bir əsgər kimi qoruyur.
1992-ci il yanvarın 28-də Qazax rayonunun Quşçu Ayrım kəndində gedən mövqe döyüşləri zamanı qəhrəmancasına həlak olur.
Subay idi.
Qazax rayonunun Məzəm kəndində dəfn edilmişdir.
Qazax rayonundakı H. əliyev parkında adına bulaq tikilmişdir.
Yer imleri