Kullanıcı Tag Listesi

Kamil Nəsibov Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Nəsibov Kamil Baladə oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Nəsibov Kamil Baladə oğlu 8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olmuşdur. 1963-cü ildə təhsilini Laçın rayonunun Minkənd kəndində bitirir və həmin ildə ordu sıralarına hərbi xidmətə çağırılır. Üç illik hərbi xidmətdən sonra vətənə qayıdır. 1973-cü ildə Azərbaycan

Bu konu 1048 kez görüntülendi 0 yorum aldı ...
Hərb işi - Kamil Nəsibov 1048 Reviews

    Konuyu değerlendir: Hərb işi - Kamil Nəsibov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1048 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.321
    Konular
    10706
    Beğendikleri
    10
    Beğenileri
    133
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Hərb işi - Kamil Nəsibov

    Kamil Nəsibov


    Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Nəsibov Kamil Baladə oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

    Nəsibov Kamil Baladə oğlu 8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olmuşdur.

    1963-cü ildə təhsilini Laçın rayonunun Minkənd kəndində bitirir və həmin ildə ordu sıralarına hərbi xidmətə çağırılır. Üç illik hərbi xidmətdən sonra vətənə qayıdır.

    1973-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olur. Ali təhsilini başa vurduqdan sonra Minkənddə yerləşən Tikinti Materialları Bazasına müdir təyin edilir. Tez -tez ermənilər tərəfindən hücuma məruz qalan Laçın təhlükə qarşısında idi.

    Özünümüdafiə dəstəsi yaradaraq rəhbərliyi öz üzərinə götürür və dəfələrlə kəşfiyyata çıxır. Fərəcan, Səfiyan, Çağazur, Malıbəy, Cicimli, Qızdərə kəndlərinin müdafiəsində böyük xidmətləri olmuşdur. Bu bölgələrin düşməndən təmizlənməsində də igidlik göstərmişdir.

    29 iyun 1992-ci il "Qonaqgörməz" yüksəkliyi uğrunda gedən döyüşlərdə K. Nəsibov taqımı ilə hücuma keçir. Qızğın döyüşdə snayper yarası alan Kamil Nəsibov qəhrəmancasına həlak olur.

    Ailəli idi. Dörd övladı yadigar qalıb.

    Ağcabədi rayonunda dəfn edilmişdir.

    Doğulduğu kənddəki Mədəniyyət evi onun adını daşıyır.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hərb işi - Kamil Nəsibov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1048


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş