Aqil Musayev
Azərbaycan Respublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Musayev Aqil Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Musayev Aqil Hüseyn oğlu 1974-cü il 3 noyabrda Qazax rayonunun Aşağı əskipara kəndində dünyaya göz açmışdır. 1991-ci ildə məktəbi bitirmiş, Qazax şəhərindəki 117 saylı texniki-peşə məktəbinə daxil olmuşdur. sürücü peşəsinə yiyələnən Aqil 1993-cü ildə Milli Ordu sıralarına çağırılır.
Təlim-məşq toplantısında iştirak edərək, 777 saylı hərbi hissənin tərkibinqdə cəbhəyə getmişdir. Aqilin ilk döyüşü Ağdam bölgəsində olmuşdur.
O, Füzuli və Tərtər bölgələrində də erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak etmişdir. Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmış, bir müddət müalicə aldıqdan sonra yenidən səngərə qayıtmışdır.
1994-cü il 5 oktyabrda Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərkən qəhrəmancasına həlak olmuşdur.
Subay idi.
Qazax rayonunun əzizbəyli kənd Şəhidlər xiyabanında dəfn edilmişdir.
Yer imleri