Elşad Hüseynov
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Elşad Eynulla oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Hüseynov Elşad Eynulla oğlu 1960-cı il oktyabr ayının 8-də Masallı rayonunun Xıl kəndində doğulmuşdur.
1978-ci ildə burada orta məktəbi bitrdikdən sonra bir il sovxozda fəhlə işləmişdir. 1979-cu ildə hərbi xidmətə çağırılır, Batumi şəhərində xidmət edir və 1981-ci ildə ordudan tərxis olunur. Həmin ildə Bakı şəhər Səbail rayonunda DİŞ-nin nəzdində, mühafizə şöbəsində milis nəfəri kimi işə qəbul olunmuşdur.
1986-cı ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis məktəbinin qiyabi şöbəsinə daxil olmuş və 1989-cu ildə təhsilini başa vurmuşdur. O, cəbhəyə göndərilməsi barədə bir neçə dəfə DİN-ə müraciət etmişdir.
1991-ci ildən etibarən müntəzəm olaraq, cəbhə bölgəsinə getməyə başladı. Füzuli və Tərtər bölgələrində oldu. Marağa, Cuvarlı, Marquşevan, Ağbulaq kəndlərinin azad olunmasında şücaət göstərib. 1992-ci il 15 iyunda Ağdam istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
Ailəli idi. Üç qızı yadigar qalıb.
Masallı rayonunda adına küçə var. Masallı rayonunun Xıl kəndində büstü qoyulmuşdur
Yer imleri