Hikmət Muradov
Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Muradov Hikmət Oqtay oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Muradov Hikmət Oqtay oğlu 23 yanvar 1969-cu ildə Bakı şəhərində doğulmuşdur.1976-cı ildə 190 saylı məktəbi bitirmişdir.
Həmin ildə Krasnokutsk Mülki Aviasiya Məktəbinə daxil olmuş, 1991-ci ildə məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Sonra isə Kiyev Ali Mülki Aviasiya İnstitutunun qiyabi şöbəsinə daxil olur.
Yevlax Hava Yollarında 2-ci pilot kimi fəaliyyətə başladı. 1991-ci ilin 29 oktyabrında xüsusi tapşırıqla xidmət borcunu yerinə yetirir.
Xocalı rayonunun Xanabad kəndi ərazisində onun idarə etdiyi AN-2 təyyarəsi şiddətli raket atəşi nəticəsində zədələnir. Təyyarəni və ekipajı təhlükəsiz yerə çatdırmaq istəsə də, düşmən atəşinə tuş gəlir və qəhrəmancasına həlak olur.
Subay idi.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Vaxtilə oxuduğu 190 saylı orta məktəbdə barelyefi vurulmuşdur.
Yer imleri