Elşən Hüseynov
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Hüseynov Elşən İbrahim oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Hüseynov Elşən İbrahim oğlu 30 iyun 1976-cı ildə Saatlı rayonunun Qıraqlı kəndində dünyaya gəlib. 1983-cü ildə həmin kənddə birinci sinfə getmiş, 1993-cü ildə onuncu sinfi bitirmişdir.
1994-cü ildə Saatlı rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılmışdır. Xidmət etdiyi hərbi hissədə hər kəsin hörmətini qazanan Elşən hərbi xidmətini başa vurur və doğma kəndinə qayıdır.
1995-ci il 17 mart hadisələri zamanı Elşən Hüseynov da öz vətəndaşlıq borcunu yerinə yetirərək, Milli ordu sıralarına qoşulmuş, qəhrəmanlıq nümayiş etdirmişdir. Lakin, döyüş zamanı düşmən gülləsi Elşənin ömrünə son qoydu.
Elşən Hüseynov 1995-ci ilin 17 martında qəhrəmancasına həlak olmuşdur.
Subay idi.
Saatlı rayonunun Qıraqlı kəndində dəfn edilmişdir. Saatlı rayon Mərkəzi xəstəxanası onun adını daşıyır.
Yer imleri