Kullanıcı Tag Listesi

Saqqallı uşaq Bu hekayəni nağıl eləməmişdən qabaq bunu istəyirəm deyəm ki, bir para uşaqlarda belə bir pis xasiyyət olur ki, əllərinə karandaş düşən kimi başlayırlar evin divarlarını yazmağa. Hələ çoxusu kömürnən də, təbaşirnən də yazır. Hələ sən kömürü və təbaşiri deyirsən, mən elə pis uşaq görmüşəm ki, əlinə mismarı, ya bıçağı alıb divarları cızıb xarab eləyir. Nədənsə, divar yazan uşaqlarnan mənim aram yoxdu; ondan ötrü ki, həylə sən yaxşı uşaqdan və könlün məşq eləmək istəyir,

Bu konu 657 kez görüntülendi 0 yorum aldı ...
Saqqallı uşaq 657 Reviews

    Konuyu değerlendir: Saqqallı uşaq

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 657 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.462
    Konular
    5174
    Beğendikleri
    0
    Beğenileri
    26
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Saqqallı uşaq

    Saqqallı uşaq

    Bu hekayəni nağıl eləməmişdən qabaq bunu istəyirəm deyəm ki, bir para uşaqlarda belə bir pis xasiyyət olur ki, əllərinə karandaş düşən kimi başlayırlar evin divarlarını yazmağa. Hələ çoxusu kömürnən də, təbaşirnən də yazır. Hələ sən kömürü və təbaşiri deyirsən, mən elə pis uşaq görmüşəm ki, əlinə mismarı, ya bıçağı alıb divarları cızıb xarab eləyir.
    Nədənsə, divar yazan uşaqlarnan mənim aram yoxdu; ondan ötrü ki, həylə sən yaxşı uşaqdan və könlün məşq eləmək istəyir, götür kağızı, qələmi, bir yerdə otur və nə qədər kefindir, yaz.
    İndi keçək nağılımıza.
    Mən elə bilirdim ki, bizim uşaqlar özgə uşaqlar kimi o qədər də divar yazan deyirlər; çünki çox nəsihət eləmişdim və onlar da mənə söz vermişdilər ki, divarları yazmayacaqlar. Amma axır vaxtlarda gördüm ki, balkonun divarında, qapının dalında bir xəlvət yerdə bir belə şəkil çəkilib; deyəsən, bir heyvan başıdır, qulaqları da deyəsən var, bir-iki ayağı da var, altında beş dəfə əlif yazılıb və bundan savayı beş-altı yumru şey çəkilib. Bunların hamısı karandaş ilə yazılıb, elə naşı kobud yazılıb ki, bunu uşaqdan savayı heç kəs yaza bilməz.
    Xoşuma gəlmədi, çağırdım uşaqları:
    -ədə, genə divarları yazırsınız?
    Üçü gəldi durdu yazının qabağında.
    -Hansınız yazmısınız?
    Üçü də dandı.
    -Elədə pəs şeytan yazıb?
    -Dədə, vallah mən yazmamışam.
    -Dədə, mən də yazmamışam.
    Balaca Qurban da “mən yazmamışam” deyə-deyə əllərini üzünə qoyub ağlamağa başladı.
    Mən deyinə-deyinə bir əski tapıb yazıntı təmizlədim və deyinə-deyinə çəkildim getdim. Amma bunu eşidirdim ki, Heydər Teymura deyirdi: - Sən yazmısan. - Teymur da Heydərə deyirdi: - Sən özün yazmısan.
    Burada ağlayan oğlum Qurban qaça-qaça gəldi yanıma, guya ki, bir böyük xəbər gətirib.
    -Dədə, o yazını Heydər yazıb; vallah, dədə, Heydər yazıb.
    Heydər də acıqlı-acıqlı gəldi durdu Qurbanın qabağında və əllərini ata-ata elə hirsnən cavab verdi ki, az qalırdı əllərini soxa uşağın gözünə.
    Mən acıqlandım və üçü də sakit olub istədilər gedələr, mən onları saxladım və bunu dedim:
    Mən bircə bunu soruşdum ki, divara yazdığının mənası nədir?
    Mənası bu imiş: Kəblə əzim istəyirmiş bir inək çəkə və inəyin altında yazdığı beş cızığın mənası bu imiş ki, mən ona beş manat inək yağından borclu qaldım. Girdə yazılar yumurtadan qalan borcumun hesabı imiş. Mən genə güldüm və uşaqlarımı çağırdım və onlara belə dedim:
    -Uşaqlarım, uşaqlarım, gəlin, bura gəlin.
    Uşaqlar doluşdular və gözləri divara sataşan kimi çox-çox təəccüb elədilər və məndən soruşmağa başladılar:
    -Dədə, bunu kim yazıb?
    Dedim:
    -Balalarım bu yazını yazan da sizin kimi uşaq idi; ancaq bircə təvafütünüz oradadır ki, onun saqqalı var, sizin hələ saqqalınız yoxdur.
    Uşaqlar gülüşdülər və məlum ki, bunların gülüşüb şad olmaqlarına böyük bir səbəb var idi ki, hər bir oxucuya aşikar olsun gərək.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Saqqallı uşaq

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 657

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş