Qarabağın musiqi mədəniyyəti tarixi http://garabagh.net/uploads/musiqimedeniyyetitarixia.jpg XIX əsrdə Azərbaycanın digər bölgələrində olduğu kimi, onun həmişə yüksək mədəni səviyyəyə malik olan Qarabağ bölgəsində də incəsənətin inkişafı xüsusi mərhələyə qədəm qoymuşdu. Tarixən Azərbaycan incəsənətinə çoxlu xanəndələr, musiqi ifaçıları, bəstəkarlar, dirijorlar, teatr xadimləri, şair və yazıçılar bəxş etmiş Qarabağın musiqi mühiti zənginliklərlə dolu olmuşdur. XIX əsrdə

Bu konu 2438 kez görüntülendi 0 yorum aldı ...
Qarabağın musiqi mədəniyyəti tarixi 2438 Reviews

    Konuyu değerlendir: Qarabağın musiqi mədəniyyəti tarixi

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2438 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Qarabağın musiqi mədəniyyəti tarixi

    Qarabağın musiqi mədəniyyəti tarixi






    XIX əsrdə Azərbaycanın digər bölgələrində olduğu kimi, onun həmişə yüksək mədəni səviyyəyə malik olan Qarabağ bölgəsində də incəsənətin inkişafı xüsusi mərhələyə qədəm qoymuşdu.
    Tarixən Azərbaycan incəsənətinə çoxlu xanəndələr, musiqi ifaçıları, bəstəkarlar, dirijorlar, teatr xadimləri, şair və yazıçılar bəxş etmiş Qarabağın musiqi mühiti zənginliklərlə dolu olmuşdur.
    XIX əsrdə Azərbaycanda aşıq sənəti də geniş inkişaf etmişdi. Aşıq Məhəmməd (1834-1914), Aşıq Əziz (1825-1918), Aşıq Hüseyn (1800-1880), Aşıq Əli (1907-1917), Aşıq Ələsgər (1821-1926), Molla Cümə (1855-1919) və başqalarının yüksək sənətləri Qarabağın aşıq sənətinin inkişafına da öz müsbət təsirini göstərmişdir.
    Qarabağda el şənliklərində və dini mərasimlərdə də musiqidən geniş istifadə olunurdu.

    Novruz bayramına bir ay qalmış geniş xalq kütləsi elliklə çillə çıxarmaq üçün şənliyə toplaşardılar. Şuşada bu daha təmtəraqlı keçirilərdi. Burda köhnə ilin qəmini-qüssəsini köhnə ildə qoyub yeni ilə şadlıq aparmaq üçün əhali adəti üzrə çalıb oxumağa, rəqs etməyə üstünlük verərdi. Bu şənlik el bayramı olduğu üçün böyükdən kiçiyə kimi hamı bu məclisə yığılar, sözün əsl mənasında şadlıq edərdi. Şuşanın bütün ziyalıları, varlı və kasıb adamları, məşhur və qeyri-məşhur musiqiçilərinin hamısı bu şənlikdə iştirak edərdi.
    Qarabağda məhərrəmlik ayında dini mərasimlər də keçirilərdi. Adətən məhərrəmlik ayına bir neçə gün qalmış, məscidlər və məhərrəmlik keçiriləcək meydan təmizlənərdi. Hamı məscidə girib nöhə oxuyanlara qulaq asardı. Nöhəxanlar professional xanəndələr olmurdu. İmamlar barəsində olan şerləri oxuyanlar xanəndəlik fikrində olub səsini açmaq istəyənlər idi. Qoca xanəndələr isə günahlarından təmizlənib savab qazanmaq üçün oxuyurdu. Şairlər tərəfindən deyilmiş məzkur nöhələr həzin, qəmgətirici və bəziləri Bayatı-Qacar, Qatar və bir parça ağır təsniflər ahəngində qurulurdu. Şuşada ən məşhur nöhə oxuyanlar Sarbaf İbrahim ilə Sərbaf Həbib olmuşdur.
    XIX əsrin ikinci yarısını Azərbaycanın, xüsusilə də Qarabağın mədəniyyətinin inkişaf və çiçəklənmə dövrü adlandırmaq olar. Bu illərdə Azərbaycanın qabaqcıl ziyalıları hesabına Azərbaycan dili elmi və ədəbi dil kimi daha geniş inkişaf tapdı. Qarabağda, Şuşada 1882-ci ildən etibarən teatr tamaşaları geniş şəkildə göstərilməyə başladı. Həmin tamaşaların fasilələrində tamaşaçılar üçün Qarabağın tanınmış xanəndələri və ifaçıları öz sənətlərini nümayiş etdirirdilər. Məşhur xanəndələrin və üçlüklərin (tar, kamança və xanəndə) tədricən səhnə mədəniyyətinə uyğunlaşması yeni inkişaf mərhələsini təmin edirdi.
    Musiqi məclislərini təşkil edən, dövrün məşhur musiqiçi-şair ziyalılarının, mesenatların muğamların inkişafında, onların yeni formalarının yaranmasında xüsusi səylərini qeyd etməmək olmaz. XIX əsrdə Qarabağda Xan qızı Natəvanın, Mir Möhsün Nəvvabın, məşhur xanəndə Hacı Hüsünün, Xarrat Qulunun, Şirvanda Mahmud Ağanın, Bakıda Mənsurovlar, Bakıxanovlar ailələrinin, məşhur tarzən Mirzə Fərəc Rzayevin öz evlərində keçirdikləri musiqi məclisləri Azərbaycanda muğam sənətinin yüksək inkişafını təmin etmişdir. Məşhur tarzənlər Mirzə Mənsur Mənsurovun, Əhməd, Məhəmmədrza Bakıxanov qardaşlarının və bir çox digəri bu məclislərdə iştirak etmişlər.

    XIX əsrdə Qarabağın musiqi mədəniyyətinin təkcə Qafqaz xalqları ilə deyil, eyni zamanda qonşu İranla da sıx əlaqəsi olmuşdur. Bir çox mənbələrdə İran xanəndələrini Azərbaycandan getmiş tarzənlərin müşayiət etməsi faktlarının göstərilməsi onu sübut edir ki, hər iki ölkənin sənətkarları eyni muğam ənənəsini, forma və məzmunca eyni milli kökə bağlı olan muğam ifaçılığını yaratmışdır.
    XIX əsrdə Qarabağ incəsənətinin, xüsusilə də şer və musiqi məclislərinin inkişafında iki görkəmli şəxsin - Xurşud Banu Natəvanın və Mir Möhsün Nəvvabın böyük xidmətləri olmuşdur. Natəvan (1832-1897) həm Cavanşir nəslinin nümayəndəsi, həm şair, rəssam, həm də doğma diyarın incəsənətinin inkişafında fövqəladə xidmətləri olmuş ziyalı kimi yerli camaat arasında çox böyük nüfuza malik idi. O, dövrün mütərəqqi ziyalılarını, şair və musiqiçilərini şer və ədəbiyyat məclisi sayılan "Məclisi-üns" toplamağa müvəffəq olmuşdur. "Məclisi-üns"ün istirakçıları şer və sənətin inkişaf istiqamətləri, onun gündəlik qayğıları haqda fikir mübadilələri aparmaqla yanaşı, ədəbi irsin xalq kütləsi arasında geniş yayılmasına çalışırdılar. Bu məclisdə Qarabağın şairlərindən Qasım bəy Zakir, Asi, Baki, Vəfa, Fəna, Şahin, Katib, Məxfi, Salar, Şəhid, Aşiq, Hadi, Asəf Lənbərani və başqaları iştirak edərdilər.
    Şer və musiqi məclislərinin təşkili və tərəqqisi yolunda tanınmış şair, rəssam, nəqqaş, musiqiçi və xəttat Mir Möhsün Nəvvabın rolu da xüsusi olaraq qeyd edilməlidir. Fars, ərəb, türk dillərini mükəmməl bilən M.M.Nəvvab fəlsəfə, hikmət, məntiq, eyni zamanda nücum elmini dərindən bilirdi. O, musiqini həm praktiki, həm də elmi cəhətdən yaxşı bildiyi üçün bu sahədə elmi müşahidələr, tədqiqatlar aparmışdır.

    M.M.Nəvvab məşhur xanəndə Hacı Hüsü ilə birgə yaratdığı "Musiqiçilər məclisi"ndə musiqinin estetik problemləri, ifaçılıq, muğam sənəti müzakirə olunurdu. Məclisə məşhur xanəndə və sazəndələr Məşədi Cəmil Əmirov, İ.Abdullayev, S.Şuşinski, Sadıxcan və b. daxil idi.
    Şuşa vokal sənətinin görkəmli nümayəndələrindən biri Xarrat Qulunun tələbəsi Hacı Hüsü idi. O, muğamları bilən müsiqişünas və alim olmuş, bir sıra muğamları təkmilləşdirmiş, yeni muğamlar yaratmışdır.
    Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) XIX yüzilin böyük tar ustadı olmuş, tarı rekonstruksiya etmiş və müasir tarın yaradıcısı olmuşdur.
    XIX əsr Qarabağın musiqi mədəniyyətinin təhlili göstərir ki, o, bütövlükdə Azərbaycan mədəniyyətinin, xüsusən musiqi sənətinin inkişafında xüsusi bir mərhələdir. Şuşa -Xurşid banu Natəvanın, Mir Möhsün Nəvvabın, ifaçılardan Xarrat Qulunun, Hacı Hüsünün, Sadıqcanın, Məşədi İsinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Rəşid Behbudovun, Məşədi Cəmil Əmirovun, Qurban Pirimovun, bəstəkarlardan Üzeyir Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun vətənidir. Bu hələ Şuşa musiqiçilərinin tam siyahısı deyil.

    XX yüzilliyin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Ü.Hacıbəyov müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. Bu da Şərq və Qərb mədəniyyətlərinin fəal qarşılıqlı təsirinə səbəb oldu. 1908-ci ildə Ü.Hacıbəyov H.Z.Tağıyevin teatrında qoyduğu "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycan operasının deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoydu, muğam-opera janrının yaradıcısı oldu. Azərbaycan dinləyicisi üçün yeni janrın qavranılmasında çətinlik olacağını dərk edən Ü.Hacıbəyov Füzulinin "Leyli və Məcnun" poemasına və xalq musiqi janrlarına (muğam, mahnı, rəqs) müraciət etmiş, dövrün əhval-ruhiyyəsi, xalqın mənəvi tələbləri ilə səsləşən səhnə əsəri yaratmışdır. Ü.Hacıbəyov Azərbaycanda musiqili komediya janrının da yaradıcısıdır. Sosial məişət mövzulu musiqi komediyalarında ("Ər və arvad" (1910); "O olmasın, bu olsun" (1911); "Arşın mal alan" (1913)) bəstəkar xalq mahnıları və rəqs musiqisinə əsaslanmışdır. Onun "Arşın mal alan" musiqili komediyası (1913-cü ildə tamaşaya qoyulub) xüsusilə geniş şöhrət qazanmışdır. Əsər ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. (70 yaxın) dillərə tərcümə edilmiş, Moskva, İstanbul, Nyu-York, Paris, London, Tehran, Qahirə, Pekin, Berlin, Varşava, Sofiya, Budapeşt, Buxarest və s. yerlərdə, 120 teatrın səhnəsində tamaşaya qoyulmuş, dəfələrlə ekranlaşdırılmışdır (1916-1917-ci illərdə Bakıda, 30-cu illərdə ABŞ-da, 1945 və 1960-cı illərdə Sovet Azərbaycanında).


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Qarabağın musiqi mədəniyyəti tarixi

          Kategori: Azerbaycan Müzik Adamları

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 2438

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş