Azərbaycan dili → Düzəltmə isimlər
İsimlərin quruşca üç növü var: sadə, düzəltmə, mürəkkəb.
Sadə isimlər heç bir leksik şəkilçi qəbul etmir. Yalnız qrammatik şəkilçi qəbul etmiş isimlər də sadə isimlərdir. Məs: şeir-şeirimiz, ağac-ağaclar, maşın-maşını, Kitab-kitabdır və s.
Düzəltmə isimlər isə kökdən və leksik şəkilçidən ibarət olur. Düzəltmə isimlər əsasən isimlərə və fellərə leksik şəkilçilər artırmaqla yaranır. Yalnız -lıq4 şəkilçisinin köməyi ilə isim, sifət, say və əvəzlikdən düzəltmək olur. Məs:istilik, düzlük, çoxluq, mənlik və s. Bu cür isimlər mücərrəd isimlərdir.
Mürəkkəb isimlər sintaktik yolla, iki və daha artıq sözün birləşməsi ilə yaranır. Mürəkkəb isimlər yazılışına görə iki yerə bölünür: bitişik yazılanlar, defislə yasılanlar.
1. Isimdən isim düzəldən şəkilçilər
-çı4: bostançı, dəmirçi, traktorçu, üzümçü və s. Göründüyü kimi, sənət anlayışı bildirən isimlər yaradır.
-lıq4: Bu şəkilçilər mücərrəd və konkret mənalı isimlər yaradır:düzənlik, odunluq, meşəlik, daşlıq; yaxşılıq, pislik, dostluq vəşs
-lı4:Ad sonluiqlarına artırılır: Nəcəfli, Muradlı, Qədimli və s.
2. Kiçiltmə-əzizləmə mənalı isimlər yaradır:
-ça2: meydança, kitabça, döşəkçə və s.
-cıq4: uşaqcıq, oduncuq, evcik və s.
-cığaz4: qızcığaz, gəlinciyəz, quşcuğaz və s.
-gil: həm insan adlarına, həm də mənsubiyyət şəkilçili qohumluq terminlərinə artırılır: əligil, xalamgil, dayımgil və s.
-i,-vi: Toponomik adlara qoşularaq nisbə bildirir: N.Tusi, ə.Naxçıvani, ə.Təbrizi
-ov,-ova,-yev,-yeva: əliyev, Məmmədov, Səfərov və s.
-zadə: Vəlizadə, Hacızadə, Qafarzadə və s.
-daş: vətəndaş, silahdaş, əməkdaş və s.
-stan (-ıstan4): Türkmənistan, ərəbistan, gulüstan, Gürcüstan və s.
-xana: məsləhətxana, kababxana və s.
-at2: məlumat, təbliğat, mühacirət, tədqiqat və s.
-dar: əməkdar, havadar, mülkədar,
-dan: güldan, çaydan, qənddan və s
-şünas: Sənət anlayışı bildirir:Füzulişünas, ədəbiyyatşünas və s.
-gər:misgər, kimyagər və s. (hiyləgər sifətdir), (çilingər və dülgər sadədir)
-izm: materializm, realizm və s.
-ist: maşınist, realist, idealist və s.
-baz: kələkbaz, kəndirbaz, hoqqabaz və s.
-saz: saatsaz, rəngsaz və s.
-kar: Həm isim, həm də sifət düzəldir:sənətkar, zülmkar (isim), füsunkar, itaətkar, sehrkar (sifət).
3. Qeyri-məhsuldar şəkilçilər:
-an (dövran),
-er (milyoner),
-yor(boksyor), cək(əlcək), -
-zar(gülzar),-vat(xırdavat),-ey(güney),
-ban (bağban),
-ayə(kinayə) və s.
ön şəkilçilər:
-mə (məxaric, mədaxil),
-re (reform, reaktiv) və s.
4. Feldən isim düzəldən şəkilçilər:
-ış4: anlayış, baxış, çağırış, duruş, göstəriş və s.
-aq2,(-q,-k): yataq, daraq, sarıq, istək, döşək və s.
-ma2: qovurma, qoşma, çəkmə, süzmə və s.
-qı4(ğı4): asqı, pusqu, sürtkü, qurğu, sarğı, bölgü və s.
-tı4: qışqırtı, çığırtı, döyüntü, böyürtü və s.
-ıntı4: qazıntı, tikinti, tapıntı, ovuntu və s.
-ıcı4: (-yıcı4) alıcı, seçici, bolücü, bağlayıcı, soyuducu və s.
-ı4: yazı, pozu, çəki, qorxu, örtü, sürü və s.
-ıq4: asqırıq, barışıq, bilik, danışıq, örtük və s.
-ım4: (-əm,-m) aşırım, deyim, olum, durum, kəsim və s.
-qın4,-ğın4: basqın, qaçqın, uçqun, köçkün, qırğın, yanğın, vurğun və s.
-ın4 ,-n: əkin, səpin, biçin, axın, talan, və s.
-ar2: açar, çapar, dəyər, kəsər və s.
-acaq2: dolanacaq, qanacaq, yanacaq, gələcək,yatacaq, sığınacaq və s.
-ır -ir: kəsir, yatır (var-dövlət), gəlir və s.
-id, -üd,: keçid, öyüd və s.
-caq2: bürüncək, yelləncək, yığıncaq, oyuncaq, sevincək və s.
-ınc, -inc, -c: sevinc, qaxınc, güvənc, tıxac,inanc və s.
— ğa, gə: süpürgə, döngə, qovurğa, bölgə və s.
-anaq2: boğanaq, sızanaq, süzənək, dəyənək, döyənək, biçənək və s.
-mac2: tutmac, bulamac, yanıltmac, yaxmac və s.
-maca2: atmaca, tapmaca, əsməcə, bilməcə və s.
Yer imleri