Azərbaycan dili → Sifətin müqayisə dərəcələri Sifəti başqa nitq hissələrindən fərqləndirən əsas əlamətlərdən biri də onun dərəcə bildirməsidir. Müxtəlif əşyalardakı eyni bir əlamət başqalarından az və ya çox dərəcədə fərqlənir. Məsələn: şirin bal və şirin qarpız, sarı limon və sarı alma birləşmələrindəki əşyaların əlaməti — şirinliyi və sarılığı eyni dərəcədə dəyil. Bu baxımdan sifətin nıüqayisə dərəcələri vardır. Əşyanın əlaməti üç dərəcədə ola bilər: normal, normadan az, normadan çox.

Bu konu 1597 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan dili → Sifətin müqayisə dərəcələri 1597 Reviews

    Konuyu değerlendir: Azərbaycan dili → Sifətin müqayisə dərəcələri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1597 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycan dili → Sifətin müqayisə dərəcələri

    Azərbaycan dili → Sifətin müqayisə dərəcələri


    Sifəti başqa nitq hissələrindən fərqləndirən əsas əlamətlərdən biri də onun dərəcə bildirməsidir. Müxtəlif əşyalardakı eyni bir əlamət başqalarından az və ya çox dərəcədə fərqlənir. Məsələn: şirin bal və şirin qarpız, sarı limon və sarı alma birləşmələrindəki əşyaların əlaməti — şirinliyi və sarılığı eyni dərəcədə dəyil. Bu baxımdan sifətin nıüqayisə dərəcələri vardır.
    Əşyanın əlaməti üç dərəcədə ola bilər: normal, normadan az, normadan çox. Bu xüsusiyyətə görə sifətin üç dərəcəsi var:
    1. Adi dərəcə
    2. Azaltma dərəcəsi
    3. Çoxaltma dərəcəsi Adi dərəcə
    Əlamətin adi halda olduğunu bildirir. Heç bir xüsusi morfoloji əlaməti — qrammatik şəkilçisi yoxdur. Məsələn: ag, qara, sirin, sərin, böyük, kiçik və s. Adi dərəcədə olan sifətlər dilimizdə çoxluq təşkil edir. Adi dərəcə başqa dərəcələr üçün ölçü, me yar rolunu oynayır. Adi dərəcə olmasa, azaltma və çoxaltma dərəcələrini müəyyən edə bilmerik. Deməli, sifətin azaltma və çoxaltma dərəcələri adi dərəcə əsasında yaranır və müəyyən edilir.
    Azaltma dərəcəsi
    Əlamətin adi haldan az olduğunu bildirir. Azaltma dərəcəsi iki üsulla düzəlir:
    1. Morfoloji üsulla. Adi dərəcədə olan sifətlərə aşağıdakı şəkilçiləri artırmaqla:
    -ımtıl4: ağ-ımtıl, boz-umtul, göy-ümtül, san-mtıl və s.
    -ımtraq (-mtraq): ağ-ımtraq, san-mtraq
    -sov (-ımsov, — ümsov): uzun-sov, ağ-ımsov, göy-ümsov
    -şın: sarı-şın, qara-şın və s.
    -raq, -rək: yaxşı-raq, gödə-rək (ikinci sözün kökündəki k (gödək) samiti düşür. (Bu şəkilçi ilə düzələn sifətlər müasir dilimizdə nadir hallarda işlənir).
    2. Sintaktik üsulla. Adi dərəcədə olan sifətlərin əvvəlinə açıq sözünü artırmaqla. Bu sözdən sonra defis işarəsi qoyulur: açıq-qırmızı, açıq-sarı və s.
    (Bəzi sifətlərin əvvəltndə işlənən az, ala, təhər sözləri də azaltma dərəcəsi məzmununu bildirir: az şirin, alayarımçıq, göy təhər və s.).

    Çoxaltma dərəcəsi
    Əlamətin adi haldan çox olduğunu bildirir. Çoxaftma dərəcəsi də azaltma dərəcəsi kimi iki üsulla düzəlir
    1. Morofoloji üsulla. Çoxaltma dərəcəsində olan sifətlər bu üsulla iki qayda ila düzəlir:
    a) Adi dərəcədə olan sifətlərin sonuna -ca1 şəkilçisini artırmaqla: canlı-ca (şəkil), zorba-ca (balıq), körpə-cə (xiyar), yekə-cə (oglan) və s.
    b) Sifətin ilk hecasımn son samitinin m, p, r, s samitlərindən biri ilə əvez olunması və sifətin təkrar ona qoşulması ilə:
    göy-göm+göy = gömgöy,
    qırmızı — qıp+qırmızı = qıpqırmızı,
    doğru — dos+doğru = dosdoğru və s.
    Sifətin ilk hecası saitlə bitərsə, bu samitlərdən biri həmin hecaya qoşulur: yaşıl -yam+yaşıl = yamyaşıl, sarı — sap+sarı = sapsarı, təmiz -tər+təmiz= tərtəmiz, bütün — büs+bütün =büsbütün və s.
    2. Sintaktik üsulla. Adi dərəcədə olan sifətlərin əvvəlinə ən, lap, çox, daha, olduqca ədatlarından biri, düm hissəciyi və tünd sözü artınlır.
    Ədatlar ayrı, düm hissəciyi ilə bitişik yazılır. Tünd sözündən sonra defis qoyulur: ən gözəl, lap yaxşı, çox maraqlı, daha ağıllı, olduqca bacarıqlı, dümağ, tünd-göy və s.

    Sifətin isimləşməsi
    Bəzi sifətlər cümlədə ismi əvəz edə bilir, yəni onun yerində işlənir. Belə sifətlər isimləşmiş (substantivləşmiş} sifətlər adlanır. İsimləşmiş sifətlər İsmin suallarına cavab olur və isimlərə məxsus cəm, hal, mənsubiyyət şəkilçilərini qəbul edir. Məsələrj Qocalara hörmət hər bir gəncin borcudur. İgidlərimiz düşmənə layiqli cavab verdilər. Bu cümlələrdəki qoca, gənc və igid sifətləri aid olduqlan isimləri əvəz etmişdir. Birinci cümlədəki qoca sifəti adamlara ismini əvəz edərək onun yerində işlənmişdir (qoca adamlara — qocalara). Eyni cümlədəki gənc sifəti də oğlanın (gənc oğlanın) ismini, ikinci cümlədəki igid sifəti isə döyüşçülərimiz (igid döyüşçülərimiz) ismini əvəz etmişdir. İsimləşmiş sifətlər cümlədə mübtəda və tamamlıq vəzifələrində çıxış edir. Morfoloji təhlil zamanı belə sifətlər isim kimi yox, isimləşmiş sifət kimi təhlil olunur.
    Sifətin cümlədə rolu.Sifətİər cümlədə ən çox təyin olur. Bəzən sifətlər cümlədə xəbər vəzifəsində də çıxış edir. Bu halda xəbər isimdən əvvəl işlənir və şəxs (xəbərlik) şəkilçilərini qəbul edir. Məsələn: yaxsıyam, yaxşısan, çalısqandır, kiçiyik, ağıllısınız və s.

    Sifətin təhlil qaydası
    Sifətin təhlili zamanı onun aşağıdakı xüsusiyyətləri göstərilir:
    1. Əlamət, keyfiyyət, rəng və s. bildirməsi və sualı
    2. Quruluşca növü
    3. Dərəcəsi
    4. Bağlı olduğu söz
    5. Cümlədə rolu
    Məsələn: Anar ağıllı və hazırcavab oğlandır. O, sinifdə ən çalışqan şagirddir.
    Ağıllı — keyfiyyət bildirir, necə? sualına cavab olur: Quruluşca düzəltmədir — ağıl ismindən düzəlmişdir. Adidərəcədədir, isim ilə bağlıdır. Cümlədə təyindir.
    Hazırcavab — keyfiyyət bildirir, necə? sualına cavab olur. Quruluşca mürəkkəbdir: hazır sifəti və cavab ismindən yaranmışdır. Adidərəcədədir, oğlan ismi ilə bağlıdır. Cümlədə təyindir.
    Çalışqan — keyfiyyət bildirir, necə? sualına cavab verir. Quruluşca düzəltmədir. Çoxaltma dərəcəsindədir, ən ədatının köməyi ilə bu mənanı bildirir. Şagird ismi ilə bağlıdır. Cümlədə təyindir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan dili → Sifətin müqayisə dərəcələri

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1597

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş