Kullanıcı Tag Listesi

Azərbaycan dili → Fel Fel qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsidir. fellər müxtəlif şəkil və zamanlarda işlədilən nə etmək? nə etdi? nə edəcək? və s. suallarından birinə cavab olur. felləri başqa nitq hissələrindən fərqləndirən digər qrammatik xüsusiyyətlər bunlardır 1 Şəxsə və kəmiyyətə görə dəyişir. Məsələn: Mən yazıram. və s 2. Təsdiq və inkarda olur. Məsələn: yazmaq — yazmamaq, gəlmək-gəlməmək və s. 3. Zaman bildirir (keçmiş, indiki, gələcək). Məsələn: yazdı,

Bu konu 1345 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan dili → Fel 1345 Reviews

    Konuyu değerlendir: Azərbaycan dili → Fel

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1345 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.448
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycan dili → Fel

    Azərbaycan dili → Fel



    Fel qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsidir. fellər müxtəlif şəkil və zamanlarda işlədilən nə etmək? nə etdi? nə edəcək? və s. suallarından birinə cavab olur. felləri başqa nitq hissələrindən fərqləndirən digər qrammatik xüsusiyyətlər bunlardır
    1 Şəxsə və kəmiyyətə görə dəyişir. Məsələn: Mən yazıram. və s
    2. Təsdiq və inkarda olur. Məsələn: yazmaq — yazmamaq, gəlmək-gəlməmək və s.
    3. Zaman bildirir (keçmiş, indiki, gələcək). Məsələn: yazdı, yazır, yazacaq va s.
    4. Təsirli və təsirsiz olur. Məsələn: yazmaq (nəyi?), baxmaq (nəyə?) və s.
    Fellər də isimlər kimi dilimizdə çoxluq təşkil edir.

    Felin leksik mənaca növləri
    Feillərin leksik mənaca aşağıdakı növləri var:
    1. İş bildirən fellər: yonmaq, doğramaq, qazmaq, kəsmək, biçmək, tikmək və s.
    2. Hərəkət bildirən fellər: qaçmaq, getmək, gəlmək, oynamaq, qalxmaq, enmək və s.
    3. Nitq bildirən fellər: danışmaq, demək, çıxış etmək, pıçıldamaq, qulaq asmaq və s.
    4 Təfəkkür bildirən fellər: xatırlamaq, düşünmək, yada salmaq, fikrə getmək, duymaq, hiss etmək və s.
    5 Hal-vəziyyət bildirən feillər: ağlamaq, gülmək, sevinmək, ağarmaq, qızarmaq, utanmaq və s.
    Bütün feillərdə hərəkətvardır, lakın onların bəzilərində iş və hərəkət, digərində isə təfəkkür, hal-vəziyyət və s. daha qabarıq şəkildə özünü göstərir.

    Təsirli və təsirsiz fellər
    Hərəkətin obyektə münasibətinə görə fellər təsirli və təsirsiz olur.
    Özündən asılı olan sözlərin ismin təsirlik halında işlənməsini tələb edən fellərə təsirli fellər deyilir.
    Təsirli fellərin birbaşa tələb etdiyi obyekt ismin təsirlikhalının suallarına cavab olur. Məsələn: Uşağı (kimi?) gördüm. Məktubu (nəyi?) yazır. Su (nə?) içirsən? və s.
    Özündən asılı olan sözlərin ismin təsirlik halında deyil, başqa hallarda işlənməsini tələb edən fellər isə təsirsiz fellər adlanır.
    Təsirsiz fellərlə əlaqədə olan sözlər ismin, əsasən, yönlük, yerlik və çıxışlıq hallarının suallarına cavab olur. Məsələn: Kitaba (nəyə?) baxıram. Kənddə (harada?) yaşayırıq. Evdən (haradan?) gəlirsən? və s.
    Bəzi təsirsizfellər -dır4, -ır4 şəkilçilərinin köməyi ilə təsirlifellərə çevrilir. Məsələn: inanmaq (nəyə?) — inandırmaq (kimi?), çatmaq (haraya?) — çatdırmaq (nəyi?), gülmək (kimə?) -güldürmək (kimi?), qaçmaq haraya?) — qaçırmaq (kimi?), bişmək (harada?) — bişirmək (nəyi?), köçmək (haraya?) — köçürmək (kimi? nəyi?) və s.
    -ıl4, -m4 şəkilçilərinin köməyi ilə bəzi təsirli fellər də təsirsiz fellərə çevrilir. Məsələn: açmaq (nəyi?) — açılmaq (harada?), çəkmək (nəyi?) — çəkilmək (haraya?), almaq (nəyi?) -alınmaq (haradan?), silmək (nəyi?) — silinmək (harada?) və s.

    Təsdiq və inkar fellər
    Fellər hərəkətin icra olunub — olunmaması baxımından iki cür olur: təsdiq fellər, inkar fellər.
    Təsdiq fellər hərəkətin icra olunmasını bildirir. Təsdiq fellərin xüsusi şəkilçisi yoxdur. Məsələn: yaz, oxu, baxacaq, görmüşsən və s.
    İnkar fellər hərəkətin icra edilmədiyinibildirir və vurğu qəbul etməyən -ma2 şəkilçisi ilə düzəlir. Məsələn: yazma. getmə, almadım, gəlmirəm, baxmayacaq, görməmişsən və s.
    Felin lazım, bəzən də vacib şəklinininkarı -ma2 şəkilçisi ilə yox, deyil sözü ilə düzəlir: alası deyil, getməli deyil və i.
    Indiki və qeyri-qəti gələcək zamanda işlənərkən -ma2 şəkilçisindəki samit düşür. Məsələn:
    gəl+ir gəl+m+ir,
    oxu+yur oxu+m+ur,
    yaz+ar+am yaz+m+aram,
    bax+ar+ıq bax+m+arıq,
    gəl+ər gəl+m+əz,
    oxu+yar+lar oxu+m+az+lar
    Son iki nümunədən göründüyü kimi, qeyri-qəti gələcək zamanda üçüncü şəxsin təkində və cəmində -ar1 zaman şəkilçisinin tərkibindəki r samiti z samitinə keçir.
    Qeyd: Felin inkar şəkilçisi -ma2 ilə isim düzəldən -ma2 şəkilçisi omonimdir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan dili → Fel

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1345

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş